Gönderen Konu: Azerbaycan Fetullah Gülen imparatorluğunun işgalinde !  (Okunma sayısı 13433 defa)

0 Üye ve 1 Ziyaretçi konuyu incelemekte.

Çevrimdışı Maday

  • Yasakli
  • Türkçü-Turancı
  • **
  • İleti: 53
Nurçu pisliklerin Azerbaycandakı faaliyyetleri hakkında güzel,bilgilendirici bir makale.mutlaka sonadek okuyun lütfen.Bu pislikleri iyice tanımalıyız.Bugün Türkün en esas düşmanlarınandırlar.pkk,akp...bütün bunlar hepsi nurçularındır.


http://www.fox.az/forum/showthread.php?t=3463

Osmanlı imperiyası çökdükdən sonra Anadolu torpaqlarında qurulan Türkiyə dövlətinin, və tarixdə ən dahi siyasi liderlərdən biri olan Mustafa Kamal Atatürkün düşmənlərinin də sayı artmağa başladı. Xüsusilə 1920-1940-cı illər Türkiyə dövlətinin qurulması, yenidən formalaşması dövrü çox ağır olub. Osmanlı dövlətindən miras qalan “vəkf”lər adı altında yüzillər boyu formalaşmış torpaq, əmlak, mülkiyyət problemləri, “aşirətçi” (regionçu, tayfabazlıq, dini qruplaşmalar) siyasətin yaratdığı gərginliklər Cümhuriyyətin sınaqlardan necə çıxacağı problemləri qarşısında böyük bir dilemma olmuşdu. Ölkənin güney-doğu regionlarında patriarxal, feodal düşüncə əsas həyat norması idi. Yüzminlərlə insan bu həyat tərzindən çıxaraq, Cümhuriyyətin gətirdiyi böyük inkişaf, sosial rifahın, insan hüquqlarının layiqlik anlamında qanunlarla tənzimlənməsi “aşirət” liderləri və feodalların müqaviməti ilə qarşılaşırdı. Bu dirənişlərdə Avropa dövlətlərinin də xüsusi maraqları var idi. Məhz buna görə Türkiyə indi “Quzey İraq” adlandırılan “Kərkük vilayəti”ni itirmək zorunda qaldı. Bununla da Türkiyə dünyanın ən kasıb dövlətlərindən birinə çevrildi. Ona görə ki, Kərkük vilayəti həm də dünyanın ən zəngin neft yataqlarının olduğu regionlardan biri idi. Türkiyəyə qarşı aparılan daxili siyasətdə “aşirətçi”lər və feodallar hərəkatı birbaşa Sovet Rusiyası və Avropa tərəfindən ardıcıl olaraq maliyyələşdirilirdi. Bu zaman etnik-aşirətçi kürdlərdən daha çox istifadə olunmağa başlandı. Bu proses indi də davam edir. Əsas məqsəd isə tamam dağılmış, xarabazara çevrilmiş İraq neftinə yenidən kimlərin nəzarət etməsi, kimlərin neft gəlirlərinə sahib olması sualı gündəmdədir. Buna görə süni olaraq “kürd faktoru” qızışdırılır.

1920-ci illərdə Türkiyənin Bitlis vilayətinin Hizan rayonunun Nurs kəndində doğulmuş, milliyyətcə kürd olan Səidi Kürdi adlı aşirətçi İstanbula köçərək “Kürd Teali Cemiyyəti” adlı bir təşkilat yaratdı. Erməni lobbisi tərəfindən maliyyələşdirilən S.Kürdi Türkiyənin güney-doğusunda ayrıca “Kürdüstan dövləti”nin qurulması ideyasını təbliğ etməyə başladı. S. Kürdi sonralar soyadını dəyişdirərək, “Nursi” qoymuşdur. Eyni zamanda Türkiyəyə qarşı bölücülük siyasəti ilə yanaşı, həm də İslam dini adı altında yeni bir cərəyan yaradaraq, M. K. Atatürkün qurmuş olduğu dövlətdə milli, dini, mədəni dəyərlərin aşınması məqsədilə risalələr yazmağa başladı. Bu risalələr olduqca geniş şəkildə təbliğ olunurdu. Özünə “Bədiüzzaman” ayamasını qoymaqla, guya Məhəmməd Peyğəmbərin təqlidçisi olduğunu, qeybdən onunla danışdığını, ona qeybdən səslər gəldiyinin təbliğatına üstünlük verməyə başladı. Əsas hədəf isə “Şəriət dövləti” qurmaqla “Kürdüstan dövləti”ni yaratmaq, Türkiyəyə tam sahib olmaq şərtlərini formalaşdırırdı. Ən əsas dayaqları isə torpaq islahatlarına qarşı çıxan feodallar və aşirət liderləri idi. Onlar S. Kürdiyə milyonlarla para verərək, yeni formalaşmaqda olan “nur cammatı” birliklərini sosial bir gücə çevirirdilər. Bu sosial güc isə “dövlət içində dövlət”ə çevrilirdi. Uzun illər formalaşmaqda olan “Nurçu”lar hal-hazırda böyük bir imperiya yarada biliblər. Onlar Türkiyə xaricində Azərbaycan, Özbəkistan, Qazaxıstan, Tatarıstan, Başkortostan, Qırğızıstan, Türkmənistan kimi dövlətlərdə də son 15 ildə geniş şəbəkə yarada biliblər. Bu şəbəkənin əsas lideri Fəthullah Güləndir. F. Gülənin indi 24 milyard dollar “Nur camaatı” adına sərvəti var. Bu, hələ onun rəsmi olaraq bildirdiyi rəqəmdir. Bu strukturun əsas aparıcı liderləri milliyyətcə kürd olanlardır. F. Gülən S. Kürdinin tələbəsi, ən yaxın silahdaşı olub. Nurçuların əsas strateji hədəfləri “Kürdüstan dövləti”ni yaratmaq, Türk xalqlarının Türkiyədə olduğu kimi təbii sərvətlərinə, hakimiyyət strukturlarına sahib olmaq, bu dövlətlərdə milli düşüncə adına nələr vardırsa hamısını məhv etməkdir. Eyni zamanda “ümmətçilik”, “islam qardaşlığı” və başqa siyasi tutumlarda kürdlərin real hakimiyyətini formalaşdırmaqdır.

1915-ci ildən indiyə kimi ermənilər bütün dünyada “Osmanlı dövləti və onun indiki varisi Türkiyə erməni soyqırımını törədib. Buna görə də Türkiyə bütün dünya ermənilərindən üzr istəməli, ermənilərə təzminat ödəməlidir. Eyni zamanda tarixi Qərbi Ermənistan torpaqları Ermənistana birləşdirilməlidir” təbliğatını aparırlar. Bütün dünya erməniləri bu təbliğat üçün bütün maliyyə imkanlarından belə keçirlər. Amma onillər ərzində erməilərin bu qondarma təbliğatı heç bir nəticə vermir.

1980-ci ildə ilk dəfə açıq şəkildə PKK terror örgütü silahlı mübarizəyə başladıqda ermənilərin terrorizmdə böyük ənənəsi olan ASALA təşkilatı PKK-nın hər zaman yanında olacağını bildirdi. Həmin ilin 21-28 aprel günləri terror olayları olaraq “qızıl həftə” elan edildi. Erməni lobbisinin silah və maliyyə yardımları içində 24 aprel “intiqamı”nı alan PKK-nın günahsız insanları öldürməsini, inzibati binaları yandırmasını, ölkə daxilində bölücülüyün gücləndirilməsini bütün dünyaya ermənilərin dəstəyi olaraq “insan hüquqları”, “millətlərin öz milli haqları adına dava” kimi tanıtmağa cəhd etdilər. Həmin ilin 8 aprel tarixində Livanın Sidon şəhərində PKK və ASALA öncədən bu iki təşkilatın işbirliyi məsələsi ilə bağlı mətbuat konfransı keçirmişdilər. Bu iki təşkilat birlikdə 1980-ci ilin 9 noyabrında Fransanın Strasburq şəhərində Türkiyənin baş konsulluğunu gülləbaran etdilər. Noyabr ayının 19-da İtalıiyanın paytaxtı Romada “Türk Hava Yolları” şirkətinin bürosuna qarşı terror əməliyyatı keçirdilər.

Çevrimdışı Maday

  • Yasakli
  • Türkçü-Turancı
  • **
  • İleti: 53
Türklərə qarşı kürd-erməni ittifaqı

1984-cü ildə Türkiyənin Eruh və Şemdinli rayonlarında PKK və ASALA birlikdə ilk geniş miqyaslı terror əməliyyatlarını keçirdilər. Ermənistan Yazıçılar Birliyi PKK lideri Abdulla Öcalan barədə “erməni və kürd xalqlarının Türkiyə dövlətinə qarşı ədalətli mübarizəsi istiqamətində böyük əməyinə, Böyük Ermənistan siyasətinə dəstək verdiyinə görə təşkilatın fəxri üzvü seçilsin” qərarını verdi. Bu təşkilatın birbaşa dəstəyi ilə İrəvanda “Kürdüstan Komitəsi” təşkilatı Ədliyyə Nazirliyində qeydiyyatdan keçirilib.

1993-cü il aprelin 4-də Livanın paytaxtı Beyrutun qərbindəki PKK-nın hərbi təlim düşərgələrinin birində ermənilərin dünyanın əksər dövlətlərində uzun illər fəaliyyət göstərən “Hınçak” Patiyasının, “ASALA-Erməni Sialhlı İntiqamçılar” təşkilatlarının yeni işbirliyi sazişi imzalandı. Bu toplantıda Livan ermənilərinin baş yepiskopu, 150 nəfər “Gənc Erməni Silahlıları” təşkilatının təmsilçiləri də iştirak ediblər. Toplandıa ermənilər PKK-nı şirnikləndirmək üçün “Artıq erməni diasporu dünyanın ən güclü təşkilatlanmış strukturlarından biridir. Bizlər “erməni soyqırımı” problemini artıq bir çox dövlətlərin paramentlərində təsdiq etdirə bilmişik. Bu, bizim gücümüzün artması deməkdir. İraq, İran, Suriya və Türkiyəni çevrəyə alan Kürdüstan dövlətinin qurulması üçün bütün gücümüzdən faydalanacağıq. Kürdüstan dövlətinin qurulması Böyük Ermənistan yolunun açılmasıdır” deyə bildiriblər.

Bu toplantıdan sonra Ermənistanda “Kürdüstan Komitəsi”nin hərbi düşərgələri yaradıldı. Kotayk, Gümrü, Abovyan, Şirak, Martuni rayonlarında əsasən kənd yerlərində “PKK kampları” adı hərbi düşərgələrdə təlim mərkəzləri formalaşdırıldı. İrəvanda “Reya Taze”, “Bota” adlı qəzetlər nəşr olunmağa başladı. Bu yayınlar İran, Gürcüstan, Quzey Qafqazın Krasnodar vilayətində daha çox məşhurdur. Bu təlim düşərgələrinə daha çox Avropa dövlətlərində yaşayan kürdlər cəlb olunublar. Onlar “turist” adı altında Ermənistana gəlirlər. Bu terror mərkəzlərində kiçik qruplar şəklində terrorların yapılması, böyük qruplar şəklində dağlıq bölgələrdə əməliyyatların keçirilməsi məsələsinə xüsusi diqqət yetirilir.

1987-ci ildə PKK ilə ASALA arasında strateji niyyət protokolu imzalanıb. “Bekaa” və “Zəli” vadilərində fəaliyyət göstərən PKK-nın hərbi düşərgələrindən tapılan bu sənədlər Türkiyə mətbuatında çoxdan nəşr olunaraq yayılıb. İndiyə kimi heç bir erməni təşkilatı bu faktı inkar etməyib. Ermənistandakı PKK düşərgələrinin maliyyə məsrəflərinin 75 faizini erməni diaspor təşkilatları ödəyir.

Çevrimdışı Maday

  • Yasakli
  • Türkçü-Turancı
  • **
  • İleti: 53
Əbülfəs Qarayevin nurçularla işbirliyinin başlanğıcı

Nurçuların “imam xətib” məktəblərində təhsil alanlar da bu proyektlərin tərkib hissəsi kimi fəaliyyətlərini nizamlayır. 1994-cü ildə Bakıya gələn Nədim Kaya adlı birisi Fətullah Gülənin xüsusi tapşırığı ilə Gəncliyə Yardım Vəqfini (Fondunu) yaradır. Bu fond Azərbaycanın Gənclər, İdman və Turizm Nazirliyi yaradılana kimi nurçuluğa məxsus bir sıra layihələri maliyyələşdirməyə başlayır. Nazirlik yaradılandan sonra o vaxtkı nazir Əbülfəs Qarayevin birbaşa himayəsində Gənclərin Milli Şurası adlı qurumu yaradırlar. Gəncliyə Yardım Fondu və Gənclər, İdman və Turizm Nazirliyi artıq bu dəfə nurçuların dövlət səviyyəsində fəaliyyətinin nizamlanması istiqamətində uzunmüddətli tədbirlər planlarını gerçəıkləşdirirlər. Bu proses indiyə kimi davam edir.

N.Kaya son aylar Türkiyəyə dönüb. Ancaq burada hər şey «etibarlı» əllərdədir. 1992-ci ilin 19-20 may tarixlərində İranın Urmiyə vilayəti vasitəsilə Ermənistana gələn ilk PKK-çı silahlı qüvvələr Qarabağ savaşında (Laçın, Qubadlı, Zəngilan, Tərtər, Kəlbəcər, Ağdam istiqamətlərində) Azərbaycana qarşı qanlı savaşlarda iştirak edib. İndi atəşkəs dövründə bu qrupa daxil olanlar Gəncliyə Yardım Fondunun dəvətliləri kimi Bakıda “nurçu”, “fətullahçı”, “süleymançı”, “yusifiyyəçi”, “kaplançı” kadrlar kimi təmsil olunur. Onlar daha çox nurçuların yaratmış olduqları böyük ticarət şəbəkələrinin “gizli mühafizəsi” öhdəliyini yerinə yetirirlər. Azərbaycanın sərvətləri hesabına erməni şirkətləri ticarət ortaqlığını Gürcüstan, Ermənistan, Quzey Qafqaz, Qazaxıstanda görmək heç də problem deyil. Azərbaycana məxsus mallara həmin regionlarda ancaq ermənilərin topdansatış ticarət mərkəzlərində rast gəlmək mümkündür.

Çevrimdışı Maday

  • Yasakli
  • Türkçü-Turancı
  • **
  • İleti: 53
Nurçular Öcalanın Azərbaycan planlarının icraçısı kimi

Bir zamanlar PKK lideri Abdulla Öcalan yazmış olduğu “Devrimin dili ve eylemi” adlı kitabında nurçuların və PKK-nın strateji hədəf olaraq birlikdə fəaliyyət strategiyası “doktrinası”na diqqətlə baxdıqda yuxarıda qeyd etdiklərimiz öz təsdiqini tapır. A.Öcalanın “Kürdistan devriminin yolu” kitabı Azərbaycanda fəaliyyət göstərən bütün nurçuların və PKK-çıların hansı istiqamətlərdə fəaliyyət göstərmələrinin əsas açarı hesab olunur. “İhvani Müslimin”, “Kürd İslam Hərəkatı”, “İttihadi İslami əl-Kürdüstan”, “Hərəkətül İslamiyyə fi Kürdistan” və “Ənsərül İslam” kimi kürd radikal təşkilatları özlərinin Azərbaycan, Gürcüstan və Ermənistanda geniş ticarət, maliyyə, bank, iqtisadi strukturlarını yarada biliblər. Təbii ki, nurçuların lideri F.Gülənin xeyir-duası və yardımları sayəsində. PKK-nın “Medya TV” televiziyasının, “Özgür Politika” qəzetinin son illərdə Güney Qafqaz dövlətlərindəki iqtisadi, siyasi, sosial, maliyyə durumuna xüsusi olaraq diqqət yetirmələri ən incə nöqtə hesab oluna bilər. Bu güclər birbaşa, açıq şəkildə yazırlar: “Azərbaycanda gerçəkdən milli bir güc iqtidara gəlmiş olarsa, bu, PKK-nın və nurçuların sonu olacaqdır. Ona görə ki, Türkiyədə onların nəfəs yollarını dövlət tamam qapayıb. Təkcə mafə əskikdir».

Azərbaycanda nurçuların iqtisadi, maliyyə strukturlarında ancaq “danişman kadrosu”, “şəhər imamları”, “əsnafı idarə edən imamlar”, “səmtlərdən sorumlu olan imamlar”, “ev şəraitində görəvli olan imamlar” kimi strukturların kadrların çalışmaq hüquqları var. “İşıq sığorta”, “Asya finans”, “Samanyolu Basın, Yayın, Sanayi və Ticarət Anonim Şirkəti”, “Böyük Fırat”, “Ufuk” kimi zəngin şirkətlər məhz F.Gülənə tabe olan iqtisadi strukturlar hesab olunur.

Nurçuların İstanbulda nəşr olunan “Sızıntı” dərgizi açıq da olmasa, PKK və erməni terrorunun işbirliyinə xidmət edən siyasəti təbliğ edir. Son illər bu dərgi Bakıda açıq şəkildə “Nil Kitap Kıptasiyə” kitab mağazalarında satılır. Eyni zamanda “Çağ Öyrətim Anonim Şirkəti”nin Azərbaycanın hər yerində açdığı litseylərində heç nədən xəbəri olmayan şagirdlər arasında geniş surətdə təbliğ olunur

Çevrimdışı Maday

  • Yasakli
  • Türkçü-Turancı
  • **
  • İleti: 53
Nurçuların Azərbaycana yürüşləri

SSRİ dağıdıldıqdan sonra “fəthullahçı”lar (nurçular) Azərbaycanda görünməyə başladılar. Mərhum Əbülfəz Elçibəyin prezident olduğu zaman Fəthullah Gülən şəxsən Bakıya gəldi. Bundan sonra Azərbaycanda nurçulara məxsus müxtəlif qurumlar rəsmi fəaliyyətə başladılar. Fəthullahçılar tədricən Azərbaycanda bir sıra təsisatlarını yarada bildilər.

Bakı Dövlət Universiteti, ilahiyyat fakültəsi,

Bakı Dövlət Universitetinin “tələbə şəhərciyi”ndə tikdikləri məscid,

“Çağ” Öyrətim Anonim Şirkətlər Qrupu,

Saman yolu – STV və “Bürc FM” radio kanalları,

“Zaman” qəzeti və eyni adlı mətbəəsi və çoxlu sayda ticarət şəbəkələri demək olar ki, Azərbaycanın hər yerində mövcuddur.

İdeoloji yöndə daha çox “rəvayət”, “mövhumat”, orta əsrlərin həsrəti təbliğatını aparmaqla, nurçuların guya siyasətə qarışmadıqları bildirilir. Nurçuların əsas məqsədləri Azərbaycanda “millətin öz daxilindən özünə qarşı düşmən, milli dəyərləri bütün vasitələrlə məhv etmək, lağ obyektinə çevirmək, milli kimliyin inkişafını tamam məhv etmək” planıdır. Açdıqları “Anadolu Türk Litsey”lərində texniki fənlərin, ingilis dilinin tədrisinin gücləndirilməsi, milli mədəniyyətimizin, tariximizin unutdurulması əsas hədəfdir. Bu “litsey”lərdə kosmopolit düşüncə əsas strategiyadır. Bununla yanaşı, bu litseylərdə “nurçu öyrətmənlər”in toruna düşən məktəblilərə S. Nursinin kitablarını öyrənmək məsləhət bilinir. Eyni zamanda nurçu alimlərin kitabları, risalələri sayəsində tədricən mənəvi-ideoloji yöndə “Türkiyə və M. K. Atatürk bizim düşmənimizdır” fikri beyinlərə aşılanır. Nurçuların əsas siyasi hədəflərindən biri “Osmanlı dövləti kimi İslam Xilafəti”nin qurulması, kürdlərin liderliyində idarə olunmasıdır. “Şəriət dövləti”nin qurulması təbliğatı nurçular tərəfindən Bakı Dövlət Universitetinin “tələbə yataqxanaları şəhərçiyi”ndəki məsciddə, Sumqayıtda N.Nərimanov adına Mədəniyyət Evinin arxasında yerləşən məsciddə, Gəncədə Ozanlar məhəlləsindəki məsciddə, eləcə də digər rayon və şəhərlərdəki məscidlərdə son illər möhkəmlənməyə başlayıblar. Yeni yaranan icmalar “nur camaatı” adlanırlar. Onlar prinsipcə vəhhabiliyə ciddi dəstək verirlər.

1992-ci ildən indiyə kimi Azərbaycanda “Çağ Öyrətim İşlətmələri Anonim Şirkətlər Qrupu” tərəfindən 10 litsey, 1 gimnaziya (qızlar üçün), 10 ali təhsilə hazırlıq kursları və “Qafqaz” Universiteti yaradılıb. Bu nəhəng təsisat yalnız 1999-cu il dekabr ayının 29-da Ədliyyə Nazirliyində qeydiyyatdan keçib.

Nurçular son bir neçə ildə Azərbaycanda yetişdirdikləri kadrları rüşvət və başqa vasitələrlə hakimiyyətdə və dövlət işlərində yerləşdirib. Nazirlər Kabinetində, ölkənin ən strateji sahələrində, xüsusilə neft məhsullarının satışı sahəsində, enerji strukturlarında monopoliya yaratmaqdadırlar. Nurçulardan hətta son parlament seçkilərində külli miqdarda verilən rüşvətin hesabına millət vəkili seçilənlər də var. Onlar kimlərdir?

Nurçuların əbədi lideri Səid Kürdi “nur camaatı” birliklərini yaratdığı illərdə ilk dəfə “İBDA-C” və “DNKR-C”, daha sonralar isə “İVDA-C” (Anadolu İslamçı Qurtuluş Mücadilesi) təşkilatlarını yaratmaqla PKK örgütünün təməlini qurub. Onların maliyyələşdirilməsində Avropa dövlətləri, keçmiş SSRİ, radikal ərəb milliyyətçiliyi siyasəti yürüdən Suriya, Səudiyyə Ərəbistanı, İraq və digər ölkələr, eləcə də erməni lobbisi iştirak edib.

İlk öncə gizli qurulan və Kürdüstan dövlətinin qurulması planlarına uyğun geniş maliyyə imkanları əldə etməklə yanaşı Türkiyədə kütləvi şəkildə “təkkə”, “imam xətib” məktəblərini yaratdılar. Bu məktəblər Türkiyədə əhalinin xurafata inanan savadsız təbəqələri arasında reklam olunmağa başladı. Onlar yarısavadsız “molla və imamlar” hazırlayırdı. Orada yetişən gənclik asanlıqla nurçuluğun ideoloji tələsinə yuvarlandırılırdı. Sonra isə nurçuların nəzarətindəki iqtisadi şəbəkədə yalnız onlardan istifadə olunurdu. Fətullah Gülən “nur camaatı”nın rəhbəri varisliyinə sahib olduqdan sonra S.Kürdinin planları əsasında üstün təhsil proqramını gerçəkləşdirməyə, Türkiyənin bir sıra şəhərlərində nurçuların nəzarətində olmaqla universitetlər açmağa başladı. 1969-cu ildən indiyə kimi 200 vəqf, 200 özəl məktəb, 500 şirkət, 460 müxtəlif kurslar, 500-dən artıq tələbə yataqxanaları (“nurçu yurtları”) qura bildilər. Nurçular gündəlik 300 min tirajla nəşr olunan “Zaman” qəzeti, 14 müxtəlif jurnal nəşr edirlər.

1992-ci ildən başlayaraq Gülən bu növ fəaliyyəti genişləndirib Türkiyənin xarici siyasi, ictimai, mədəni, iqtisadi sahələrdəki fəaliyyəti öz nəzarətinə ala bildi. Yeni müstəqil Türk respublikalarında “Türk-islam birliyi” faktoruna dayanıqlı aldadıcı bir şüarla gələcək niyyətlərinin təməlini qoydu. Hazırda nurçular 54 ölkədə 250 litsey, 2 ibtidai təhsil müəssisəsi, 8 xarici dil və bilgisayar öyrədilməsi mərkəzi, 6 universitetlərə hazırlıq kursları, 21 tələbə yataqxanasına malikdir. Onlarda toplam 40 min tələbə və şagird təhsil alır.

Bu ölkələrin arasında Azərbaycan ilk yeri tutur. Azərbaycanda 1993-cü ildən başlayaraq 1996-cı ildə rəsmi statusla fəaliyyətini gücləndirən nurçular hazır binaları kosmetik təmir etməklə “litsey” siyasətinə başlayıb qısa zamanda Anadolu Özəl Türk litseyləri şəbək<1;sini yarada bildi. Dövlətin təhsil və humanitar sahədə siyasətinə cavabdeh olan yüksək vəzifəli məmurların “xüsusi maraqları” nəzərə alınmaqla “Nurçu Missioner məktəbləri” açıldı. Bakının F.Xoyski küçəsi 109-da yerləşən texniki peşə məktəbi bir gündə ləğv edilərək nurçulara təslim edildi. Burada mərkəzləşdirilmiş qaydada Bakı Özəl Türk Litseyi (BÖTL) yaradıldı. Ardınca C.Naxçıvanski 50-A binasında BÖTL-nin Dədə Qorqud filialı, Y.Bakuvi 14 ünvanında Qafqaz Azərbaycan-Türkiyə Özəl Gimnaziyası, N.Nərimanov prospekti 103 ünvanında “Kafkas İlköyretim Okulu”, Sumqayıt şəhəri, 14-cü məhəllə, 20 Yanvar küçəsi 6 ünvanında Sumqayıt Özəl Türk Litseyi, Şəkidə 19-cu rayon, F.Əbdürrəhmanov küçəsi 1 ünvanında Azərbaycan-Türkiyə Özəl Litseyi, Gəncədə E.Allahverdiyev küçəsi 68 ünvanında Gəncə Azərbaycan-Türkiyə Özəl Litseyi, Əli Bayramlıda Xaqani küçəsi 16 ünvanında BÖTL-nin Əli Bayramlı filialı, Ağdaşda H.Əliyev prospekti 100 ünvanında BÖTL-nin Ağdaş filialı, Mingəçevirdə Şəhidlər Xiyabanı məhəlləsi, 20 Yanvar küçəsi 12 ünvanında BÖTL-nin Mingəçevir filialı, Qubada M.Əzizbəyov küçəsi, 15-ci məhəllə, Nügədi Yolu ünvanında BÖTL-nin Quba filialı, Lənkəranda H.Abdullayev küçəsi 19 ünvanında BÖTL-nin Lənkəran filialı açıldı.

Bu məktəblərlə yanaşı orta məktəblərin yuxarı sinif şagirdləri üçün “Araz hazırlıq kursları” adı altında hazırlıq məşğələləri yaradıldı. Bu litseylərdə “Azərbaycana xidmət edirik” adı altında pullu təhsil ilk dəfə olaraq rəsmiləşdirildi. Hər bir şagird ildə 300-1000 dollar arası təhsilhaqqı ödəyir. Burada təqribən 6000 şagird təhsil alır. Bura kursları da əlavə etsək, bütün təhsil müəssisələrinin illik gəliri 4 milyon dollardan artıqdır. Azərbaycanda hazır binalara kosmetik dəyişikliklər etməklə bu binaların hesabına milləti soyan nurçular burada S.Kürdinin təlimini çox ehtiyatla şagirdlərə mənimsədir.

Türkiyədəki “imam xətib” məktəbləri, sonra isə universitet təhsili sistemi Azərbaycanda da qurulub. Qafqaz Universiteti buna örnəkdir. Əhməd Sanıc, Hakan Acar, Osman Nuri Aras, Ahmet Öksüz, Şahin Durmaz kimi elmdən uzaq şəxslər Azərbaycanda “alim” kimi tanıdılır. Eləcə də Azərbaycan-Türkiyə Özəl Litseyləri baş idarəsinin rəisi Adəm Önal və Çağ öyrətim işlətmələri idarə heyətinin sədri Ənvər Özərən... Qafqaz Universitetində prorektor işləyən professor Niftalı Qocayevin keçmiş spiker Murtuz Ələsgərovla yaxın qohumluq əlaqələrinin olması nurçuların Azərbaycanda təhsil sahəsində geniş şəbəkələrə malik olmasında başlıca dayaq olub.

PKK və ASALA kimi Türkün düşməni olan terrorçu təşkilatlara xüsusi simpatiyasını ciddi-cəhdlə gizlətsə də, bu məsələdə İraq, Suriya, İran və başqa ölkələrdə nurçularla ermənilər hər zaman yaxın olub. Danimarkada Türkiyə əleyhinə ən radikal separatizm təbliğatını yayan “ROJ TV” kanalı “PKK və erməni terroru”nun haqlı olduğunu təbliğ edir. F.Gülənin əsas ictimai-siyasi təbliğatını aparan “Samanyolu-STV” kanalı PKK lideri A.Öcalanın Bilal Ercan, Berat Kandili kimi dostlarını təbliğ edir. Son illərdə Türkiyə və İraqda türklərə qarşı terror törədən, Kərkükdən türkmanların silah gücünə tamam sıxışdırılaraq başqa ölkələrdə qaçqın-köçkün durumuna salan Məsud Bərzani və Cəlal Təlabani kimi kürd liderlərlə F.Gülənin əlaqələri daha da möhkəmlənib.

Türkiyənin Təhsil Nazirliyi tərəfindən maliyyələşdirilməklə ölkə xaricində təhsil alanlarla iş idarəsi son illər nurçu kadrlar tərəfindən zəbt olunub. Bu idarə Azərbaycana Türkiyədən ancaq “imam xətib” məktəblərinin məzunlarını göndərir. Azərbaycana gələnlərin azı 50 faizi kürd mənşəli və PKK-ya sevgisi olanlardır. Burada Azərbaycanın hesabına təhsil alan bu tələbələrin (ən çox Neft Akademiyası, Tibb Universiteti, Texniki Universitet) əksəriyyəti təhsillərini bitirən kimi İraqda yeni qurulan Kürdüstan hökumətinin infrastrukturlarına göndərilir.

Türkiyənin kəndlərində, əyalət şəhərlərində, qəsəbələrində “imam xətib” məktəbləri yaratmaqla, nurçular Səid Kürdinin “risalələr” toplusuna dayanıqlı olaraq həmin dini məktəblərin yataqxanalarını “Nur kazarmaları”na çeviriblər. Bu hərbi nizamın əsas mahiyyəti, ölkədə təhlükəsizlik, polis, ordu sıralarına öz kadrlarını yerləşdirmək, daha sonra isə böyük bir gücə çevrilməklə hakmiyyəti ələ alaraq “Xilafət” adı altında bütün Orta Şərqi tam inhisara almaqdır. “Nur kazarmaları”nın əsgərləri indilik Türkiyədə cümə namazları vaxtı məscidlərdə dindarları mövcud hakimiyyətin, rejimin devrilməsi istiqamətində etiraz mitinqləri yaradırlar. Eyni zamanda nurçuluq siyasəti çevrəsində bir neçə qruplaşmalar da yaradılıb. S.Kürdinin “Risaleyi Nur” kimi kitablarının vasitəsilə son illər F. Gülən Azərbaycanın tamam işğal edilməsi planlarını genişləndirib. “Nil” dükanları vasitəsilə yaradılan bu şəbəkə nurçuların mövhumatla zəngin, islamiyyətə heç bir aidiyyəti olmayan əsərləri açıq şəkildə yayılmaqdadır.

Keçmiş SSRİ çökdükdən sonra Azərbaycanda dini maraqlar artsa da, İslam dinini elmi səviyyədə bilənlərin yoxluğu nurçular üçün geniş meydan açmışdı. Qafqaz Müsəlmanları Ali Ruhani İdarəsində bir nəfər də olsun savadlı dindar yox idi. Bu qurum indi də həmin durumdadır. Özbəkistanın Buxara şəhərində mədrəsə adı altında SSRİ zamanı, sadəcə, ərəb əlifbasını, dilini, müəyyən dini məlumatlar öyrədilirdi. Oranı bitirənlər Azərbaycanda özlərini dinin mahir bilicisi kimi təqdim etsələr də, reallıqda onların ən çox bilgiləri İran ayətullahlarının, müctəhidlərinin, siqqəülislamlarının xurafala dolu olan risalələri, “qəmli hekayətləri” dışında heç bir şeydən xəbərləri yoxdur. Bu idarə adicə İmam Buxari kimi “Qurani Kərim”in ən mahir bilicisinin yazdığı təfsir kitabını nəşr etmək həvəsində olmayıb. Təbii olaraq, islamiyyətə olan maraqlar nurçuların kitabları sayəsində mövcud olan boşluq doldurulur. Çünki din bir ruh ehtiyacıdır.


Çevrimdışı Maday

  • Yasakli
  • Türkçü-Turancı
  • **
  • İleti: 53
Nurçuluq Azərbaycanda “Yusifiyyə”, “İşıkçılar”, “Süleymançllar”, “Siyah ( qara) bayraklılar”, “kaplançılar” və başqa cərəyanlar adı altında Azərbaycanda fəaliyyət göstərirlər. Ən üstün cərəyan isə “Yeni Asiya” hesab olunur. Bu cərəyan daha çox siyasi çevrələrə daxil olmaq, öz kadrlarını hökumət, dövlət məmurluqlarında yerləşdirmək, geniş ticarət şəbəkələrinə malik olmağa üstünlük verir. Bu qrup kim iqtidardadırsa, dərhal bu iqtidarı dəstəkləmək və öz maraqlarını qorumaqla, əsas strateji hədəflərinə doğru irəliləməkdir.

F. Gülənin özü 1995-ci ilin 23-28 yanvar tarixlərində Türkiyədə nəşr olunan “Hürriyet”, həmin ilin 23-30 yanvar tarixlərində “Sabah” qəzetlərində verdiyi müsahibələrdə “nurçuluq xüsusi bir dindir” fikrini təsdiq edib. Eyni zamanda bu dinin islamçı görüşlərinin ortaqlığını da bildirib. Sual oluna bilər ki, müqəddəs “Qurani Kərim” kitabı vardırsa, təməl dini təriqət və məzhəblər minillərin sınağından çıxıblarsa, onların hamısı müqəddəs kitaba və Peyğəmbər əfəndimizə önəm verirlərsə, “nurçuluq” təriqətinın İslam dini adı altında tədricən dindən ayrılıb da, S.Kürdinin “risalələri”nin heç də “İslam Xilafəti”nin qurulmasına deyil də, “Böyük Kordüstan” planlarına hesablanmış bir ideologiya olması təsdiqlənmiş olur. Hal-hazırda İslam dini, “nurçuluq” bir növ görüntü mahiyyətini daşıyır.

Azərbaycandakı nurçuların ən geniş şəbəkəsi “Camaatlar İttifaqı” adlı gizli təşkilatdır. Bu şəbəkənin ictimai fikirdə son illər dayaqları da formalaşdırılmaqdadır. Demək olar ki, bütün telekanallarda, qəzetlərdə “nurçu müxbirlər, yazarlar” şəbəkəsi qurulub. Onların hamısı Türkiyədə nurçuların xüsusi məktəblərində təlimlər keçiblər. “Süleymançı”lar, “yusifiyyəçi”lər, “kaplançı”lar və digər 16 nurçu qruplar Azərbaycanda qeyri-rəsmi şəkildə mədrəsələr yaradıblar. Bu mədrəsələr gerçəkdə “qalstuklu dindarlar” kimi özlərini tanıtsalar da, təməl prinsiplər olaraq daha çox vəhabilərə yaxındırlar. “Ticanilik” adı ilə bu qruplar hər zaman bir cəbhədə çalışırlar. Bunun təsdiqini Bakı Dövlət Universitetinin “İlahiyyat” fakültəsində dərs deyən müəllimlərin, Türkiyədən gəlmiş kadrların, burada əsasən təbliğ və tədris olunan kitabların, tədris proqramlarının müəlliflərinə azacıq diqqətin yetirilməsi gərəkdir. Eləcə də “Nil Kitap Kırtasiyyə” kitab mağazalarında heç bir məhdudiyyət qoyulmadan satılan “nurçu” risalələr, digər kitablar təbliğ olunur. Əsas strateji hədəf kimi “İki Mektep-i Müsibetin Şahadetamesi Yahut Divani- Örfi ve Said-i Küdr-i” kitabı hesab olunur. Bu kitab Azərbaycanda Türkiyə, İraq, Suriya və İran kürdlərini bir strateji hədəf çevrəsində birləşdirmək, dini, mənəvi, ictimai, mədəni, ticarət, bank, sənaye sahələrində “nurçu”luq xəstəliynə tutulanları öz niyyətlərinə uyğun yönəltmək, idarə etmək mahiyyəti əsas hədəfdir.

S. Kürdinin “İki Mektep-i Müsibetin Şahadetamesi Yahut Divani- Örfi ve Said-i Küdr-i” kitabının 44-48-ci səhifələrində açıq şəkildə deyilir: “Ey Assuriya və keyxanilər zamanından cahangirlik və qəhrəmanlıqlar yapmağa layiq olan aslan kürdlər! Beş yüz il yatdığınız yetər artıq. Oyanın. Artıq sabahdır. Yoxsa səhrai vəhşətdə vəhşət və qəflət sizi vəhşət səhrasında yağma edəcəkdir. Kürdlər kimi böyük bir kütləni Tanrı islamiyyəti və dünyanı, Orta Şərqi idarə etmək üçün göndərib”.

Təbii olaraq nurçular bu təməl prinsiplərə əməl edirlər. Azərbaycanda artıq dini proseslərə nəzarət onların tam himayəsindədir. Hətta bu azmış kimi, prezidentin icra aparatının rəhbəri Ramiz Mehdiyevin köməkçisi Elnur Aslanovun, onun anası Rəbiyyət Aslanovanın (millət vəkili, BDU-da ilahiyyət fakültəsinin müəllimi, YAP siyasi şurasının ən fəal üzvüdür) birbaşa nurçuların kadrı kimi əsas dayaqlarına çevriliblər. ATƏT-in Bakı ofisinin ictimai əlaqələr şöbəsinin müdiri İlqar İbrahimli “Azərbaycan-ATƏT” əlaqələrini nurçu kimi ciddi nəzarətdə saxlayır. Millət vəkili, eks spiker Murtuz Ələsgərovun və prezident aparatının inzibati işlər üzrə şöbə müdiri Fuad Ələsgərovun, təhsil naziri Misir Mərdanovun əsas dayaq gücü hesab olunan professor Niftalı Qocayevin nurçuların elmi bazası hesab olunan “Qafqaz Universiteti”ni idarə etməsi, bu kimi halların hakimiyyətin digər sahələrində də bu qruplar tərəfindən “nurçu kadrlar”ın yerləşdirilməsi mexanizmləri böyük bir şəbəkəyə çevrilib. İqtisadi sahədə artıq nurçuların astronomik ölçülərə sığmayan şirkətləri, ticarət şəbəkələri Azərbaycanın bütün iqtisadiyyatını inhisara alıblar.

1960-cı illərdən fəaliyyətlərini gücləndirən nurçular, tədricən siyasi proseslərə fəal müdaxilə etməyə başlayıblar. Bunun nəticəsi olaraq, PKK tipli terror təşkilatları yaratdılar. PKK tərəfdarları bütün dünya türklərinə qarşı silahlı qiyamı başlıca hədəf seçmiş ermənilərin ASALA terror təşkilatının hərbiləşdirilmiş bazalarında təlimlərin hesabına təcrübə qazanırdılar. Suriya, Livan, Yunanıstan və Cənubi Kipr kimi dövlətlərdə bu hərbi düşərgələr erməni lobbisi tərəfindən maliyyələşdirilirdi. PKK-ya dəstək verməklə yanaşı, nurçular öz kadr potensialının artırılması, ən çox da əyalətlərdə əhalinin savadsız kütləsini öz tərəfinə çəkməklə ilk öncə Nəcməddin Ərbakanın ıiderliyində “Rifah” partiyasını yaratdılar. Qısa müddətə olsa da, hakimiyyətə də gələ bildilər. Nurçuların hakimiyyəti müddətində Türkiyədə daxili və xarici siyasətdə çox böyük tənəzzüllər oldu. Ərəb dövlətləri ilə isti münasibətlər strateji hədəf kimi seçilsə də, bunun dövlətə və millətə heç bir xeyri olmadı. PKK-nın KADEP kimi yedəkçi qüvvələri Türkiyənin digər regionlarında fəaliyyətlərini genişləndirə bildi. İndi bu qüvvələrin əsas maliyyə, ticarət gəlirləri daha çox Azərbaycan, Qazaxıstan, Türkmənistan dövlətlərinin hesabınadır. Bu dövlətlərdə yarımdiktatura rejimlərinin qorunmasında, korrupsiyanın inkişafında, çirkli pulların dövriyyəsinin leqallaşmasında PKK-çılar üçün münbit şərait vardır. Radikal islamçı görüşləri təbliğ edən süleymançılar, yusifiyyəçilər, kaplançllar “Türkiyəni bir dövlət kimi çökdürmək istəyən PKK-nın yanında olmaq böyük bir şərəfdir” şüarını belə gizlətmirlər.

Çevrimdışı Maday

  • Yasakli
  • Türkçü-Turancı
  • **
  • İleti: 53
Ömər Lütfi Topalın nəzarətində olmaqla, 1993-cü ilin payızından indiyə kimi PKK-nın Əfqanıstan-İran-Azərbaycan-Gürcüstan (və ya Rusiya) yolu ilə silah, narkotik malların gizli bazarı mövcuddur. Elə buna görə də Suriya, İraq, İran və Türkiyə kürdlərinin Azərbaycanın beynəlxalq narkotranzit regionu olması şərtləri içində bu ölkədə daha sıx məskunlaşmaqdadırlar. Çünki onlar bu böyük bazarı tam nəzarətlərində saxlamaqda iddialıdırlar. Bu qüvvələr Azərbaycanın hətta siyasi, ictimai, mədəni elitasında da möhkəmləniblər. “Üçüncü Dünya” dövlətləri statusunda olan Azərbaycan bu güclər üçün “münbit” region hesab olunur. Türkiyənin sabiq xarici işlər naziri İsmail Cem Bakıya son rəsmi səfərində bu faktları dolayısı ilə təsdiq etmişdi. İ.Cemdən sonra PKK lideri Abdulla Öcalanın (Apo) məhkəmədəki çıxışında “indi PKK-nın ən güclü dayaqları Azərbaycandır” faktını təsdiq etməsi ildırım sürəti ilə bütün dünyaya yayıldı.

Türkiyədə nurçular “Rifah” partiyasının süqutundan sonra Rəcai Kutanın liderliyində “Fəzilət” partiyası qısa bir zamanda formalaşdırılmağa başladı. Sadəcə, N.Ərbakandan, R.Kutandan başlanılan “mövhumatçı” siyasi-dini təbliğat ciddi dəstəklənmədiyindən, “qocaları fərdi təqaüddə saxlamaq”la, daha enerjili nurçu qüvvələrin (qalstuklu vəhhabilər) yeni siyasi gücü olaraq “Ədalət və İnkişaf” partiyası liderliyində Rəcəb Tayyib Ərdoğan güclü gizli iqtisadiyyatın fəal maliyyə dəstəyi ilə yenidən iqtidara gətirildi. Düz dörd ildir Türkiyədə hakimiyyətdə olan bu güc bütün resurslardan yararlanaraq daha da zənginləşibdir. İraqda süni “Kürdüstan” dövlətinin yaradılması, bu dövlətin silahlı qüvvələrinin PKK terrorçularının hesabına rəsmiləşdirilməsi Azərbaycan dövləti üçün böyük bir təhlükə mənbəyidir. Ermənistan-Azərbaycan müharibəsi yenidən alovlansa, “Kürdüstan Silahlı Qüvvələri” dərhal Ermənistanın yanında olacaqdır. PKK-nın Suriya, Livan, Fələstin və İrandakı Hizbullah Silahlı Qüvvələri arasında 1980-ci illərdən gizli olaraq, qarşılıqlı əməkdaşlıq haqqında rəsmi müqavilələri var. İndi bu terrorçu güclərə “Kürdüstan Silahlı Qüvvələri” də qatılıb.

Azərbaycanda nurçuların yaratdıqları bütün ticarət, iqtisadi, istehsal, təhsil sahələrində, dini təbliğ mərkəzlərində yerli “manqurtlaşdırılmış” qüvvələrdən ibarət PKK-ya sadiq, rəğbəti olan potensial güc formalaşdırılmaqda, istiqamətləndirilməkdədir. Bu proses təşkilat kimi “siyasi kürdçülük” biçimində “Devrimçi Demokratik Kültür Derneyi” (DDKO), “Tekoşin”, “Özgürlük Yolu”, “Denqe Kava” kimi ənənəsi olan radikal kürd terror təşkilatlarının proqramlarına uyğun inkişaf etdirilir.

Azərbaycanda qurulmuş “Med Zəhra qrupu”, “Zəhra təhsil və mədəniyyət vəqfi” (fondu) nurçu təşkilatlar PKK-nın narkobiznesinin gəlirləri hesabına maliyyələşdirlir. Bu iki təşkilat əsasən maliyyəsini “MÜSİAD” təşkilatına təqdim olunan proyektlərin hesabına uyğunlaşdırır. Bu iki təşkilat S.Kürdinin bir zamanlar iddia etdiyi kimi “Mədrəsətül Zəhranın Kürdüstan adlandırdığı Şimal-Şərq Anadolu” əraziləri hesab olunur. Bu növ mərkəzləri Azərbaycanda gücləndirməklə “İslam Zəfər Ordusu” təlimləri psixoloji olaraq insanlarda yaranır. Və sonra isə “islami dəyərlərin pozulduğu Türkiyə və Azərbaycan”da radikal islamçı təfəkkürlə hakimiyyət və xalq arasında silahlı mübarizəni gücləndirmiş olur. Bunun arxasında isə bu iki dövləti daxili silahlı münaqişələr, vətəndaş müharibəsi hesabına diz çökdürmək, zəngin kürdlərin hakimiyyətini rəsmiləşdirmək durur.

Fetullah Gülənin idarə etdiyi və PKK-nın yedəyində gedən “İttihadçılar”, “Eczməndçilər”, “Konseyçilər” və “Fətullahçılar” qrupları Azərbaycanda ən üstün nurçu qrupları hesab olunurlar. Onlar maliyyə cəhətindən daha çox imkanlıdırlar. Bu təşkilatlar tək Türkiyə daxilində deyil, eyni zamanda Azərbaycan, Gürcüstan, İraq, İran və Suriyanı birləşdirən coğrafi məkanda “Tarixi Kürdüstan” təbliğatının başında dururlar. Onların əsas ideoloji mərkəzi isə “İBDA-C” təşkilatıdır. Onlar “dünyəvi dövlət-şeytan dövlətidir” şüarı ilə heç bir dövlət qanunlarını tanımırlar. Türkiyədə tarixən solçularla dinçilər dünyəvi dövlət siyasətinə qarşı birlikdə iştirak ediblər. Türkiyə solçularının “babası” sayılan Bülənt Ecevit hakimiyyətdə olduğu illərdə dövləti çökdürmək niyyətlərini gizlətməyən, PKK-nı maliyyələşdirən, ayrıca Kürdüstan qurulmasını təbliğ edən F.Gülənin həbs olunmasının qarşısını alıb. F. Gülən son illər həbs olunmaq qorxusunu duyduğundan ABŞ-ın Pensilvaniya ştatındakı dünyanın ən bahalı və ciddi şəkildə mühafizə olunan klinikalarının birində gizlənməkdədir. Təqaüddə olan general Kamal Yavuzun apardığı əməliyyatlar nəticəsində F. Gülənin nurçu liderlərinin gizli toplantısında bu təşkilatın əsas platforması kimi “dövləti necə ələ keçirməli” adlı videokaseti çəkdirdikdən, sonra bu kaseti Türkiyənin “ATV” televiziya kanalında göstərdikdən sonra, keçmiş baş nazir, prezident olmuş Süleyman Dəmirəl, sabiq baş nazir Bülənt Ecevit susmağa üstünlük verdilər. Bəli, PKK-nın, nurçuların yaratmış olduqları mafiyanın pullarının qazanılmasında onların da əli olduğu təsdiqlənməkdədir. Nurçular bütün dəyərləri devirərək, hər şeyi rüşvət siyasətinə bulaşdırmaqla, əsas strateji hədəfə doğru gedirlər. Bu strategiyanın hazırlanmasında birbaşa ermənilərin strateji araşdırmaçıları yaxından iştirak edirlər.

PKK-nın əsas böyük hərbi düşərgələri Türkiyədə darmadağın edildikdən sonra bu qüvvələr Ermənistan, Rusiya, Livan, Fələstin torpaqlarında yerləşdirildilər. Son zamanlar terrorçu HƏMƏS təşkilatının hakimiyyətə gəlməsində PKK-nın da rolu olduğu təsdiq olunmaqdadır. Azərbaycanda “islamçı qüvvələr iqtidara gəlmək iddiasındadır” fikri 2003-cü ildən başlayaraq hallandırılmaqdadır. Bunun ardınca nurçuların “Nur Kazarmalarının Tələbələri Hərəkatı”nın əsas aparıcı güc olması gizli dairələrdə öz təsdiqini tapmaqdadır. Bu hərəkatın komandirlərinin hamısı PKK-nın hərbi düşərgələrində xüsusi təlim keçmiş şəxslərdirlər. Onların iqtisadi və maliyyə cəhətdən heç bir problemləri yoxdur. Çünki Azərbaycanda PKK-nın və nurçuların birbaşa nəzarətində tələb olunduğundan artıq şirkətləri var. Bunlar hansı şirkətlərdir?

1960-cı illərdən başlayaraq Türkiyə, Suriya, Birləşmiş Ərəb Əmirlikləri, Səudiyyə Ərəbistanı, Livan, Liviya, Misir, İran, İraq, Qətər, Küveyt və digər ölkələrdə “Nur camaatı”nın iqtisadi, ticarət, istehsal, bank sahəsində irimiqyaslı fəaliyyətinə dəstək olaraq güclü maliyyə axınları başladı. Təbii ki, bu nəhəng maliyyə oliqarxiyasının “xaç atası” Fətullah Gülən idi. Əsas məqsəd Türkiyənin iqtisadi durumunu tədricən tam nəzarətə almaq idi.

Nurçuların liderlərinin bildirdiyinə görə, onların nəzarətindəki şirkətlərin sayının 5 minə kimi artırılması əsas hədəf hesab olunur. Bu istiqamətdə Türkiyə, Gürcüstan, Azərbaycan, İran, İraq, Türkmənistan, Qazaxıstan, Ermənistan da daxil olmaqla, “Xilafət dövləti”ni yaratmaq kimi (daha çox siyasi, iqtisadi və maliyyə mənasında) planlarını gerçəkləşdirmək üçün çalışırlar. Onların nəzarətindəki bütün iqtisadi dayaqlar daha çox qısamüddətli maliyyə gəlirlərinə hesablanmış iqtisadi siyasətə önəm verir. Onlar heç zaman uzunmüddətli iqtisadi infrastrukturların yaradılmasında maraqlı deyillər.

Türkiyədə F.Gülənin, nurçuların, hizbullahçıların, yusifiyyəçilərin, süleymançıların nəzarətində olan holdinqlər:

«Zaman» qəzeti: Feza Gəzeteçilik AŞ., Samanyolu TV; Samanyolu Yayıncılık Xidmətləri AŞ., CHA (Cihan Haber Ajansı), Cihan Haber Ajansı və Reklamçılıq AŞ., «Sızıntı» dərgisi, Türkiyə Öğretmenler Vakfı (TÖV), «Aksiyon» dərgisi, Feza Gazetecilik AŞ., İş Hayatı Dayanışma Derneği (İSHAD), Asya Finans Kurumu, Işık Sigorta AŞ.

Şirkətlərin adları: Çağ Öğrenim İşletmeleri A.Ş., Fatih Eğitim ve Öğrenim Kurumları AŞ., Samanyolu Basın Yayın Sanayi ve Ticaret AŞ., Feza Gazetecilik AŞ., Ufuk Eğitim İşletmeleri Ticaret AŞ., Fırat Eğitim Merkezi İstanbul Ticaret AŞ., İstanbul FEM Dershaneleri, Ufuk Eğitim Hizmetleri Ticaret AŞ., Akyazılı Orta ve Yüksek Eğitim Vakfı, Türkiye Öğretmenler Vakfı (TÖV)., Türkiye Gazeteciler ve Yazarlar Vakfı, Özel Maltepe Dershaneleri, Fatih Üniversitesi.

Qısa adı İSHAD tanınan ( “İs Hayatı Dayanısma Dernegi”) çevrəsində rəsmi olaraq fəaliyyət göstərən şirkətlərin adları (onların hədəfi bu şirkətlərin sayını 5 (beş) minə yaxınlaşdırmaqdır): Açil Tekstil, Ak Un Ekmek ve Unlu Mamuller, Akaydın Turizm Nakliyat, Akbulut Elektrik, Akça Hastanesi ve Dogumevi, Akdas Tekstil İnşaat Sanayi, Akdere İnşaat Gayrımenkul, Akerler Ticaret ve Sanayi, Akın Çorap Sanayi, Akik Bebe Tekstil, Akören Tekstil, Aksa Giyim Sanayi, Aksa Tekstil Sanayi, Aksam Tekstil, Aksan Ak İnşaat Sanayi, Aksiyon Tekstil Gida, Aksoyman Mefrusat, Aksu Market, Aktekstil Giyim Ticaret, Akter Elektronik Sanayi, Aktifsped Uluslararasi Nakliyat, Akveren Unlu Mamuller, Al İnşaat Emlak, Al-Ko Tekstil, Al-Koç Deri ve Mamulleri, Alsa Tesisat Ürünleri Sanayi, Altay Konfeksiyon, Altaylar Plastik Sanayi, Altin Büfecilik ve Gida Sanayi, Altun Züccaciye, Ankara Mobilya, Apa-Akin Mensucat Pazarlama, Ar-El Tekstil, Arilar Kumas, Arinç Tekstil Ticaret, Arin Sirketler G

Çevrimdışı toygar mete

  • Türkçü-Turancı
  • **
  • İleti: 29
Çalışmanız güzel olmuş teşekkürler!
 
    Bonturk;
 
     Sen tam Türkçe bir metin istemişşin ama kendin hiçbir imla kuralına uymamış ve Türkçe olmayan "w" harfini kullanmışşın! Lütfen yorum yaparken daha dikkatli olalım!!!

Çevrimdışı TÜRK-KAN

  • Türkçü-Turancı
  • *****
  • İleti: 2181
  • UÇMAĞA VARDI, TANRI DAĞLARINDA!
bide tam Türkçe olsaydı iyi olurdu yaw yarısını anlamadım :)

Bizde sizin dilinizden pek bir şey anlamadık. Türk dilinden başka her şeye benziyor.

23 EKİM 2023'DE, ELİM BİR TRAFİK KAZASI SONUCU, UÇMAĞA VARDI.
ŞİMDİ; TANRI DAĞINDA, ATALAR YURDUNDA, ATSIZ ATA MAKAMINDA, BAŞBUĞLAR OTAĞINDA, ERİNÇ İÇERİSİNDE!

Çevrimdışı emirtimur

  • Yeni Üye
  • *
  • İleti: 8
nurcular çok tehlikeli fem dershanelerinde ben şahid oldum TÜRKLÜK  yok edilip  müslümanlık adı altında insanları uyuşturuyorlar
çok dikkat etmek lazım