Gönderen Konu: İgid Türk Oğlu. Səttər Xan!  (Okunma sayısı 6999 defa)

0 Üye ve 1 Ziyaretçi konuyu incelemekte.

Çevrimdışı Aze Bozkır Savaşçısı

  • Türkçü-Turancı
  • ****
  • İleti: 222
İgid Türk Oğlu. Səttər Xan!
« : 14 Aralık 2011 »
                :asker: :turan: :asker:


      Azərbaycan tarixinin şərəfli səhifələrindən birini XX əsrin əvvəllərində şimalda çar Rusiyasına, cənubda "şah üsul-idarəsi"nə qarşı aparılan mübarizə təşkil edir. 1867-1914-cü illərdə gedən milli-azadlıq hərəkatının yetişdirdiyi, Türk Millətinin qüruru, tarixi Türk igidlərindən yalnız biri olan Səttar xan 1908-1909 illər Təbriz üsyanının əfsanəvi qəhramanına çevrilmişdir. Onun igidliyindən Avropa qəzetlərində və jurnallarında söhbət açılırdı!!

Çevrimdışı Aze Bozkır Savaşçısı

  • Türkçü-Turancı
  • ****
  • İleti: 222
Ynt: İgid Türk Oğlu. Səttər Xan!
« Yanıtla #1 : 14 Aralık 2011 »
       

      Səttar xan 1866-ci ildə Güney Azərbaycanın Qaradağ vilayətində köçəri maldarlıqla məşğul olan kəndli ailəsində böyümüşdü. Onun atası Hacı Həsən idi. Səttar xanın üç qardaşı və dörd bacısı olmuşdu. Kiçik yaşlarından ağır işlərlə məşğul olan, təhsil almaq imkanı olmayan Səttar zəhmətkeş və cəsarətli gənc kimi formalaşmışdır. İran zülmü əleyhinə baş vermiş hərəkat rəhbərlərindən birini gizlətdiklərinə görə gənc Səttar və böyük qardaşı İsmayıl həbs olunmuş və zəncirlə qandallanaraq Təbrizə gətirilmişdir. İsmayıl edam olunmuş Səttar isə üç ay həbsdə qaldıqdan sonra azad edilmişdi. Qardaşının edamı onda şah üsul-idarəsinə qarşı nifrəti daha da gücləndirmişdi.

     1880-ci illərdə 14 yaşında Səttar yenidən həbs olunmuş və uzun müddətə məhkum edilərək Ərdəbil həbsxanasına salınmışdı. Onun ikinci dəfə tutulmasının səbəbləri haqqında  məlumat verilmir. Lakin bir neçə aydan sonra gözətçini öldürmüş və həbsdən qaçaraq Qaradağın "Yurdçu" və "Alarlı" Türk tayfaları icərisində qatılması barədə məlumatlar vardır.

     İlk dəfə 1908-ci ildə Səttar xanın tərcümeyi-halı və onun qardaşının edam olunması haqqında qəzetlərdə məlumat verilmişdir ki, bunlardan da biri Tiflisdə gürcü dilində çıxan "Ali" ("Alov") qəzeti idi. Qəzet yazır ki, inqilaba qədər Səttar həbs olunmuş və azadlığa çıxdıqdan sonra 12-13 il ərzində Culfa-Təbriz yolunda qaçaqçılıq etmiş, xan və bəylərə rahatlıq verməmişdir. "Vestnik Baku" qəzeti isə özünün 18 dekabr 1908-ci il sayında yazırdı ki, Səttar xanın qardaşı edam olunmayıb. O, İran-hökümət qoşunları ilə atışmada həlak olub.
   
     İran inqilabı başlayarkən şahdan ən çox narazı Azərbaycan torpağları arasında Səttar xanın yaşadığı Təbriz xüsusi seçilirdi. 1905-ci ildə burada mütləq monarxiya əleyhinə baş verən çıxışlar onun siyasi şüurunun inkişafına müsbət təsir göstərmişdir. İlk vaxtlar bu cür çıxışlar kortəbii olsalar da, sonradan bu çıxışların siyasi səviyyəsi daha da yüksəlmişdir ki, bu da irəli sürülən tələblərdə özünü göstərir. Elə inqilabın ilk vaxtlarında Təbriz mücahidləri ilə vali Məmmədəli Mirzə arasında ilk toqquşma valinin məğlubiyyəti ilə nəticələndi. Bu inqilabın əsasını qoydu....

   İnqilabda iştirak edənlərin hamısı Azərbaycan və başqa Türk Millətləri idi. Və heç bir qeyri-Türk yox idi!!!

    Artıq Səttar xan 1906-cı ilin axırlarında Təbrizdə şah əleyhinə hərəkatda fəal iştirak etməyə başladı. 1906-cı ilin dekabrında o, İran taxtının varisi Məhəmməd Əli Tehrana getdikdən sonra Salmasda Təbriz sərrafı Hacı İbrahimin mübaşiri kimi 6 min tümən yığaraq silah alınması üçün Təbrizdə Əlinin  rəhbərlik etdiyi gizli təşkilata təhvil verdi. Bu dövrdən o, Təbrizdə yaradılan təşkilatın üzvi kimi nüfuz qazanmağa başladı.

    1907-ci ildə artıq Təbriz müstəqil idi.

    1908-ci ilin mayında mücahidləri və "yalnız türklərdən ibarət" birlikləri müdafiə etmək üçün Tehrana yürüşə hazırlıq görülməyə və Təbrizdə bunun üçün könüllülər toplanmağa başlandı. Min nəfərdən artıq könüllülərin içərisində Səttar xanın da dəstəsi var idi. 17 iyun 1908-ci ildə Səttar xanın 300 nəfərlik və Bağır xanın 50 nəfərlik dəstələri birlikdə Tehran istiqamətində hərəkətə başladılar. Onlar Basmincədə digər dəstələrin gəlməsini gözləmək qərarına gəldilər. Bu zaman demokratik qüvvələrin əleyhinə olan şəxslər teleqram vuraraq onları geri çağırdılar. 1908-ci il iyunun 23-də səhər Tehranda əksinqilabi çevriliş oldu. Polkovnik Lyaxovun kazak dəstələri məclisi atəşə tutaraq onu qovdu. Təbrizdə də artıq atışmalar başlamışdı. Tələsik Təbrizə qayıdan Səttar xan öz dəstəsi ilə küçə döyüşlərinə başladı. Təbrizin bütün məhəllələri irticaçı qüvvələr tərəfindən ələ keçirilsə də Səttar xanın dəstələri "Əmrəqız" məhəlləsində döyüşləri qəhrəmanlıqla davam etdirirdilər. Şəhərdə Səttarxanın qəhrəmanlığı haqqında müxtəlif əfsanələr yayılırdı. Ona kömək üçün hər məhəllədən Azərbaycan türkləri gəlirdi. Tezliklə Səttar xanın döyüşçülərinin sayı artmağa başladı. Barrikadalarda onun döyüşçüləri ilə birlikdə hətta uşaqlar və kişi paltarı geymiş qadınlar da vuruşurdular.

    Tehranda və digər ərazilərdə irticaçı qüvvələr qalib gəldikdən sonra təkcə Təbrizin Ərməqız məhəlləsində İran hakimiyyətinin bərpasına qarşı müqavimət davam edirdi.

    Səttar xanın ilk qələbəsi Əmrəqız məhəlləsində vuruşan dəstəsilə "Xiyabanı" məhəlləsində vuruşan Bağır xanın dəstəsinin birliyinin təmin etməsi ilə baş verdi. Onların birləşməsi Ərk qalasının alınması ilə nəticələndi. Qalada ələ keçirilən çoxlu sayda silah və sursat igidlərə paylandı. Ərk qalasının girişində Səttar xanın şərəfinə izdihamlı mitinq keçirildi və igid Türk xalqı onun adını zikr edirdi!

Çevrimdışı Aze Bozkır Savaşçısı

  • Türkçü-Turancı
  • ****
  • İleti: 222
Ynt: İgid Türk Oğlu. Səttər Xan!
« Yanıtla #2 : 14 Aralık 2011 »
      İlk aylar ərzində Səttar xanın dəstələri düşmənin bütün hücumlarını, o cümlədən Maku xanı Rəhim xanın dəstələrini dəf etdilər. Düşmən Səttar xanın başı üçün 6 min tümən mükafat ayırmışdı. Səttar xan öz qəhrəmanlığı, şücaəti ilə döyüşçülərə nümunə göstərir və təhlükəli yerlərdə bilavasitə döyüşlərdə iştirak edirdi. Məhz onun və döyüşçülərinin qəhrəmanlığı sayəsində Təbriz tamamilə düşməndən təmizləndi və artıq döyüşlər digər ərazilərə keçdi. Tezliklə Marağa, Salmas, Mərənd, Xoy, Maku, Ərdəbil və digər ərazilər İran şahının qüvvələrdən təmizləndi və Tehrana yol açıldı. Tehrana hücum etmək və azadlığa qovuşmaq  Səttar xanın  qarşısında duran əsas vəzifələrdən idi. Əhali arasında yayılmış müraciətlərin birində deyilirdi ki, Səttar xan və Azərbaycan Türkəri bütün İrandakı türklərin və azadlığın uğrunda mübarizə aparır. Məhz bu cür müraciətlərin nəticəsində Rəşt, Gilan, Yəzd və Güney Azərbaycanın digər əraziləri Səttar xanı müdafiə etməyə başladı. Səttar xan daim vətən, xalq uğrunda mübarizə apardığını bildirir və bu yolda özünü qurban verməyə hazır olduğunu bəyan edirdi.

     Səttar xanın böyük əməyi sayəsində 21 minlik Türk Ordusu təşkil olunmuşdu. Onun şaha qarşı irəli sürdüyü ultimatumda məclisin bərpası, konstitusiya uğrunda mübarizə aparanlara amnistiya, İran nazirlərin istefası, "Türk torpağının" geri verilməsi tələb olunurdu.

    1908-ci ilin axırlarından başlayaraq 1909-cu ilin axırlarına qədər şah qoşunlarının Səttar xana qarşı hücumları heç bir nəticə vermədi. Dəfələrlə ona, Bağır xana və başqa başçılara sui-qəsd olunmuşdu. Səttar xanın döyüşçüləri içərisində müxtəlif Türk ellərindən gəlmiş igidlər də iştirak edirdilər. Bunların icərisində 800 nəfərə qədər şimali Azərbaycandan və Xorasanda gələn türklər də var idi.

1909-cu ilin aprelində Məhəmmədəli şah Səttar xanla birbaşa danışıqlara başladı və Səttar xan öz tələblərini şaha bildirdi. Şahın nümayəndələri bu tələblərin yerinə yetiriləcəyi haqqında müxtəlif vədlər verməyə başlamışdılar.1909-cu ildə Şah höküməti konstitusiyanı bərpa etməyə məcbur oldu.

     Lakin öz içimizdə xainlər də var idi! 1909-cu ilin sentyabrında  Səttar xanın kiçik dəstə ilə Ərdəbildə qayda-qanun yaratmaq üçün göndərilməsi onun üçün bir tələ idi. Əleyhidarları onun buradan salamat çıxmaycağına ümid edirdilər. Lakin Səttar xan güclü müqavimətə baxmayaraq sağ-salamat Təbrizə qayıtdı. 1910-cu ilin martında Səttar xanın əleyhidarları Sepəhdarın başçılığı ilə ondan Tehrana gedib danışıqlara başlamağı tələb etdilər. Bağır xan buna razı olsa da Səttar xan buna qəti etiraz etdi və Sepəhdara kəskin cavab verdi.

     Bundan sonra ermənilərdən olan "Yefremin" başçılığı ilə daşnak dəstələri iki pulemyot və digər silahlarla onun evini mühasirəyə aldılar lakin o, mühasirəni Bağır xanla yararaq sağ çıxa bildi. Daha sonra Səttər xan Tehrana getmək, danışıqlar aparmaq qərarını aldı.

     Tehrana gedərkən bütün yaşayış məntəqələrində xalq onu böyük məhəbbətlə, gül-çiçəklə qarşılayırdılar. 1910-cu il aprelin 15-də onu qarşılamaq üçün Tehran əhalsinin əksəriyyəti küçələrə çıxmışdı. Onların şərəfinə şəhərin küçələrində «Xalqın qəhrəmanlarına eşq olsun!», deyə qışqırırdılar. Onu qarşılayanlar içərisində məclis üzvləri də var idi. Böyük izdiham Səttar xanı əlləri üstündə şəhər qapılarından keçirdilər. Səttar xan və Bağır xan onlara hədiyyə edilmiş və müxtəlif bahalı əşyalarla bəzədilmiş atların üstündə şəhər küçələrində irəlləyərkən əhali onları gül-çiçəklə qarşıladı.

Çevrimdışı Aze Bozkır Savaşçısı

  • Türkçü-Turancı
  • ****
  • İleti: 222
Ynt: İgid Türk Oğlu. Səttər Xan!
« Yanıtla #3 : 14 Aralık 2011 »
   

    Bir neçə gündən sonra Səttar xan və Bağır xana məktublar gəldi. Artıq İran bütün şərtləri qəbul etmişdi!!! :-) 

    Lakin İran höküməti onların gündən-günə artan nüfuzundan ehtiyat edərək fədailəri tərksilah etmək qərarına gəldilər. Xüsusilə Səttar xanın dəstəsinin sayının gündən-günə artması onları bərk narahat edirdi. İran bütün ərazilərini itirə bilərdi. Səttar xanın dəstəsini Atabəy parkında, Bağırxanın dəstəsini şəhərin digər hissəsində yerləşdiyindən Şah rejimi xəbər tutdu. Dəstələr ayrılmışdı! Hücum etmək vaxtı idi! Fədailərin tərkisilah edilməsi üçün bəhanə 16 iyul 1910-cu ildə müctəhid, seyid Abdulla Behbaninin öldürülməsi oldu. Qatil tapılmadı və hökümət bu sui-qəstdə fədailəri günahlandırdı. Səttar xan hökümətin bu ittihamının yalan olduğunu və qatilin üç gün ərzində tapılacağını bildirdi. Lakin hökümət Məclisin qərarına istinad edərək iki gün ərzində fədailərin tərkisilah olunmasını tələb etdi və bildirdi ki, bu müddət ərzində silahları təhvil verməyənlər qiyamçı elan olunacaqlar. Bu zaman Səttar xan, Bağır xan və sərdar Muhinin dəstələrində 500-600 nəfər döyüşçü var idi. Səttar xan Məclisin qərarının bütün qeyri-nizami hərbi birləşmələrə, o cümlədən Bəxtiyari dəstələrinə və Yefremin daşnak dəstəsinə də aid edilməsini tələb etdi. 7 avqustda nizami piyada hissələr, iranlı Bəxtiyar süvariləri və erməni Yefremin dəstəsi tələsik Tehran polisinin tərkibinə daxil edilərək Atabəy parkını mühasirəyə almaq üçün göndərildi. Nümayəndə heyəti Atabəy parkına gələrək Səttar xanı tərkisilah olmaq üçün dilə tutmağa çalışsalar da, Səttar xan onları qəbul etmədi. Bu günlərdə Səttar xan xəstə idi və döyüşlər başlayanda o, yataqdan duraraq silaha sarıldı, öz döyüşçüləri ilə birlikdə qəhrəmancasına döyüşdü. Fədailərə qarşı top və pulemyotlardan istifadə olunduğu halda onlar yalnız tüfəng və mauzerlərlə müdafiə olunurdular. Səttar xanın döyüşçülərindən 60-dan artıq ölən və yaralanan oldu. Yaralananlar içərisində onun özü də var idi.

Fədailərə qarşı törədilmiş bu cür vəhşilik Tehran, Təbriz və digər şəhərlərin əhalisini hiddətləndirdi və etiraz aksiyaları başlandı. Hökümət bütün ölkə ərazisində Səttar xan tərəfdarlarına qarşı represiyalara başladı. Səttar xan xəyanətlə tutuldu və şah rejimi onu Tehranda və Gilanda ömrünün axırınacan ev dustağı kimi cəmiyyətdən təcrid etdi.

Çevrimdışı Aze Bozkır Savaşçısı

  • Türkçü-Turancı
  • ****
  • İleti: 222
Ynt: İgid Türk Oğlu. Səttər Xan!
« Yanıtla #4 : 14 Aralık 2011 »
Səttar xanın mübariz əhval ruhiyyəsi, qətiyyəti ev dustağı olarkən də bir an belə zəifləməməişdi. Bu zaman Mürtəce qüvvələri təmsil edən və hökümətə tabe olmayaraq quldurluqla məşğul olan Səməd xanın dəstələrinin Təbriz əhalisini soyub talaması onu bərk narahat edirdi. O, nazirlər kabinetinə məkub göndərərək Səməd xanın quldur dəstələrindən Təbrizi qorumaq üçün Azərbaycana getməyə icazə istədi.

«Kavkaskaya kopeyka» qəzetinin muxbiri Səttarxanın bu müraciətindən sonra Nazirlər kabinetinin ona təşəkür elan etdiyini və Təbrizə qayıtmasına icazə verməsi haqqında məlumat vermişdi. Tehranda şayiə yayıldı ki, qəhrəman Səttar xan dəstə toplayraq bir neçə gündən sonra Tehranı tərk edərək Təbrizə gedəcək. Lakin Səttar xana Təbrizi quldurlardan təmizləmək missiyasını həyata keçirmək qismət olmadı. 1914-cü ilin 17 noyabrında Tehranda ermənilər tərəfində xainliklə, gəhbəcəsinə şəhid edildi!

Vətəninin azadlığı, müstəqilliyi, demokratik dəyərlərin bərqərar olması uğrunda mətin mübariz olan Səttar xanın adı Azərbaycan Türk Dünyasının şərəfli mübarizə tarixinə əbədi həkk olunmuşdur. Onun mübarizəsi nəticəsiz qalmamış və şah rejiminə qarşı sonrakı mübarizələr üçün bir nümunəyə, simvola çevrilmişdi.