Gönderen Konu: Kıbrısda törədilən ən dəhşətli soyqırımlar!  (Okunma sayısı 3979 defa)

0 Üye ve 2 Ziyaretçi konuyu incelemekte.

Çevrimdışı Aze Bozkır Savaşçısı

  • Türkçü-Turancı
  • ****
  • İleti: 222
                            "Muratağa, Sandallar və Atlılar Soyqırımı — Rumların Kıbrıs türklərinə qarşı
                                                  həyata keçirdiyi vəhşiliklərdən ən dəhşətlisi"


                                                  XAHİŞ EDİRƏM DİQQƏTLƏ OXUYUN!

               ZAMAN-ZAMAN UNUDULAN, BEYNƏLXALQ CƏMİYYƏT TƏRƏFİNDƏN QƏBUL OLUNMAYAN, ERMƏNİLƏRİN TÖRƏTDİKLƏRİ SOYQIRIMLAR KİMİ İNSANLIQDA ƏN VƏHŞİ QƏTLİAMLARDAN BİRİ.


 
                                                     BUNLAR BİZİM "QAN YADDAŞIMIZ"DIR!!!!!


      Rumların Kıbrıs türklərinə qarşı həyata keçirdiyi vəhşiliklərdən ən dəhşətlisi!Bu vəhşiliklər Muratağa, Atlılar və Sandallar kəndlərində olmuşdur. Bu soyqırım 1974-cü ilin 14 avqustundan 16 avqustuna kimi "EOKA-B" tərəfindən həyata keçirilmişdir. Muratağa, Atlılar və Sandallar kəndlərinin əli silah tutan kişilərinin adanın qorunması uğrunda cənub tərəfdə mücadilədə olduğunu bilən rumlar gecəykən müdafiəsiz qalan kəndə hücum edirlər. Hər üç kənddə 2 aylıq körpədən tutmuş 90 yaşlı qocalara qədər hamını qətlə yetirən rumlar öldürdükləri Kıbrıs türklərini kütləvi şəkildə yandıraraq sonradan torpağa basdırırlar. Bu hücum zamanı Atlılar kəndində 36 nəfər, Muratağa və Sandallar da isə 89 nəfər rum vəhşiliklərinin qurbanı olur. Qətlə yetirilən kıbrıslı türklər arasında o zaman adanın müdafiəsinə qalxan "Kamal Mericin" həyat yoldaşı və 5 övladı da olur. Rumlar 5 aylıq körpəni anasının qucağında süd əmdiyi yerdə qətlə yetirir, ana və övladını türklərə ibrət olsun deyə həmin şəkildə torpağa basdırırlar.

Soyqırımda öldürülənlərdən ən balacası 16 günlük, ən yaşlısı isə 95 yaşında olmaqla ümumilikdə 126 nəfər Türk qətlə yetirilmişdir. 1960-cı ildəki siyahıyaalmaya görə üç kəndin cəmi əhalisi 248 nəfər idi. Lakin xalqın bir qismi müxtəlif səbəblərdən həmin kəndləri tərk etmişdi.

      Bütün bunlar, məsum insanların ölümü, körpələrin süngülərə taxılmasının günahı onların yalnız "Türk olmaları idi.

Soyqırımla bağlı xatirə günü 14 avqust tarixidir. Muratağa, Sandallar və Atlılarda toplu məzarlıqların aşkar edilməsi prosesində Birləşmiş Millətlər Təşkilatının nümayəndələri də iştirak edib. Adada yaşayan bu insanlıq dramı qarşısında beynəlxalq birlik zaman-zaman hərəkətə gəlmək istəsə də, "lakin bir sıra səbəblərdən" rum tərəfinin vəhşiliklərinə son qiymətin verilməsi əngəlləmiş, insan qətliamına göz yumulmuşdu.

Çevrimdışı Aze Bozkır Savaşçısı

  • Türkçü-Turancı
  • ****
  • İleti: 222
                                                TÜRK DÜŞMƏNİ OLAN "ALÇAQ"!


Nikos Sampson

Çevrimdışı Aze Bozkır Savaşçısı

  • Türkçü-Turancı
  • ****
  • İleti: 222
Yandırılaraq cəsədləri torpağa basdırılan şəhidlərimiz "kütləvi məzarlıq"dan çıxarılarkən.

Çevrimdışı Aze Bozkır Savaşçısı

  • Türkçü-Turancı
  • ****
  • İleti: 222
Daha bunların nə olduğunu bilməyən, balaca, amma ürəyi böyük olan körpə şəhidlərimiz.