Gönderen Konu: "AVŞARLAR (ƏFŞARLAR)"  (Okunma sayısı 10737 defa)

0 Üye ve 1 Ziyaretçi konuyu incelemekte.

Çevrimdışı Aze Bozkır Savaşçısı

  • Türkçü-Turancı
  • ****
  • İleti: 222
"AVŞARLAR (ƏFŞARLAR)"
« : 11 Aralık 2011 »
                                                          :asker:  "Avşarlar." :asker:



               :asker: :turan:  :asker:

Çevrimdışı Aze Bozkır Savaşçısı

  • Türkçü-Turancı
  • ****
  • İleti: 222
Ynt: "AVŞARLAR (ƏFŞARLAR)"
« Yanıtla #1 : 11 Aralık 2011 »
1736-1802-ci illərdə Azərbaycanda və İranda hakimiyyətdə olmuşlar.

Afşar boyu Oğuzların 24 boyundan biri və Qaşqarlı Mahmuda görə Divanı Lüğəti-Türkdəki iyirmi iki oğuz bölümündən altıncısıdır. Bu boy Boz oğuzları qolundan (sağ qolundan), Oğuz Xaqanın oğlu Ulduz Xanın dörd oğulundan ən böyüyü olan Afşarın soyundan gəlir.

Afşarlar, Orta Asiyada, Sir-Dərya bölgəsində yaşamışlar. Böyük köç ilə Oguz tayfasından ayrılaraq Huzistan, Xorasan, bir qismi isə İraq, Suriya yolu ilə Qərbi Azərbaycan (indiki Ermənista ərazisi) və Anadoluya gəlmişdilər. İrana, İraq Suriyasına, Əfqanıstana da yayılmışlar. Afşarlar, Oğuzun o biri nəvələri Kınıklar və Sürüşülər kimi dövlət qurmuş, böyük hökmdarlar və sülalələr yetişdirmişlər.

Afşarlar, Böyük Səlcuq Dövlətinin bölünərək zəifləməsindən sonra, XII əsrin ilk yarısında bir müddət müstəqil, bir müddət də İraq Səlcuqlarına bağlı şəkildə bəyliklər qurmuşdular.

Karamanoğulları Bəyliyi, Avşar boyunun Qaramanlı qolundandır. Germiyanoğulları Bəyliyi, Avşar boyunun Germiyanlı qolundandır. Aydınoğulları Bəyliyi, Germiyanoğulları Bəyliyindən sonradan ayrılan bir bəylik olduğundan Avşar ola biləcəyi düşünülür. Saruhanoğulları Bəyliyi, Avşar boyunun Saruhanlı qolundandır. İran, Azərbaycan və Osmanlı tarixində üzərində əhəmiyyətli rol oynamış Afşarlar XII əsrdə, İç Anadoluya köç etmişdilər.

Səfəvilər dövründə, Fars və Huzistandaki Avşar oymaqlarından bir qisiminin Azərbaycana, xüsusilə Urmiyəyə gəlib yerləşdikləri təxmin edilməkdədir. Afşarlar Səfəvi dövlətini quran 7 Türk qəbiləsindən biridir. Xorasandaki Afşarların Qırxlı oymağına bağlı Nadir Şahın Azərbaycan tarixində çox əhəmiyyətli iştirakı olmuşdur.

Afşar xanədanlığı Nadir Şah öldürüldükdən sonra müəyyən zamanda qarışıqlıqlar içində yox olmuşdur.

Çevrimdışı Aze Bozkır Savaşçısı

  • Türkçü-Turancı
  • ****
  • İleti: 222
Ynt: "AVŞARLAR (ƏFŞARLAR)"
« Yanıtla #2 : 11 Aralık 2011 »
                                         "NADİR XANIN "ŞAH" SEÇİLMƏSİ. AVŞARLARIN
                                                                                                HAKİMİYYƏTƏ GƏLMƏSİ"

     Köhnə Səfəvi sülaləsinin nümayəndələri artıq feodal əyanları və xalq arasında öz nüfuzlarını tamamilə itirmişdilər və ölkəni dağıntıdan xilas etmək iqtidarında deyildilər. Nadir öz nöqteyi-nəzərindən yeganə doğru yola əl atmaq - taxt-tacın həqiqi sahibi olmaq istəyir. Bundan ötrü o yenidən qədim Türk qaydasına görə, Muğan düzündə qurultay, bu dəfə böyük qurultay çağırır. Bu qurultaya hərbi, mülki və dini əyanları, şəhər və kənd başçılarını yığır. Buraya 100 minə yaxın adam toplanır. Bunlardan ötrü məscid və bazarlar da daxil olmaqla ağac və qamışdan 12 min müvəqqəti tikili salınır. Novruz bayramı günü, 1736-cı ilin 21 martında Nadirqulu xan qurultaya iştirakçılar arasından yeni şah seçmək təklifi verir. Sözlərini bununla əsaslandırır ki, III Şah Abbas hələ ki, uşaqdır.

     Şah elan olunması məsələsi ortaya çıxanda, Nadir özünü zahirən elə göstərir ki, guya yorulub, doğrudan da şahlığı istəmir, qurultay az qala yalvarıb onun razılığını alır və tacqoyma mərasimi keçirilir. Nadir "şah" seçilir.

      Nadir Şah öz mövqeyini müharibələrlə möhkəmləndirir və onun hərbi dühası həmişə onun köməyinə çatır. Yer üzündə onun qədər parlaq hərbi qələbələr qazanmış sərkərdələri barmaqla saymaq olar. Nadir Şah yürüşlərə çıxmaqla həm də ölkənin iqtisadiyyatını dirçəltmək, hakimiyyətdəki sülalə dəyişikliyindən narazı qalan qızılbaş əyanlarını varlandırmaqla onları öz tərəfinə çəkmək məqsədi güdürdü. 1737-ci ildə Nadir Şah üsyana qalxmış əfqanlara qarşı çıxış edir. Həm Heratı, həm də Qəndəharı tutur. Sonra o, döyüşdən qaçqın əfqanlara sığınacaq verən Hindistana hücum çəkir. Nadirin qoşunları müqavimət görmədən Karnala (Dehlinin şimal-qərbində) qədər gəlib çıxır və 1739-cu ilin 24 fevralında Böyük Moğol sülaləsindən Məhəmməd şahın ordusunu darmadağın edərək, martın 20-də Dehlini tutur. Böyük Moğol dövləti üzərinə pulla altı milyon rupilik, qiymətli daş-qaşla 500 milyon rupilik xərac qoyulur. Moğol dövləti ordusuz qaldığından müqavimət göstərməyə gücü olmur və Nadir Şaha istədiklərini verir.  Alınmış hərbi qənimət 700 milyon rupi dəyərində hesablanırdı. Bunun böyük bir hissəsi Kelata aparılır və Nadir qəniməti ölənəcən burada saxlayır Ödəncin həmin qismində dünyanın ən iri brilyantı sayılan "kuhi-nur" ("nur dağı") adlanan daş da vardı. Başqa məşhur qiymətli daşlar da az deyildi.




Nadir Şahın Hindistandan gətirdiyi "Nur Dağı" adlı brilyant.

Çevrimdışı Aze Bozkır Savaşçısı

  • Türkçü-Turancı
  • ****
  • İleti: 222
Ynt: "AVŞARLAR (ƏFŞARLAR)"
« Yanıtla #3 : 11 Aralık 2011 »
     Hindistanı tutduqdan sonra Nadir Sindi özünə tabe edir və Orta Asiyaya yürüş edir. Güclü müqavimətə baxmayaraq, Nadir şah 1740-cı ildə Buxara və Xivə xanlıqlarını öz dövlətinin tərkibinə qata bilir.

     Tutduğu ölkələrdə silahlı qarnizonlar saxlayan Nadir 1741-ci ildə Dağıstan üzərinə yeriyir. Məsələ burasında idi ki, Nadir Hindistanda ikən dağlılar tabeçilikdən çıxmışdılar. Üstəlik onların dəstələri tez-tez Dərbənd və Şamaxı, Kaxetiya və Car-Balakən vilayətləri üzərinə hücuma keçirdilər. 1738-ci ildə Manik kəndi yaxınlığındakı döyüşdə Nadir şahın qardaşı İbrahim xanın qoşunları dağlıların birləşmiş orduları tərəfindən məğlubiyyətə uğradılmış, İbrahim xan və Gəncə bəylərbəyi Uğurlu xan Qacar öldürülmüşdü.

Hindistanı tutduqdan sonra Nadir Sindi özünə tabe edir və Orta Asiyaya yürüş edir. Güclü müqavimətə baxmayaraq, Nadir şah 1740-cı ildə Buxara və Xivə xanlıqlarını öz dövlətinin tərkibinə qata bilir.

Tutduğu ölkələrdə silahlı qarnizonlar saxlayan Nadir 1741-ci ildə Dağıstan üzərinə yeriyir. Məsələ burasında idi ki, Nadir Hindistanda ikən dağlılar tabeçilikdən çıxmışdılar. Üstəlik onların dəstələri tez-tez Dərbənd və Şamaxı, Kaxetiya və Car-Balakən vilayətləri üzərinə hücuma keçirdilər. 1738-ci ildə Manik kəndi yaxınlığındakı döyüşdə Nadir şahın qardaşı İbrahim xanın qoşunları dağlıların birləşmiş orduları tərəfindən məğlubiyyətə uğradılmış, İbrahim xan və Gəncə bəylərbəyi Uğurlu xan Qacar öldürülmüşdü.

Nadir şah özü də Dağıstanda inadlı müqavimətlə qarşılaşır. Lakin hər halda 1743-cü ilin əvvəllərində bir neçə qələbə qazanır. Görünür, Nadir Dağıstanda üzləşdiyi çətinliklərdən sonra özünü sındırmamaq üçün üzərində öz adı həkk olunmuş pul da buraxdırır. Lakin hər halda o, Dağıstandan geri çəkilməli olur.

       Dağıstanda zəifləmiş nüfuzunu bərpa etmək məqsədi ilə Nadir şah vaxt itirmədən Osmanlı İmperatorluğu ilə müharibəyə girir. Burada döyüşlər ərəb İraqını ələ keçirmək üçün aparılır. Lakin bu dəfə də döyüşlər gah bu, gah da o biri tərəfin üstünlüyü ilə keçir və qələbə qazanılmır. Bir səbəb də bu idi ki, Nadir öz əleyhinə qalxmış üsyanları yatırmaqdan ötrü qoşununun bir hissəsini İrana və onun ətrafındakı ölkələrə göndərmişdi. 1746-cı ildə Nadirin Osmanlı İmperiyası ilə bağladığı sülh müqaviləsinə görə, köhnə sərhədlər saxlanılırdı. Elə bu illərdə Nadir şah Bəhreyn, Oman və Maskat üzərinə yürüşlər də keçirir. Ölkənin paytaxtını talan edilmiş İsfahandan Məşhədə köçürür və bu şəhərin yaxınlığındakı dağın başında özünə Kelat adlı bir qala (Kelat qalası) qurdurur. Nadir xəzinəsini burada saxlayırdı. Qalanın tikilməsi ağlagəlməz çətinliklər yaradır. Azərbaycan türkləri buraya 10 tonlarla ağırlıqda mərmər təbəqələr gətirirdilər.









Nadir Şahın Osmanlı sultanına hədiyyə etdiyi "Qızıl Taxt":

Çevrimdışı Aze Bozkır Savaşçısı

  • Türkçü-Turancı
  • ****
  • İleti: 222
Ynt: "AVŞARLAR (ƏFŞARLAR)"
« Yanıtla #4 : 11 Aralık 2011 »
      Eyni zamanda Nadir şah Fars körfəzində və Xəzər dənizində donanma yaradılması işinə başlayır və ordusunu yenidən qurmaq fikrinə düşür. Hər iki məqsədlə Avropa ölkələrindən mütəxəssislər gətirilir. Onun ordusunda artilleriya və tüfəngçilər ağır muşketlərlə silahlanmış piyada döyüşçüləri mühüm yer tuturdu. Yeni toplar, mortiralar (qısa lüləli toplar) və nüvələr tökməkdən ötrü Mərvdə möhkəmləndirilmiş mərkəz yaradılmışdı. Artilleriya və top sınaqları, topçu və artilleristlərin hazırlığı burada keçirilirdi. Bütün bunlar Nadir şahın gələcək qələbələri naminə edilirdi. Onun geniş planları vardı. O, Xəzər dənizi boyundakı bütün torpaqları zəbt etmək, eskidən bəri düşmənimiz Çini də tutmaqla nəhəng bir dövlət yaratmaq arzusuna idi. Ancaq onun planları həyata keçmədi....

Çevrimdışı Aze Bozkır Savaşçısı

  • Türkçü-Turancı
  • ****
  • İleti: 222
Ynt: "AVŞARLAR (ƏFŞARLAR)"
« Yanıtla #5 : 11 Aralık 2011 »
           Onun apardığı mərkəzləşdirmə siyasəti "fars" feodal əyanlarının maraqlarına toxunurdu. 1741-ci ildə Mazandaran meşələrindən keçərkən, Nadirə sui-qəsd olur. Lakin suiq-qəsd uğurlu olmur. Bundan sonra Dağıstandakı uğursuzluqlar və 1743-1747-ci illərin üsyanlar dalğası başlayır. Bütün bunlar Nadir şahı qəzəbləndirir və o, kütləvi cəza tədbirlərinə başlayır. Təqiblər aparıcı soyların məşhur nümayəndələrindən də yan keçmir. Bunun da nəticəsində sarayda sui-qəsd havası yetişir və 1747-ci ilin iyununda gecə öz çadırında Nadiri qətlə yetirirlər. Bir çox tarixçilərin "Şərqin Napoleonu" adlandırdıqları bu böyük şəxsiyyətin həyatı belə faciəli şəkildə başa çatır.

Nadir Şahın ölümündən sonra onun qurduğu imperiya Səfəvi dövləti kimi getdikcə "farslaşır" və parçalanaraq süqut edir.

Çevrimdışı Aze Bozkır Savaşçısı

  • Türkçü-Turancı
  • ****
  • İleti: 222
Ynt: "AVŞARLAR (ƏFŞARLAR)"
« Yanıtla #6 : 11 Aralık 2011 »
.

Çevrimdışı Aze Bozkır Savaşçısı

  • Türkçü-Turancı
  • ****
  • İleti: 222
Ynt: "AVŞARLAR (ƏFŞARLAR)"
« Yanıtla #7 : 11 Aralık 2011 »
Nadir Şahın məzarı və türbəsi. Məşhəd şəhəri (İran).