Gönderen Konu: BABEK haqqinda bir nece fakt,  (Okunma sayısı 14479 defa)

0 Üye ve 1 Ziyaretçi konuyu incelemekte.

Çevrimdışı Beybura

  • Yeni Üye
  • *
  • İleti: 6
BABEK haqqinda bir nece fakt,
« : 09 Eylül 2011 »
BABEK VE XÜRREMİLİK HAQDA BİR NEÇƏ FAKT.
.“...ərəblər yerli əhalini sürətlə müsəlmanlaşdırmaq üçün islamı, ərəb dili və digər adət-ənənələrini qəbul etməyənlərin üzərinə olduqca ağır vergilər qoyurdular. Bu vergidən can qurtarmaq üçün əksər adamlar üzdə özlərini bu şərtləri qəbul edən kimi göstərir, hətta özlərinə ərəb adları götürməyə məcbur olurdular”. (Ziya Bünyadov, “Azərbaycan VII-IX əsrlərdə
Zərdüştlük heç dəyilənlər kimi azqın din olmayıb.
Zərdüştlük haqda deyib Hz Əli; “Zərdüştün müvəhhid və təkallahlı olmasını ilk dəfə Əli ibn Əbu Talib (Məhəmməd peyğəmbərin mənəvi varisi və islamın ilk imamlarından biri- müəllif), ondan sonra Hüzeyfə, Səid ibn-Müsəyib və başqaları qəbul etmişlər” (mənbə- İsmayıl Şəms, “Avesta”). Həzrət Əlidən “məcusilər” (zərdüştilər) haqda soruşulduqda isə, o, belə cavab vermişdi: “Məcusilərə toxunmayın, onlara Kitab və Peyğəmbərgöndərilib”.

İbn ən-Nədim yazır: “Hürrəmilərin dini etiqadında qətl, əzab və savaş yox idi, onlar bütün bunların nə olduğunu bilmirdilər

Müsəlman salnaməçiləri Hürrəmilər haqqında müsəlmanlarda onlara qarşı qəzəb oyadan hər cür böhtan və iftira yazmışlar. Bu saxtakar tarixçilər bir tərəfdən yazırlar ki, guya hürrəmilər yaxın qohumları ilə nigaha girirmişlər, o biri tərəfdən isə qeyd edirlər ki, onlar ailəni rədd edərək, qadınlardan ümumi şəkildə istifadə edirmişlər.

Xürrəmilərə başçı seçiləndən sonra “Babək” adlandırılır. Bu sözün kökündə duran “baba” sözü demək olar ki, əksər qədim dillərdə -“ata”, “Babək” isə “atacan”, “başçı” mənasını verir.

Bir sıra ərəb mənbələrində qeyd olunur ki, guya Babəkin əsl adı müsəlman adı olan Həsən imiş.
Lakin, müasir təqdiqatçılar (Əlirza Xələfli, Fikrət Nəsrəddinzadə, Məzahir Alıyev və b.) öz məqalələrində qeyd edirlər ki, bu ad ərəb tarixçiləri tərəfindən təhrif olunub və əslində onun ilk adı Əsən (və ya Əhsən) olub. Bu köklü turk sözünə 5 min ildən çox tarixi olan Dədə Qorqud eposunda da çox rast gəlinir (məs. sağsanmı-əsənsənmi?, əhsən-alqış və s.

Xürremilərə atılan böhtanlar tamam yalandir.

Əbu Müzəffər İsfəraini yazır guya onlar bütün vaxtlarını şən musiqi altında yeyib-içməklə, gülüb-oynamaqla keçirirmişlər.: "hər iki cinsdən olan babəkilər ildə bir gecə o dağda musiqi və mey məclisinə toplaşıb, pozğun işlər görərdilər". Əslində isə, bu ərəb “tarixçi”sinin dediyi gecə, haqqında yəqin ki, heç bir məlumatı olmadığı xalqımızın Tanrıya həsr olunan ən müqəddəs bayramı- Novruz gecəsidir.
Bu iftira ilə bağlı görkəmli tarixçi, akademik Ziya Bünyadov yazır: "İyirmi ildən artıq xilafətə qarşı kəskin və cəsur azadlıq mübarizəsi aparmış bir xalqı şən və qayğısız ömür sürən başıpozuq bir kütlə kimi qələmə vermək mümkün deyil."

                                   ÜSYANIN GEDİŞİ BÖYÜK UĞURLAR

Azərbaycanda artıq möhtəşəm və güclü bir dövlət yarandığını, milli-mədəni ənənələrin, sarsılmaz ideologiyanın bərpa olunduğunu görən Xəlifə Məmun Azərbaycan üzərinə böyük nizami ordu göndərdi. Lakin bu xalqa qarşı döyüşmək artıq asan deyildi.
(Yeri gəlmişkən hadisələri qabaqlayaraq deyək ki, Məmun dəfələrlə özünün ən say-seçmə döyüşçülərini hücuma göndərdi və hər dəfə onun sərkərdələri məğlub oldular. Xəlifə bir-birinin ardınca ali qoşun başçılarını dəyişib yeni-yeni ordular yaratsa da, cəhdləri nəticəsiz qaldı. Babək yenilməzlik şöhrəti qazandı.)
Məmunun Azərbaycan üzərinə göndərdiyi ilk qoşuna Yəhya ibn Məaz ibn Müslüm başçılıq edirdi. Azərbaycan və Xilafət orduları arasında ilk döyüş 819-cu ildə baş verdi və böyük üstünlüyə malik ərəb ordusu qələbə qazana bilmədi. Hürrəmi orduları bütün hücumları qəhrəmancasına dəf edib ərəb qoşunlarını geri oturdurdu. İbn Müslüm heç bir uğur qazana bilmədiyindən 820-ci ildə Məmun onun yerinə məşhur sərkərdə İsa ibn Məhəmməd ibn Əbu Həmidi təyin etdi. Yeni sərkərdə öz qoşunu ilə Odlar Yurduna hərbi yürüşə başladı. Azərbaycan ordusu ərəb qoşununu ölkənin cənub sərhədlərində qarşılayaraq, darmadağın etdi.
Təbəri yazır: “Ərəb ordusu pərən-pərən düşüb qaçdığı zaman əsgərlərdən biri arxasına baxmadan qaçan İsadan soruşur: "-Ey Əbu Musa, hara belə?" O isə belə cavab verir: "-Biz onlarla vuruşa bilmərik, biz ancaq müsəlmanları qorxutmağa qadirik".

Bütün hərbi strategiyasını Azərbaycanı işğal etmək istəyi üzərində quran və xəyalları boşa çıxan xəlifə Məmun nəhayət, götür-qoy etdikdən sonra Xilafətin əksər iri qoşun dəstələrini birləşdirərək təcrübəli sərkərdə Məhəmməd ibn Hüməyd əl-Tusinin sərəncamına verdi və Odlar Yurdunu işğal edəcəyi təqdirdə onu bütün Azərbaycanın hakimi təyin edəcəyini bildirdi.
Tusinin rəhbərliyi altında nəhəng ərəb ordusu Azərbaycan üzərinə yürüşə başladı. Böyük say çoxluğuna malik ərəb qoşunlarının təzyiqi altında Azərbaycan ordusu ölkənin cənub vilayətlərini tərk edərək Bəzz şəhərinə doğru geri çəkilmək məcburiyyətində qaldı. Müqavimətə rast gəlməyən Hüməyd öz qoşunu ilə Bəzzin yaxınlığınadək irəlilədi. ...829-cu ilin 3 iyununda döyüşə girməzdən qabaq, Babək ən say-seçmə döyüşçülərdən təşkil olunmuş qoşunu dağların arxasında gizlədərək, özü düzəngaha baxan qayalardan birində mövqe tutdu.
...Hürrəmi orduları sel kimi qayalardan düzəngaha endi və amansız döyüş başladı. Döyüşün gərgin çağında ehtiyat qoşunun ərəblərin arxasından hücuma keçməsi döyüşün taleyini həll etdi. Bununla da, I Həştadsər döyüşündə Xilafətin növbəti işğalçı ordusu da ağır məğlubiyyətə uğradıldı. Sağ qalanlar pərən-pərən olub qaçdı, Məhəmməd ibn Hüməyd isə məhv edildi.

Dəhşətli məğlubiyyət xəbəri alan Bağdad bu hadisədən sarsılmışdı. Daha bir istedadlı sərkərdə itirilmiş, 150 minlik ordu darmadağın edilmiş, 50 minədək döyüşçü məhv edilmişdi. Bir il sonra- 830-cu ildə I Həmədan döyüşündə ərəblərin yeni komandanı İbrahim əl-Leys ibn Fəzl də Hürrəmilərə biabırçı surətdə məğlub oldu və Azərbaycanın cənub şəhəri Həmədan da ərəb işğalından azad edildi


Çevrimdışı TÜRK-KAN

  • Türkçü-Turancı
  • *****
  • İleti: 2181
  • UÇMAĞA VARDI, TANRI DAĞLARINDA!
Ynt: BABEK haqqinda bir nece fakt,
« Yanıtla #1 : 09 Eylül 2011 »
23 EKİM 2023'DE, ELİM BİR TRAFİK KAZASI SONUCU, UÇMAĞA VARDI.
ŞİMDİ; TANRI DAĞINDA, ATALAR YURDUNDA, ATSIZ ATA MAKAMINDA, BAŞBUĞLAR OTAĞINDA, ERİNÇ İÇERİSİNDE!

Çevrimdışı Beybura

  • Yeni Üye
  • *
  • İleti: 6
Ynt: BABEK haqqinda bir nece fakt,
« Yanıtla #2 : 09 Eylül 2011 »
Bezen bilerekden bezen bilmeyerekden Babeke leke yaxirlar.

Çevrimdışı Aze Bozkır Savaşçısı

  • Türkçü-Turancı
  • ****
  • İleti: 222
Ynt: BABEK haqqinda bir nece fakt,
« Yanıtla #3 : 07 Aralık 2011 »
Bəbək bütün dinlərə və xalqlara hörmət eləyib. Ürəyi Vətən eşqi ilə döyünən igid sərkərdə olub. Məkanı Cənnət olsun!