Gönderen Konu: Rusyada Turkculuk  (Okunma sayısı 2816 defa)

0 Üye ve 1 Ziyaretçi konuyu incelemekte.

Çevrimdışı Azerbaycan

  • Türkçü-Turancı
  • **
  • İleti: 11
Rusyada Turkculuk
« : 15 Kasım 2013 »

"İnterfaks" agentliyinin Federal Təhlükəsizlik Xidmətinin regional idarəsinin mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, cinayət törətməkdə şübhəli bilinın şəxs təqsirini etiraf edib. Bildirilir ki, 25 yaşlı gənc 600 nəfərdən ibarət "millətçi yönümlü" qapalı qrup yaratdığını bildirib. Qrupun yaradıcılarının düşüncəsinə görə, yakutiyalı gənclər inqilab təşkil etməli imişlər.

FTX-nin məlumatında qeyd olunur ki, yakutiyalı gənclər Türkiyədən və Azərbaycandan olan və böyük Türk imperiyası - Turan dövləti yaratmağa çalışan gənclərlə əlaqə yaradıblar.

2013-cü ilin avqust ayında Sankt-Peterburqda Şirazi Bəkirov adlı bir nəfəri mühakimə edərək 6 ay cəza kəsiblər. O da Böyük Turan dövlətinin yaradılması üçün çıxış edənlərdən biridir. Vahid Türk dövləti yaratmaq istəyənlərin mənsub olduğu cərəyanı, adətən pantürikizm və ya panturanizm adlandırırlar. Sovet dövründə pantürkizm ittihamı tez-tez həbslər üçün əsas səbəb olurdu.

Yakutiyaya yaşayan yakutlar və dolqanlar Türk xalqlarına mənsubdurlar.