Gönderen Konu: Oğuznamə  (Okunma sayısı 3578 defa)

0 Üye ve 1 Ziyaretçi konuyu incelemekte.

Çevrimdışı TÜRK

  • Türkçü-Turancı
  • **
  • İleti: 25
Oğuznamə
« : 22 Mayıs 2013 »
"Oğuznamə" adından da bəlli olduğu kimi Oğuzlar haqqında yazılmış əsərlərə deyilər. Bu bir ümumi-birləşdirici addır və bu ad altında bir çox əsərlər və yazılar vardır. Bunlardan birini burada paylaşmaq istərdim. Bu Oğuznamə Azərbaycan ərazisində bulunmuşdur və burada həmin Oğuznaməni olduğu kimi əsərin öz dili ilə - orta çağ Oğuzcası ilə paylaşacağam.

Çevrimdışı TÜRK

  • Türkçü-Turancı
  • **
  • İleti: 25
Ynt: Oğuznamə
« Yanıtla #1 : 22 Mayıs 2013 »
                                                   OĞUZNAMƏ PARÇALARI

Gün doğuşu gen yerdən qopan,Oğuz,
Gümiş göglü,ban evlü,bargahlu,Oğuz,
Arı suya yayxandıqda abdəstlü,Oğuz,
Alın yerə qoyduqda namazlü [Oğuz]
Bir Tanrıyı bilüb arı din sərvəri Məhəmmədün-Nəbi dildə yadlu Oğuz.

Ala xalı,örün döşəklü Oğuz,
Qəbzəsi altunlu,gərdəklü Oğuz.
Qızları qiymətlü,yigitləri mürüvvətlü,qocaları təətlü,hörmətlü Oğuz.

Göküslücə qara dağları yaylalu Oğuz.
Quytımda dağ salların qışlaqlu [Oğuz].
Qanlu kafir ellərindən xərac alan Oğuz.
Xərac verməyəni qıran Oğuz.
Köküslücə görklü yaylaları ağ ayılda belün sürən Oğuz.

Evin,barqın oda uran [Oğuz].
Ağca qoyun yəxnilü Oğuz.
Aşağı uzun al çərdigi mintlü Oğuz.
Çadır çanqılu uzun ulu bəylər yığnağı dövlətlü Oğuz.

Bayındur xan şilənlü Oğuz.
Ulaş Salur Qazan bəylərbəylü Oğuz.
Əmir Süleyman uğurlu Oğuz.
Dədə Qorqut biliklü Oğuz.
Ucın...Daş Oğuz bəylərbəylü Oğuz.
Yarıcun Allah olsun.
Yalavacın Məhəmməd olsun.
Doğar günün çoğacı,tusqu günün yatusu,
Görklü evin aydını,
Doğalıdan dövlətlü,
Olalıdan səadətlü,
Ulu sultan budağı,
Qazi Xanun torunu,
Qara belün ürkünü,
Qara dağun qaplanı,
Qara şahin yavrusu,
Saru sazun arslanı,
Qaytabanın buğrası.
Dədə Qorqut biliklü,
Salur Qazan səadətlü,
Əmir Süleyman uğurlu,
Bayındur xan dövlətlü,
Yağı görsə yardımlu,
Qaçım görsə durumlu,
Türkistanın dirəgi,
Tülü quşun yavrusu,
Ulu bəylər yığnağı,
Ağca çadır çanqılu,
Ala xalı ürünlü.
Ağca qoyun yəxnilü,
Lalın gəlsə donatan,
Acın gəlsə doyutan.
Ağın basub dizin çəkən,
Divan durquran,
Güclünün gücün qıran,
Gücsüzə dadın verən,
Qanlu kafir ellərində qan qaşandıran,
Qara başların bunlu edən,
Oğlancıqların ağladan,
Tavuqların qığıldadan.
Oğlancıqların ağlatmayan,
Tavuqların banlatmayan,
Nakusların çaldırmayan Otmanoğlu.
Altunda ağ-boz atun güdərməsün.
Dolamalu bəgit donun sökülməsün.
Alın başda qunt işığın yoğrulmasun.
Qaya kəsər gög qılınc kediməsün.
Üç sinirlü qatı yayun yasılmasun.
Üç yeləklü qayın oxun düşmanına doğru varsun.
Yazılu gələn süfrələrün dürülməsün.
Qaynadılan qazanlarun soğulmasun.
Ay altında yürüyən düşmanın Allah ursun.
Gün altunda yürüyən düşmanun gün yandırsun.
Sandıqınla bağlamanı haqq ərgürsün.
Va varan yigitlərün ovul gəlsün.
Aqına varan qullarun ürünlü gəlsün.
Ay ağılda ağ belün sürüb busuqlu gəlsün.
Alqışın alay olsun.
Tutduğun işlər qolay gəlsün.
Yarıcın Allah,yalavacın Məhəmməd olsun.
Dədə Qorqut biliklü yeddi bilüsün versün.
Əmir Süleyman uğurlu [uğurun] versün.
Salur Qazan səadətlü yeddi səadətin versün.
Bayındur xan dövlətlü yeddi dövlətün versün.
Alp Arız...versün.
Bığı qanlu Bükdüz Əmən heybətlü yeddi heybətün versün.
Ucun ulalsın.
Yanın yayılsun.
Sənə yaman sananlar ot kimi üzülsün.
Torpaq kimi savrulsun.
Düşmanın başaq [sürsün].
Başağını eşək yesün.
Anı dəxi qurat yesün,dursun dönsün.
Bucuq gilə daru dəgirmənə ilətsün.
Dəgirməni bozuq bulsun.
...keçmiş bulsun
Əkməgin qoynuna qoyub yola getsün.
Yolda ilətüb...düşmüş bulsun.
Yer enindən yer enin yılan bilür.
Burulu yonca dadın borsuq bilür.
Yeddi dərə qolhasın dilkü bilür.
Çuvaldız qiymətin nökəri bilür.
Ağır yükün həngini qatır bilür.
Yeddi yollar ayırdın dəvə bilür.
Ər ağırın,ər yeynisin ərən bilür.
Qara başa ağrı gəlsə,beyni bilür.
Gen yerlər otlağın geyik bilür.
Datlı suyun dadın qulan bilür.
Ər nakəsin,ər comərdin ozan bilür.
Qarşu yatan qələbi sənri qara dağları aşub gələn ozan olsun.
Qayna aqan mal irmaqları keçib gələn ozan olsun.
Qazlıq atınıza binüb qaftan donunuz geyən ozan olsun.
Ağır ağ altun ağ alçanız alan ozan olsun.
Səri həsar duma donlu salqum-sakqum don geyən,
Qonur atın oynadan,
Yağı görsə,yardımlu,düşman görsə,durumlu,
Türkistanın dirəgi,
Tülü quşun yavrusu,
Qanlu kafir ellərindən adlu Xorasana ad çağırdan,
Ağcahisarın əglik salub alan,
Görklü yüzlü gözəl qızların,oğlanların belün sürən,
Qanlu kafir ellərinə qan qaşandıran,
Qara başların bunlu edən,
Oğlancıqların ağlaşdıran,
İtlərin uluşduran,
Tavuqların qığıldaşdıran,
Ulaş oğlu Salur Qazan bəy.
Qara daşı qarmadıqda kül eyləyən,
Dağa-daşa buşusundan duman çökən,
Qara dərə ağzında qadir verən,qara yeri gərtüb beşik qılan,
Qara buğra dərisindən bağırtlaq düzən,
Altı ay Xəncərgid həsarında dustaq olan,
Qazan bəyin qardaşı Qaragünə bəy.
Doqsan dəridən kürk olsa,topuğun örtməyən,
Doqquz dəridən şəbkülah olsa,tülügün örtməyən,
Doqsan qoyun dovqalıq,on qoyun öyünlük yetməyən,
Doqquz yaşar cüngin silküb atan,
Qıynağında gögdə dutan,
At başın yalmayub bir gəz yudan Afrasiyab oğlu Alp Arız bəy.
Qoçlu dəvə götürməzdi onun yayın.
Qoşa burcda əglənməzdi onun oxu.
Yağrıqçı oğlu Yazır Kondan.
Bayığın ənsəsində üç kəz dükən,
Qaçındıqda qarımına qan qaşandıran,gözü qanın dönən,
Yer əvərin yılan,
Adəmilər əvrəni Ucən oğlu Əmən bəy.
Dəmür qapu Dərbəndin dəpüb yıqan,
Doqsan doqquz qələnin kilidin alan,
Saru Sandal qızına nikah qılan,
Alınmaduq yerlərdən xərac alan,
Yasılmaduq düşmanı yasan,
Kürə kafir ellərin basan İllərşə oğlu Etil Alp.
Yeddi yıl Elbürzə səfər qılan,
Qayub dönən Büsat qardaş qanın alan,
İt Dəpəgözü öldürüb Qalın Oğuzda ad qoyan Urılmış xan.
Ban həsarından pırlayıb uçan,
Altı batman som dəmürü ayağında qıran,
Apıl-sapıl üyrüyəndə boğalayın,
Zıvıl-zıvıl zıvlayanda yılanlayın.
On altı yıl Bayburt həsarında dustaqlıq çəkən,
Baldırı uzun Baldırşadın haqqın alan,
Yuca yerdən alçaq yerə göz gözədən
Baybura oğlu Bəy Barı yigit.
Qalın oğuz ellərindən qalqub dərilən,
Qırq yigitin yanına salan,
Qanlu kafir ellərinə aşan,
Qaynar axar mal irmaqların keçən,
Qəriblik ellərə qəfil düşən,
Arslanıla buğarasın,kürəşgisin öldürən,
Otuz doqquz yigitin qanın alan,
Adlu Oğuzda ad qoyan,
Saru donlu Selcan qadını alan Qanlı Qoca oğlu Qanturalu.
Səim oğlu Qaramanı sevüb Tanrı yaradan ulu sultan budağı,
Altun körpü yapan,
Əzraillə savaş qılan,
Salqum-salqum don geyən,
Saqar atın oynadan,
Tokuş Qoca oğlu Toğrul sultan dum edigi duma donlu
Dört min ərün sərvəri Qazan bəyin qəriblikdə yoldaşı,
Qıyan Səlcür oğlu Dəlü Dondar bəy.
Qara dağın qurdu,
Qara qaya qaplanı,
Qara şahin yavrusu,
Əmən bəydən öcin alan
Ənsi Qoca oğlu Oqçı Kozan.
Saru sazda ulalan,
Qalın Oğuzda ad qoyan,
Qara başına oğlanlığında qıyan Ucən oğlu.
Əmən bəydən öcin alan
Ənsi Qoca oğlu Oqçı Kozan.
Sarı sazda ulalan,
Sarı arslan südin əmən,sazda böyümüş saz dəlüsü günün gündən yeg olsun.
Dünün dündən yeg olsun.
Dəmün dəmündən yeg olsun.
Nəfəsün gecgün olsun.
Qılıcın kəskin olsun.
Xızır yoldaşun olsun.
Quba quba tuğlaladım ər bunaldurdum buşqunumda mən Qazan,
Qaytabanun buğrasıydum,ər bunaldurdum,
Kükrədükdə qab qayada anrar arsladım mən Qazan ər bunaldırıdum anradıqda.
Saru sazda arslan ər bunaldurdum.
Soraqduqda qara bulud ürkünüyidüm.
Qara dənizdən su albı yerə satarıdum mən Qazan.
Qaracuğun Cılban dağından kafir daş uçursa,qaba oyluğunu dutan mən Qazanıdım.
Qaranqu dunla harın yağı ersə,qanlu suya ğılağuzluq edən mən Qazandım.
Qəlbi sənri qara dağun salında qapılınun Qara Dərbəndə gur düşman gəlsə,yenə qoyub ol
                                                              düşmana öndən dəpüb girən mən Qazandım.
Qatı yaylar sındırıb əldə qəbzə qoyan mən Qazandım.
Qayın oxlar atub yelək qoyan əldə mən Qazandım.
Min ər gördügümdə mən qazan bıyıq burdum
Beş min ərən gördügümdə mən Qazan boşanmadım.
On min ərən gördügümdə oyunum demədim.
İyirmi min ərən gördügümdə yerinmədim.
Otuz min ərən gördügümdə utanmadım.
Qırx min ərən gördügümdə qapınmadım.
Əlli min ərən gördügümdə ə vermədim.
Altmış min ərən gördügümdə alpam demədim.
Yetmiş min ərən gördügümdə yılamadum.
Səksən min ərən gördügümdə səksənmədüm.
Doxsan min ərən gördügümdə dolanmadum.
Yüz min ərən gördügümdə mən Qazan yüz döndərmədüm.
Qaraqoç Qonur atun qalanın qatı çəkdim.
Sağdan girdim,soldan çıxdum,
Soldan girdim,sağdan çıxdum.
Arı dinli görklü Məhəmmədi yada gətürdüm.
Allahın inayətindən,Məhəmməd möcüzatından
Ol yağıya anda basdım.
Alpam,bəyəm demədim.
Bu dində ögünmən,ögünmən,a bəylərüm,
Ögünürsə,yer ögünsün.


klü Oğuz.
Qızları qiym doyutan.
Ağın basub dizin ç