Ömər Lütfi Topalın nəzarətində olmaqla, 1993-cü ilin payızından indiyə kimi PKK-nın Əfqanıstan-İran-Azərbaycan-Gürcüstan (və ya Rusiya) yolu ilə silah, narkotik malların gizli bazarı mövcuddur. Elə buna görə də Suriya, İraq, İran və Türkiyə kürdlərinin Azərbaycanın beynəlxalq narkotranzit regionu olması şərtləri içində bu ölkədə daha sıx məskunlaşmaqdadırlar. Çünki onlar bu böyük bazarı tam nəzarətlərində saxlamaqda iddialıdırlar. Bu qüvvələr Azərbaycanın hətta siyasi, ictimai, mədəni elitasında da möhkəmləniblər. “Üçüncü Dünya” dövlətləri statusunda olan Azərbaycan bu güclər üçün “münbit” region hesab olunur. Türkiyənin sabiq xarici işlər naziri İsmail Cem Bakıya son rəsmi səfərində bu faktları dolayısı ilə təsdiq etmişdi. İ.Cemdən sonra PKK lideri Abdulla Öcalanın (Apo) məhkəmədəki çıxışında “indi PKK-nın ən güclü dayaqları Azərbaycandır” faktını təsdiq etməsi ildırım sürəti ilə bütün dünyaya yayıldı.
Türkiyədə nurçular “Rifah” partiyasının süqutundan sonra Rəcai Kutanın liderliyində “Fəzilət” partiyası qısa bir zamanda formalaşdırılmağa başladı. Sadəcə, N.Ərbakandan, R.Kutandan başlanılan “mövhumatçı” siyasi-dini təbliğat ciddi dəstəklənmədiyindən, “qocaları fərdi təqaüddə saxlamaq”la, daha enerjili nurçu qüvvələrin (qalstuklu vəhhabilər) yeni siyasi gücü olaraq “Ədalət və İnkişaf” partiyası liderliyində Rəcəb Tayyib Ərdoğan güclü gizli iqtisadiyyatın fəal maliyyə dəstəyi ilə yenidən iqtidara gətirildi. Düz dörd ildir Türkiyədə hakimiyyətdə olan bu güc bütün resurslardan yararlanaraq daha da zənginləşibdir. İraqda süni “Kürdüstan” dövlətinin yaradılması, bu dövlətin silahlı qüvvələrinin PKK terrorçularının hesabına rəsmiləşdirilməsi Azərbaycan dövləti üçün böyük bir təhlükə mənbəyidir. Ermənistan-Azərbaycan müharibəsi yenidən alovlansa, “Kürdüstan Silahlı Qüvvələri” dərhal Ermənistanın yanında olacaqdır. PKK-nın Suriya, Livan, Fələstin və İrandakı Hizbullah Silahlı Qüvvələri arasında 1980-ci illərdən gizli olaraq, qarşılıqlı əməkdaşlıq haqqında rəsmi müqavilələri var. İndi bu terrorçu güclərə “Kürdüstan Silahlı Qüvvələri” də qatılıb.
Azərbaycanda nurçuların yaratdıqları bütün ticarət, iqtisadi, istehsal, təhsil sahələrində, dini təbliğ mərkəzlərində yerli “manqurtlaşdırılmış” qüvvələrdən ibarət PKK-ya sadiq, rəğbəti olan potensial güc formalaşdırılmaqda, istiqamətləndirilməkdədir. Bu proses təşkilat kimi “siyasi kürdçülük” biçimində “Devrimçi Demokratik Kültür Derneyi” (DDKO), “Tekoşin”, “Özgürlük Yolu”, “Denqe Kava” kimi ənənəsi olan radikal kürd terror təşkilatlarının proqramlarına uyğun inkişaf etdirilir.
Azərbaycanda qurulmuş “Med Zəhra qrupu”, “Zəhra təhsil və mədəniyyət vəqfi” (fondu) nurçu təşkilatlar PKK-nın narkobiznesinin gəlirləri hesabına maliyyələşdirlir. Bu iki təşkilat əsasən maliyyəsini “MÜSİAD” təşkilatına təqdim olunan proyektlərin hesabına uyğunlaşdırır. Bu iki təşkilat S.Kürdinin bir zamanlar iddia etdiyi kimi “Mədrəsətül Zəhranın Kürdüstan adlandırdığı Şimal-Şərq Anadolu” əraziləri hesab olunur. Bu növ mərkəzləri Azərbaycanda gücləndirməklə “İslam Zəfər Ordusu” təlimləri psixoloji olaraq insanlarda yaranır. Və sonra isə “islami dəyərlərin pozulduğu Türkiyə və Azərbaycan”da radikal islamçı təfəkkürlə hakimiyyət və xalq arasında silahlı mübarizəni gücləndirmiş olur. Bunun arxasında isə bu iki dövləti daxili silahlı münaqişələr, vətəndaş müharibəsi hesabına diz çökdürmək, zəngin kürdlərin hakimiyyətini rəsmiləşdirmək durur.
Fetullah Gülənin idarə etdiyi və PKK-nın yedəyində gedən “İttihadçılar”, “Eczməndçilər”, “Konseyçilər” və “Fətullahçılar” qrupları Azərbaycanda ən üstün nurçu qrupları hesab olunurlar. Onlar maliyyə cəhətindən daha çox imkanlıdırlar. Bu təşkilatlar tək Türkiyə daxilində deyil, eyni zamanda Azərbaycan, Gürcüstan, İraq, İran və Suriyanı birləşdirən coğrafi məkanda “Tarixi Kürdüstan” təbliğatının başında dururlar. Onların əsas ideoloji mərkəzi isə “İBDA-C” təşkilatıdır. Onlar “dünyəvi dövlət-şeytan dövlətidir” şüarı ilə heç bir dövlət qanunlarını tanımırlar. Türkiyədə tarixən solçularla dinçilər dünyəvi dövlət siyasətinə qarşı birlikdə iştirak ediblər. Türkiyə solçularının “babası” sayılan Bülənt Ecevit hakimiyyətdə olduğu illərdə dövləti çökdürmək niyyətlərini gizlətməyən, PKK-nı maliyyələşdirən, ayrıca Kürdüstan qurulmasını təbliğ edən F.Gülənin həbs olunmasının qarşısını alıb. F. Gülən son illər həbs olunmaq qorxusunu duyduğundan ABŞ-ın Pensilvaniya ştatındakı dünyanın ən bahalı və ciddi şəkildə mühafizə olunan klinikalarının birində gizlənməkdədir. Təqaüddə olan general Kamal Yavuzun apardığı əməliyyatlar nəticəsində F. Gülənin nurçu liderlərinin gizli toplantısında bu təşkilatın əsas platforması kimi “dövləti necə ələ keçirməli” adlı videokaseti çəkdirdikdən, sonra bu kaseti Türkiyənin “ATV” televiziya kanalında göstərdikdən sonra, keçmiş baş nazir, prezident olmuş Süleyman Dəmirəl, sabiq baş nazir Bülənt Ecevit susmağa üstünlük verdilər. Bəli, PKK-nın, nurçuların yaratmış olduqları mafiyanın pullarının qazanılmasında onların da əli olduğu təsdiqlənməkdədir. Nurçular bütün dəyərləri devirərək, hər şeyi rüşvət siyasətinə bulaşdırmaqla, əsas strateji hədəfə doğru gedirlər. Bu strategiyanın hazırlanmasında birbaşa ermənilərin strateji araşdırmaçıları yaxından iştirak edirlər.
PKK-nın əsas böyük hərbi düşərgələri Türkiyədə darmadağın edildikdən sonra bu qüvvələr Ermənistan, Rusiya, Livan, Fələstin torpaqlarında yerləşdirildilər. Son zamanlar terrorçu HƏMƏS təşkilatının hakimiyyətə gəlməsində PKK-nın da rolu olduğu təsdiq olunmaqdadır. Azərbaycanda “islamçı qüvvələr iqtidara gəlmək iddiasındadır” fikri 2003-cü ildən başlayaraq hallandırılmaqdadır. Bunun ardınca nurçuların “Nur Kazarmalarının Tələbələri Hərəkatı”nın əsas aparıcı güc olması gizli dairələrdə öz təsdiqini tapmaqdadır. Bu hərəkatın komandirlərinin hamısı PKK-nın hərbi düşərgələrində xüsusi təlim keçmiş şəxslərdirlər. Onların iqtisadi və maliyyə cəhətdən heç bir problemləri yoxdur. Çünki Azərbaycanda PKK-nın və nurçuların birbaşa nəzarətində tələb olunduğundan artıq şirkətləri var. Bunlar hansı şirkətlərdir?
1960-cı illərdən başlayaraq Türkiyə, Suriya, Birləşmiş Ərəb Əmirlikləri, Səudiyyə Ərəbistanı, Livan, Liviya, Misir, İran, İraq, Qətər, Küveyt və digər ölkələrdə “Nur camaatı”nın iqtisadi, ticarət, istehsal, bank sahəsində irimiqyaslı fəaliyyətinə dəstək olaraq güclü maliyyə axınları başladı. Təbii ki, bu nəhəng maliyyə oliqarxiyasının “xaç atası” Fətullah Gülən idi. Əsas məqsəd Türkiyənin iqtisadi durumunu tədricən tam nəzarətə almaq idi.
Nurçuların liderlərinin bildirdiyinə görə, onların nəzarətindəki şirkətlərin sayının 5 minə kimi artırılması əsas hədəf hesab olunur. Bu istiqamətdə Türkiyə, Gürcüstan, Azərbaycan, İran, İraq, Türkmənistan, Qazaxıstan, Ermənistan da daxil olmaqla, “Xilafət dövləti”ni yaratmaq kimi (daha çox siyasi, iqtisadi və maliyyə mənasında) planlarını gerçəkləşdirmək üçün çalışırlar. Onların nəzarətindəki bütün iqtisadi dayaqlar daha çox qısamüddətli maliyyə gəlirlərinə hesablanmış iqtisadi siyasətə önəm verir. Onlar heç zaman uzunmüddətli iqtisadi infrastrukturların yaradılmasında maraqlı deyillər.
Türkiyədə F.Gülənin, nurçuların, hizbullahçıların, yusifiyyəçilərin, süleymançıların nəzarətində olan holdinqlər:
«Zaman» qəzeti: Feza Gəzeteçilik AŞ., Samanyolu TV; Samanyolu Yayıncılık Xidmətləri AŞ., CHA (Cihan Haber Ajansı), Cihan Haber Ajansı və Reklamçılıq AŞ., «Sızıntı» dərgisi, Türkiyə Öğretmenler Vakfı (TÖV), «Aksiyon» dərgisi, Feza Gazetecilik AŞ., İş Hayatı Dayanışma Derneği (İSHAD), Asya Finans Kurumu, Işık Sigorta AŞ.
Şirkətlərin adları: Çağ Öğrenim İşletmeleri A.Ş., Fatih Eğitim ve Öğrenim Kurumları AŞ., Samanyolu Basın Yayın Sanayi ve Ticaret AŞ., Feza Gazetecilik AŞ., Ufuk Eğitim İşletmeleri Ticaret AŞ., Fırat Eğitim Merkezi İstanbul Ticaret AŞ., İstanbul FEM Dershaneleri, Ufuk Eğitim Hizmetleri Ticaret AŞ., Akyazılı Orta ve Yüksek Eğitim Vakfı, Türkiye Öğretmenler Vakfı (TÖV)., Türkiye Gazeteciler ve Yazarlar Vakfı, Özel Maltepe Dershaneleri, Fatih Üniversitesi.
Qısa adı İSHAD tanınan ( “İs Hayatı Dayanısma Dernegi”) çevrəsində rəsmi olaraq fəaliyyət göstərən şirkətlərin adları (onların hədəfi bu şirkətlərin sayını 5 (beş) minə yaxınlaşdırmaqdır): Açil Tekstil, Ak Un Ekmek ve Unlu Mamuller, Akaydın Turizm Nakliyat, Akbulut Elektrik, Akça Hastanesi ve Dogumevi, Akdas Tekstil İnşaat Sanayi, Akdere İnşaat Gayrımenkul, Akerler Ticaret ve Sanayi, Akın Çorap Sanayi, Akik Bebe Tekstil, Akören Tekstil, Aksa Giyim Sanayi, Aksa Tekstil Sanayi, Aksam Tekstil, Aksan Ak İnşaat Sanayi, Aksiyon Tekstil Gida, Aksoyman Mefrusat, Aksu Market, Aktekstil Giyim Ticaret, Akter Elektronik Sanayi, Aktifsped Uluslararasi Nakliyat, Akveren Unlu Mamuller, Al İnşaat Emlak, Al-Ko Tekstil, Al-Koç Deri ve Mamulleri, Alsa Tesisat Ürünleri Sanayi, Altay Konfeksiyon, Altaylar Plastik Sanayi, Altin Büfecilik ve Gida Sanayi, Altun Züccaciye, Ankara Mobilya, Apa-Akin Mensucat Pazarlama, Ar-El Tekstil, Arilar Kumas, Arinç Tekstil Ticaret, Arin Sirketler G