Türk dilləri - dünyada böyük sayda
əhalinin danışdığı dil qrupu.
Türk dilləri ailəsi 41 ləhcə və ya şivədən ibarətdir. Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Türkmənistan, Özbəkistan, Başqırdıstan, Tatarıstan, Tuva, Çuvaş, Yakutiya, Dağlıq Altay və Xakas yerli əhalisinin, eləcə də İran, İraq, Əfqanıstan, Çin, Bolqarıstan, Rumıniya, keçmiş Yuqoslaviya və Albaniyanın bir sıra xalqlarının genoloji (mənşəcə) və tipolji cəhətdən qohum dilləri. Türk dili ailəsinə mənsub 23 dil olmuşdur. Türk dilləri qismən Dağıstanda (Qumuqlar, Noqaylar), Kabarda-Balkar, Qaraçay-Çərkəz (Balkarlar, Qaraçaylılar, Noqaylar), Stavropolda (Noqaylar, Truxmenlər), Moldoviyada (Qaqauzlar), Litvada (Karaimlər, Tatarlar), Krım (Krım tatarları) və s. yerlərdə də yayılmışdır. İnsanların bəziləri türkləri Ural-Altay, digər qismi isə Altay dillərinə daxil edirlər. Əslində Türk Dilləri qrupu müstəqil dil ailəsidir.
Türk dillərinin tarixi inkişafı aşağıdakı mərhələlərə bölünür:
Altay və Hun dövrləri (eramızın V əsrinədək)
Qədim Türk dövrü (V-X əsrin əvvəli)
Orta Türk dövrü (X-XV əsrlər)
Yeni və ən yeni Türk dövrləri (XVI-XX əsrdə).