Gönderen Konu: BİRİNCİ PYOTRUN DÖVRÜNDƏ ERMƏNİ XADİMLƏRİNİN AZƏRBAYCAN ƏRAZİSİNDƏ DÖVLƏT YARATM  (Okunma sayısı 4747 defa)

0 Üye ve 1 Ziyaretçi konuyu incelemekte.

Çevrimdışı Beybura

  • Yeni Üye
  • *
  • İleti: 6
 (Q.A.Ezovun «Böyük Pyotrun erməni xalqı ilə münasibətləri» əsəri üzrə)

Gültəkin Cəmil qızı (Quliyeva)

Hazırda torpaqlarımıza təcavüz etmiş bədnam qonşularımızın tarixən Azərbaycan xalqına qarşı həyata keçirdiyi məkrli siyasəti araşdırmağın aktuallığmı və vacibliyini sübuta yetirmək bir о qədər də çətin deyildir. Müstəqil ölkəmiz artıq neçə illərdir ki, erməni qəsbkarlarının təcavüzünə məruz qalır, öz tarixi torpaqlarından didərgin salınır. Düşünülmüş və layihəli şəkildə həyata keçirilən bu məkrli siyasətin kökləri daha əvvəllərə gedib çıxır. Təəssüf ki, uzun müddət sovet dövrünün tələblərinə uyğun olaraq, erməni siyasətçilərinin xalqımıza qarşı apardıqlan bu bədnam siyasətin müqabilində Azərbaycanda xalqlar arasında dostluğu, qardaşlığı təbliğ edən humanist düşüncə tərzi hökm sürmüşdür. Lakin son dövrlərdə baş verən ictimai-siyasi hadisələrlə əlaqədar tarixin düzgün işıqlandınlmamış, bəzən isə tamamilə toxunulmamış səhifələrinin öyrənilməsinə imkan və şərait yaranmışdır.

Erməni və rus tarixşünaslığmda isə ermənilərin özgə torpaqları hesabına dövlət yaratmaq üçün göstərdikləri canfəşanlıqlan əks etdirən məktublar toplanaraq, ayrı-ayrı sənəd toplulannda və əsərlərdə erməni xislətinə uyğun şəkildə, xalqımıza qarşı iftiralar və şişirdilmiş faktlarla nəşr edilmişdi (1).

Tarix boyu özgə torpaqlannda gözü olan ermənilərin «Böyük Ermənistan» dövləti yaratmaq ideyalan «xristian himayəçiliyi» pərdəsi altmda müstəmləkəçilik siyasəti yeridən Rusiyanm da mənafeyinə uyğun gəlmişdir. Hindistanı və Yaxın Şərqi işğal etmək arzusunda olan Rusiya imeriyasına Türkiyə, İran və Azərbaycan sərhədləri qovuşuğunda etibarlı dayaq yaratmaq lazım idi ki, əlverişli şərait yetişən kimi həmin ərazidən istifadə edə bilsin.

Q.A.Ezovım «Böyük Pyotrun erməni xalqı ilə münasibətləri» əsəri erməni din xadimlərinin müxtəlif yollar və vasitələrlə, xarici qüvvələrin, əsasən də Rusiyanın köməyi ilə Qafqazda, о cümlədən Azərbaycanda özlərinə dövlət yaratmaq üçün göstərdikləri canfəşanlıqlara həsr olunmuşdur.

Əsərdə Azərbaycan xalqına və tarixi ərazilərinə, ümumiyyətlə Türk-musəlman dünyasına qarşı qərəzli münasibət aydın görünür. Ermənipərəst müəllif «...sənədlərdən əlavə, müasir erməni mənbələrindən, Avropa səyyahlarının məlumatlarından və həmçinin həmin dövrün katolik missionerlərinin «donos»larından» (2) istifadə etdiyini yazmış, sənədlərə Rusiya dövlətinin müstəmləkəçi siyasətinden yanaşmış, azərbaycanlıları «iranlı», «kafirlər», «tatarlar» və s. adlandırmışdı. Erməni xadimlərini milli qəhrəman səviyyəsinə qaldıran müəllif Rusiyanın Cənubi Qafqazdakı müstəmləkəçilik siyasətinə bəraət qazandırmışdır. Görkəmli qafqazşünas V.L.Veliçko bü əsər haqqmda yazmışdır: «Ezov adlı birismin tərtib etdiyi ...bu kitab, ...sağlam düşünənin ziddinə olaraq, mənşəyi qeyri-müəyyən olan Ori adlı birisinin diplomatik fəaliyyətinə xüsusi yer vermiş, ...erməni səpkili zəhərli fılantropluqdan başqa bir şey deyildir» (3).

İndiki Ermənistan və ona bitişik erazilərdə pərakəndə halmda yaşayan ermənilərin müstəqil dövlət yaratmaq arzusuna təkan verən amillərdən ən başlıcası XVI-XVII əsrlərdə Səfəvilərlə Osmanlı Türkiyəsi arasında uzun sürən müharibələr olmuşdur. Çünki Səfəvi hökmdarları Türkiyə ilə mübarizədə bir sıra Avropa ölkələrinin köməyinə arxalanmaq üçün xristian ağentlərdən - erməni tacirləri və din xadimlərindən istifadə etmişdi. Erməni tacirləri Səfəvilər dövlətinin xarici ticarət əlaqələrinin həyata keçirilməsində xüsusi rol oynayırdüar. Şahlığın ərazisində olan erməni kilsələrinə xüsusi güzəştlər verilmişdi (4).

İmkanlı erməni tacirlərinin hesabına erməni kilsələrinin var-dövləti aşıbdaşır, nəticədə onların dövlət yaratmaq üçün iştahaları daha da güclənirdi. Bu işi həyata keçirmək üçün erməni kilsəsi gizli olaraq Avropa ölkələrində özünə himayəçi axtanrdı. «1678-ci ildə Eçmiədzində (Üç-müədzim kilsəsi) keçirilmiş gizli yığmcaq Avropaya 3 dünyəvi və 3 din xadimindən ibarət nümayəndə heyəti göndərməyi qərara alır. Onlarm məqsədi erməniləri İran zülmündən azad etmək idi...» (5). Bu tacirlərin içərisində olan və «...20 il Avropanı gəzib dolaşan Israel Ori... Fransanın yüksək dairələri ilə əlaqəyə girərək, ermənilərin himayə edilməsi məsələsini qaldırır, lakin soyuq münasibətlə qarşılaşır» (6).

Məkrli niyyətlərlə yaşayan Israel Ori Avropanın yuxarı dairələrilə olan görüşlərində erməniləri «əzabkeş», «acı taleli», «kafırlərin zülmü altında olan» xalq kimi qələmə verərək, onları buna inandırmağa, müsəlmanlara böhtan atmaqla öz təhrikçilik fəaliyyətinə bir növ haqq qazandırmağa çalışırdı.

Ori bu məqsədlə Bavariya knyazının yanına gələrək öz xahişlərini ona çatdınr. Knyaz Rusiya çarına məktub yazaraq onu da bu işdə iştiraka çağırır. О, həmin məktubu Oriyə verərək ermənilərin müsəlman zülmündən azad olunmasına kömək etməyə hazır olduğunu bildirir. Lakin əlavə edir ki, Moskva çarının (I Pyotr - Q.G.) iştirakı olmadan bu işin müvəffəqiyətlə başa çatması mümkün deyildir (7).

Avropanın real köməklik göstərməyəcəyinə əmin olan Israel Ori bu işdə yalnız Rusiyaya arxalanmaq qənaətinə gəlir. Ona görə ki, həm məkan, həm də Yaxın Şərqə maraq dairəsi baxımından onlara ən əlverişli dövlət məhz Rusiya idi. Rus çarlarının xarakterini öyrənən ermənilər yəqin etmişdilər ki, hədiyyə adı altında rüşvət verməklə onları öz tərəflərinə çəkə və nəticədə öz istəklərinə nail ola bilərlər. Bu zaman İranla Rusiya arasında ticarət elaqələri əsasən erməni tacirləri vasitəsi ilə həyata keçirildiyindən əlverişli məqam yetişmişdi. «Israel Ori 1701-ci il oktyabrın 28-də arximandrit vartaped Minasla birgə Bavariya knyazının elçisi kimi Pyotrun qəbuluna gəlir. Onlar erməni məlikləri admdan çara aşağıdakı hədiyyələri gətirmişdilər:

- qırmızı məxmərlə örtülmüş, qızıl məftillə tikilmiş, kənarları qızıl və gümüşlə əhatə edilmiş Türk yəhəri;

- qızıl Türk çulu;

- qızıla çəkilmiş gümüş Türk yüyəni, gümüş dəhnə ilə birlikdə;

- misdən düzəldilmiş, qızıla çəkilmiş iki Türk üzəngisi;

- tiyəsi poladdan, qırmızı dəstəkli, qızılla çəkilmiş gümüş qablı Türk qılıncı və s.» (8).

Israel Orinin və vartaped Minasın çara gözqamaşdıran əntiq Türk mallarını hədiyyə gətirmələri xalis erməni bicliyi idi. Onlar Pyotnın isti boğazlara çıxmaq və İstanbulu ələ keçirmək üçün nə dərəcədə alışıb-yandığını bilirdilər. Bu hədiyyələrlə onlar bu yanğını daha da qızışdırıb alovlandırmaq istəyirdilər. XVIII əsrdən başlayaraq Rusiyanın xarici siyasətində Qafqaz mühüm rol oynamağa başladı. Rusiya bu dövrdən etibarən cənubda öz strateji mövqelərini möhkəmləndirməyə, Orta Asiyaya və Yaxın Şərqə gedən ticarət yollarını tutmağa çahşırdı.

Bu dövrdə Asiyadan Avropaya apanlan ipək xammalı İrandan və Cənubi Qafqazdan keçirdi. I Pyotr nəzərdə tutduğu Şərq planını həyata keçirməyə, yəni İran, Xivə, Buxara və Hindistanla geniş ticarət aparmaq üçün cənub dənizlərinə çıxmağa tələsirdi. Belə bir vaxtda Rusiya imperatora Cənubi Qafqazın ictimai-siyasi və iqtisadi vəziyyəti ilə yaxmdan maraqlanır, burada yaşayan xalqlar, şəhərlər, yaşayış məntəqələri, istehsal olunan, becərilən məhsullar, regionun ticarət əlaqələri barədə lazımi məlumatlar toplayırdı. Belə məlumatların ona çatdmlmasında erməni tacirləri xüsusilə fərqlənirdi (9).

Əsərdə oxuyuruq: «I Pyotr ilk dəfə olaraq dərk etmişdi ki, Rusiya həm Avropada və həm də Asiyada yerləşir, о bunun əhəmiyyətini dərk edərək bütün qüvvəsini İsveçlə müharibəni uğurla qurtarmağa sərf edərək Rusiyanı Avropa dövlətləri sisteminə çıxarmağa çalışır və həmçinin də Rusiyanın Şərqlə münasibətini diqqət mərkəzində saxlayırdı ki, özünün oraya olan gələcək planlanın həyata keçirə bilsin. I Pyotr Şərqdə təkcə siyasi və iqtisadi məsələləri deyil, həmçinin mənəvi-mədəni məsələləri də izləmiş və xristian xalqlarını müsəlmanların zülmündən xilas edib, Rusiyaya birləşdirmək təşəbbüsünü də ilk dəfə о göstərmişdir» (10).

Göründüyü kimi, müellif Rusiya imperatomnun Yaxın Şərqə və Cənubi Qafqaza olan işğalçılıq məqsədlərini məhz «xristian xalqlarını müsəlmanların zülmündən azad etmək» bəhanəsi altında aparılan mübarizə kimi pərdələməyə çalışmışdır.

Müəllifin fıkrincə, Pyotr Türkiyə ilə mübarizədə yunan və slavyanların, İran ilə mübarizədə isə ermənilərin, xüsusilə də erməni din xadimlərinin köməyinə arxalanırdı. Pyotr “ermənilərin Iran zülmündən azad olunmasmı 24 il ərzində daima diqqət mərkəzində saxlamışdı və İsveçlə müharibə qurtaran kimi işə girişəcəyini bildirmişdi. Pyotran İran yürüşü bilavasitə ermənilərlə əlaqədar olduğu üçün xüsusi əhəmiyyət kəsb edirdi” (11).

Tarixi həqiqətlərin müəllif tərəfindən belə şərh edilməsi Rusiyanın işğalçılıq məqsədlərinə tam uyğun idi. Rusiya hökumətinə bir tərəfdən Şərqdə yeni ərazilərin zəbt olunması və siyası nüfuz dairəsinin bu ərazilərdə möhkəmlənməsi, digər tərəfdən isə bu işğalçıhq planlarmı həyata keçirmək üçün məhz ermənilərə arxalanması lazım idi. Buna görə də müəllif ermənilərə münasibətin xüsusi əhəmiyyət kəsb etdiyini yazmışdır. Bundan başqa müəllifin Pyotran Azərbaycanın Xəzərsahili torpaqlarına olan yürüşünü İran yürüşü adlandırması yanlış fıkirdir. Həmin dövrdə Səfəvilər dövlətinin tərkibinə daxil olan bütün torpaqları müəllif yanlış olaraq İran ərazisi adlandırmışdı.

Erməni məliklərinin «biz xristianlar kafirlərin zülmü altında günbə-gün öz xristianlığımızı da itiririk» (12) kimi müraciətləri о zaman Rusiya dövlətinin Şərqə, о cümlədən Cənubi Qafqaza olan strateji məqsədini ört-basdır etmək üçün əvəzolunmaz bəhanə idi. Erməni tacirləri, din xadimləri Rusiya hakimiyyət dairələri ilə yaxmlıqdan ilk növbədə öz milli mənafeləri üçün istifadə etməyə çalışırdılar. Buna görə də tarixi sənədlərdə, məktublarda Qafqaz, onun xalqlan, iqtisadiyyatı, yolları, becərilən məhsullan və s. məlumatlarla yanaşı, xüsusilə müxtəlif regionlarda məskunlaşmış ermənilərin sayını çoxaldaraq, guya məhz xristian olması səbəbindən müsəlmanlar tərəfindən incidilməsi barədə uydurına məlumatlar yazırdılar. Təsadüfi deyildir ki, «Pyotr Şərq səfərinin planını hazırlayarkən məhz erməni xadimlərindən, tacirlərindən geniş istifadə. etməyi nəzərdə tutmuşdu» (13).

Əsərə əlavə edilmiş sənədlərdən bəlli olur ki, erməni xadimləri təkcə 1701-ci ilin iyul ayı üçün Rusiya dövlətinə 18 dəfə müraciət etmişlər. Bu sənədlər arasında şərti olaraq nömrələdiyimiz Israel Ori tərəfindən Pyotra göndərilmiş üç məktub daha çox diqqəti cəlb edir. O, iyulun 14-də göndərdiyi məktubda Pyotra onun işğalçılıq yuruşlərində ermənilərin yaxından kömək gösterəcəklərini vəd edir, müsəlmanların Qafqazda yerləşən hərbi qüvvələri barədə məlumat verməklə yanaşı göstərirdi ki, «məktubda yazılanlardan əlave» sizinlə görüşməyi və bəzi məsələləri şifahi şəkildə çatdırmağı özümə borc bilirəm» (14).

Orinin rus çarına yazdığı məktubdan aydın olur ki, həmin dövrdə erməni başbilənləri Qafqazın mslar tərəfmdən işğalma çalışır və Qafqaz işğal olunduqdan sonra arzuladıqlan Ermənistan dövlətini quracaqlarına böyük ümid bəsləyirdilər.

Həmin il iyul ayının 22-də yazılmış ikinci məktubda isə Ori başda olmaqla digər erməni siyasətçiləri rus qoşunlarının Qafqaza yürüşünün bütün hərəkət yollarını qabaqcadan düşünmüş, hətta konkret plan belə tərtib etmişdilər. Məktubda göstərilir ki, Qafqazda yaşayan erməni icması rus qoşunlarının gəlişini səbirsizliklə gözləyir. Ori bu icmanın fıkrini ifadə edərək yazırdı ki, Qafqaz ras qoşunlan tərəfindən işğal olunduqdan və hərbi yürüş başa çatdıqdan sonra əlahəzrət və onun qoşunu məhz rusların köməyi sayəsində yaradılacaq erməni krallığında qışlaya bilərlər (15).

Məktubdan aydın olur ki, erməni icması Rusiyanı Qafqazın işğalına təhrik etməklə ilk növbədə öz mənafelərini düşünür, müsəlman torpaqları hesabına erməni dövləti yaratmaq arzusu ilə yaşayırlar. Ori həmin məktubda rus imperatorunu və onun əhatəsindəki əyanlan şirnikləndirmək məqsədilə qeyd edirdi ki, Qafqaz zəngin sərvət mənbəyidir. Burada sizin əyanlar var-dövlət sahibi olacaq, dövlət üçün xeyli varidat yığacaq, qoşunun ərzaq ehtiyatı tam ödəniləcəkdir. Bundan əlavə, Orinin fikrincə, Qafqazı işğal etmək və «erməniləri müsəlman zülmündən qurtarmaq üçün cəmi 10-20 min nəfərlik hərbi qüvvə kifayət edər. Əgər rus qoşunları kafırlərin torpağına daxil olsa, on gün ərzində 100 min nəfərdən сох erməni silahlısı sizin hakimiyyətiniz altına keçərək ümumi düşmənə qarşı birgə vuruşacaqddır".

Bundan əlavə məktubda çarın diqqətinə çatdırılırdı ki, «...əgər əlahəzrət imperator ermənilərin bu təklifini qəbul edərsə, ... onda ermənilər rus qoşunlanın təhlükəsiz yollarla aparmağı öz öhdəsinə götürəcəkdir» (16).

Erməni xadimlərinin Pyotra göndərdiyi məktublardan bəlli olur ki, onlar başlıca məqsədlərinə çatmaq üçün xristian-müsəlman qarşıdurması ideyasını irəli sürür və Rusiyadan xeyli kənar vilayətlərdə xristianların müsəlmanlar tərəfindən güclü zülmə məruz qaldığını göstərməklə öz strateji planlarının həyata keçirilməsi üçün zəmin hazırlayırdılar.

Ermənilərin başlıca məqsədini həyata keçirmək üçün Rusiyada danışıqlar aparan Israel Orini Cənubi Qafqazın bir çox şəhərlərindən о cümlədən, Irəvan torpaqlarından müsəlmanlan qovmaq və ras qoşunlarmı burada möhkəmləndirmək kimi məkirli siyasət düşündürürdü. Bu cəhətdən onun Rusiya imperatoruna həmin ilin 25 iyulunda yazdığı üçüncü məktub çox səciyyəvidir. Məktubda rus qoşunlarının Cənubi Qafqaza yürüşü zamanı şamaxı şəhərini xüsusi nəzarət altında saxlanmasının va cibliyi vurğulanırdı. Ori yazırdı: «...15-20 min yox, hətta 5 min işbilən adam olsa, qəfil hücumla Şamaxını almaq olar, ...orada xristianlar müsəlmanlardan çoxdur. Bir müsəlman kəndinə on xristian kəndi düşür. Qədim erməni şəhəri olan Şamaxı İrəvan üzərinə qoşun yeritmək üçün bir növ açardır" (17).

Göründüyü kimi, bu məktublarda rus ordusunım Azərbaycanda hərəkət istiqamətləri, strateji planlan, taktiki üsullan belə qabaqcadan hazırlanaraq təqdim edilmişdi. 1701-ci il iyulun 25-də yazılmış məktubda rus ordusunun Azərbaycan torpaqlarını işğal etməyə çağrılması və burada ermənilərə dövlət yaratmaq istəyi artıq gizli deyil, açıq-aydın verilmişdi.

Erməni fıtnəkarlarının məktublarına istinad edən müəllif Azərbaycanın tarixi torpaqlarını erməni ərazisi kimi təqdim etməkdən çəkinməmiş, bından əlavə bu məktublardakı şişirdilmiş rəqəmlərə əsasən Şamaxı şəhərini ermənilərin daha çox məskunlaşdığı, tarixən ermənilərə mənsub olan ərazi kimi tədqim etmişdir. Halbuki bir çox əsirlər boyu Azərbaycanın inzibati-iqtisadi mərkəzlərindən biri olan bu şəhərdə «ermənilər yerli müsəlman əhalisinə nisbətən azlıq təşkil etmişlər. Ermənilər Şamaxı şəhərinin özündə yox, əsasən kəndlərində yaşamışlar (18).

Bundan əlavə məlum məsələdir ki, bu bölgədə ermənilərin məskunlaşması məhz Pyotrun Xəzərsahili vilayətləri işğal etməsindən sonra həyata keçirilmişdi. Orinin həmin məktubda təqdim etdiyi plana əsasən əvvəlcə 10 minlik rus qoşunu dəniz yolu ilə gəlib quruya çıxmalı, sonra isə Şamaxını tutmalı idi. Məktubu şərlı edən müəllif yazır: «Şamaxıya daxil olan 10 min nəfərlik qoşun sonra 4 alaya bölünməli, 1-cisi Gəncə, 2-cisi Lori, 3-cüsü Qafan, 4-cüsü isə Naxçıvan üzərinə getməli və orada erməni məliklərinin hərbi hissələri ilə birləşməli, ...burada dövlət gerbi və bayrağını qəbul edib, böyük nifrətlə düşmən üzərinə gedəsidilər» (19).

Daha sonra Ori həmin məktubda yazır: «...İrəvan alındıqdan ...sonra qoşunlar varlı və böyük şəhər olan Təbrizə yürüş etsin... Bu şəhər alındıqdan sonra ordunu dörd bir tərəfə göndərin ki, ətrafdakı varlı kəndləri soyub-talasın. Mənim fıkrimcə kazaklar bu yürüşə gedəcəklər, cünki orada onlar Stepan Razin kimi çoxlu var-dövlət əldə edəcəklər» (20).

Cənubi Qafqazın işğalından sonra Iran ərazisinə keçməyi Pyotra tövsiyə edən Ori Azərbaycanın qədim və zəngin şəhəri olan Təbrizi işğal etmək üçün onu şirnikləndirməyə çahşırdı. Erməni intiriqantı bu fikri əsaslandırmaq üçün vaxtilə Stepan Razinin İrana yürüşünün bəzi məqamlarını şişirdərək rus imperatomnun kazaklan səfərlər edib yenidən bu ərazilerə göndərməsini məsləhət görürdü. Göründüyü kimi, Pyotrun Şərq siyasətinin hazırlanmasında və həyata keçirilməsində ermənilərin böyük rolu olmuşdur. Rus müəllifı S.M.Solovyovun fikrincə, ermənilərin Cənubi Qafqaz və Yaxın Şərq ölkələri barədə Rusiya imperatoruna verdiyi lazımı məlumatlar bütövlükdə gələcəkdə I Pyotran Şərq siyasətinin tərkib hissəsini təşkil edirdi (21).

1703-cü il noyabrın 15-də İ.Ori tərəfindən Rusiya çarına göndərilmiş məktubda yenidən imperatorun diqqətini İrevanın işğalına yönəltmək məqsedi ilə bu ərazinin hətta xəritəsini də tərtib etmişdir. O, çara yazırdı: «Bu xəritədən aydın görünür ki, bütün dövlət ərazisində İrəvan qalasından başqa, qala yoxdur. Buranı aldıqdan sonra İstanbula və Anadoluya yol açılır» (22).

Göründüyü kimi, Ori yenidən öz məktubunda Rusiyanı təkcə Cənubi Qafqaz üzərinə hücuma deyil, həm də о dövrdə Yaxın Şərqin güclü dövlətlərindən hesab olunan Osmanlı imperiyasının da işğalına təhrik edir və bu yürüşlərdə ermənilərin Rusiyaya yaxından kömək göstərmək arzusunda olduqlan dəfələrlə xatırlanırdı.

Erməni xadimlərinin Cənubi Qafqazı işğal etmək sahəsində apardıqlan ardıcıl, məqsədyönlü təhrikçilik siyasəti nəhayət öz bəhrəsini verirdi. İsveçlə müharibə qurtaran kimi Pyotr böyük bir enerji ilə Iran yürüşünə hazırlaşmağa başladı və 1721-ci ilin axırlarında A.Volınskiyə Qafqaz müharibəsinə hazırlaşmaq haqda xüsusi göstəriş verdi. Bu müharibənin başlanması üçün bəhanə Volınskinin Pyotra göndərdiyi "donoslar" (böhtanlar), həmçinin Davud bəylə Qazıqumuk hakimi Surxayın Şamaxıda törətdiyi hadisələr olmuşdu (23).

Ermənilər vartapet Minasın da iştirak etdiyi Pyotrun Xəzərsahili vilayətlərə yürüşünü eşidib daha fəal səfərbərlik keçirməyə başladılar. Dərbənd tutulduqdan sonra Böyük Pyotr Şamaxıda olan erməni və gürcü hərbi hissələri ilə birləşmək niyyətində idi. Vaxtanqın və patriarx Yesainin başçılıq etdiyi bu qoşunlar Gəncə yaxmlığında dayanaraq Pyotrun Şamaxıya yaxmlaşmasını gözləyirdilər. Bundan əlavə, Qanzasar katalikosu Yesai onlara kömək üçün Qarabağdan erməni məliklərinin rəhbərlik etdiyi 12 min nəfərə yaxın hərbi qüvvə gətirməli idi (24).

I Pyotrun yürüşü ərəfəsində yazılmış məktublarda Qarabağda erməni məliklərinin Rusiyaya yardım üçün 12 min qüvvə topladığı və bu qüvvəni daha da artıra biləcəkləri qeyd olunur. Başqa məktublarla bağlı qeyd etdiyimiz kimi burada da erməni xislətindən irəli gələn şişirdilmiş rəqəm ifrat dərəcədə bir daha nəzərə çarpdmlır. Halbuki məlikliklərin əhalisi haqda ilk tutarlı statistik məlumat Qarabağ xanlığının ləğv edilməsi ilə bağlı 1823-cü ildə keçirilən kameral sayımda verilmişdir. Həmin sayım üzrə bütün Qarabağ əyalətində 18 min 563 ailə qeydə almmışdı, onlardan beş erməni məliyinin payına yalnız 1 min 559 ailə və ya bütün ailələrin 8,4 faizi düşürdü (25).

Cənubi Qafqaza ilk silahlı müdaxilə zamanı qarşısına daha geniş strateji meqsədlər qoyan Pyotr ermənilərin dəfələrlə müraciətinə baxmayaraq Şamaxı, İrəvan, Naxçıvan və Iran üzərinə qoşun yeritmədi. Pyotran bu hərəkətindən ermeni başbilənləri heç də rahdan düşmədilər və yenidən məqsədyönlü fəaliyyətə başladılar.

Xəzərsahili vilayətlərdə öz hakimiyyətini möhkəmləndirməyə daha çox can atan Pyotr 1722-ci ilin oktyabrın 4-də Həştərxana gələrkən general-mayor Matyuşkinə Bakını tutmaq üçün əmr vermişdi. Müəllif yazır ki, Pyotr Bakının tutulmasına daha çox diqqət verir və bu haqda Matyuşkinə yazırdı: «Hər şeydən çox bemin ərazini qorayun, onun naminə hər şeyə hazır olun» (26).

Pyotran bu planlanın erməni başbilənləri fərəhlə qarşüamış və rusların gəlişindən öz məqsədləri üçün istifadə etməyə çalışmışdılar. 1723-cü il noyabrın 24-də erməni qoşunlarına başçılıq edən katalikos Yesai və keşiş Anton Arakelov Matyuşkinin yanında olmuş və ona imperatorun adına tərtib olunmuş məktub təqdim etmişdilər. Həmin məktubda türklərin Gürcüstanı ələ keçirməsi, lakin hələ İrəvana gəlib çıxmaması və s. barədə məlumat verilir və bundan əlavə xəbərdarlıq edilirdi ki, Rusiya imperatoru bir neçə ay ərzində qoşun göndərməsə, erməniləri labüd ölüm gözləyir (27).

Aydın məsələdir ki, ermənilər tərəfindən rus imperatoru sarayına göndərilən belə məzmunlu məktubların əsas məqsədi Rusiyanı bu regionun işğalına şövq etmək, xüsusilə İrəvan torpaqlarını müsəlmanlardan təmizləyib, erməni başbilənlərinin çoxdan arzuladıqlan «Böyük Ermənistan» xülyasının həyata keçirilməsindən başqa bir şey deyildi. Erməni xadimləri öz məqsədlərinə çatmaq üçün tarixi şəraitdən məharətlə istifadə edirdilər. Pyotr hakimiyyətdə olduğu müddətdə erməni din xadimlərindən və erməni məliklərindən yüzdən çox məktub almışdı. Həmin məktublara əsaslanan müəllif isə ermənilərin başına gətirilən müsibətlərın səbəbini guya onların məhz Rusiyaya göstərdiyi sədaqət, xristian dinınə mənsub olmalan ilə bağlamağa çalışmışdı (28).

1724-cü ilin yayında Pyotra məktub aparan erməni nümayəndə heyəti Həştərxanda tutulub saxlanmış, məktublan isə imperatora göndərilmişdi (29). Böyük Pyotr bu hadisə ilə bağlı verdiyi fərmanda qeyd edirdi ki, erməni icması adından bizə məktub gətirən erməni nümayəndələrinin tutulub saxlanması çox pis haldır. Fərmanda Rusiyanın mənafeyinə aid məsələlərın məktubda öz əksini tapmadığı və ermənilərin bu barədə şifahi tapşmq gətirdikləri xüsusi qeyd olunmuşdur (30).

Pyotr təkcə bu fərmanla kifayətlənməmiş, xarici işlər naziri Rumyantsevə məktubla bildirmişdi ki, «...yeni ələ keçirdiyimız ərazilərdə onların (ermənilərin Q.G.) bizim səlahiyətimiz altında yaşamalarına ıcazə verməliyik. Siz onlara bildirin ki, Rusiya sizə qoşunla kömək edə bilməz, amma Xəzərsahili əyalətlərdə yaşamağınıza razılıq verırik. ...türklər ermənilərə bu qədər diqqət göstərməyimizə, onların Xəzərsahili əyalətlərdə yerləşdirilməsinə razılıq verməyimizə öz iradlarını bildirsələr, siz onda deyərsiniz ki, ermənilərlə biz eyni dinə xidmət edirik. Onlar bizim himayəmiz altında olmağı özləri xahiş etmişlər» (31).

Pyotr Xəzərsahili bölgələrdə möhkəmlənmək üçün burada xristian əhalisindən ibarət sosial dayaq yaratmaq niyyətində idi. Hələ cənuba yürüş ərəfəsində çar erməniləri və gürcüləri Xəzərsahili vilayətlərə köçürməyə çağırmışdı. onları Dərbənd və Bakı bölgələrində yerləşdirmək nəzərdə tutulurdu. Bu məqsədlə Rusiya hökmdarı, ilk növbədə, çox mühüm strateji əhəmiyyətə malik və Xəzərdə ən böyük liman olan Bakıdan yerli əhalini, azərbaycanlılan sürgün etmək niyyətində idi (32).

Rusiya-İran müharibəsi nəticəsində 1723-cü il sentyabrın 12-də bağlanmış müqaviləyə əsasən Gilan, Mazandaran, Astrabad əyalətləri, Bakı və Dərbənd şəhərləri Rusiyanın tabeliyinə keçmişdi. 1724-cü il noyabrın 10-da Pyotr həmin ərazilərdə ermənilərin köçürülüb gətirilməsi üçün yer ayrılması haqqında fərman vermişdi. Fərmanda Bakını tutduqdan sonra general-leytenant rütbəsi almış Matyuşkinə tapşmlırdı ki, «...ruslar tərəfindən işğal olunan İran əyalətlərində, Gilan, Mazandaran, Bakı, Dərbənd və başqa əyalətlərdə ermənilərin yerləşdirilməsinə çalışmaq lazımdır. Onlara mehribanlıq göstərmək, mühafizələrini yaxşı təşkil etmək, boşalmış evləri, münbit torpaqlan onlara vermək lazımdır. Şübhələndiyiniz müsəlmanlan dərhal bu yerlərdən çıxarmalı və orada bu cür xristianlar yerləşdirilməlidir. ...erməniləri hər vasitə ilə dəvət etməyə çahşıın, müsəlmanların isə mümkün qədər saymı azaldm. Lakin bunu elə edin ki, onlar heç nə başa düşməsinlər» (33).

Pyotrun verdiyi bu fərmandan aydın olur ki, о yalnız Rusiyanın mənafeyi naminə ermənilərə belə diqqət göstərir və himayədarlıq edirdi. Xəzərsahili əyalətlərdə, xüsusilə müsəlmanlar yaşayan regionlarda ermənilərin məskunlaşmasına razılıq verməsi onun gələcəkdə həyata keçirmək üçün nəzərdə tutduğu Şərq siyasətinin tərkib hissəsi idi.

Rusiya dövləti erməniləri Azərbaycan torpaqlarına, о cümlədən Xəzərsahili vilayətlərə köçürərkən bu regionda təkcə xristian dayaq mərkəzləri yaradılması məqsədi güdmür, həm də onlardan Osmanlı imperiyasına qarşı mübarizədə istifadə etməyi nəzərdə tuturdu. Elə buna görə də Pyotrun ölümündən sonra işğal olunmuş Xəzərsahili vilayətləri idarə edən və ordunun baş komandam təyin olunan general V.V.Dolqorukovun 1727-ci il sərəncamına əsasən ermənilərə silah paylanmışdı (34).

Pyotrun vəfatından sonra imperatorun sarayında ermənilərə qarşı inamsızlıq yarandığından artıq vartaped Minasın da fəaliyyəti əhəmiyyətini itirməyə başlamışdı. O, Həştərxanda qalaraq Rusiya nazirlər kabinetinin katibi Makarov ilə yazışmalarını davam etdirmiş, onun vasitəsi ilə imperatora Səfəvi dövlətindəki hadisələrlə bağlı məlumatlar vermişdir. Sonradan isə Həştərxanda daha varlı erməni simalarının pasteri (keşişi) kimi fəaliyyətini davam etdirmişdi (35).

Müəllif erməni siyasətbazlarının çar Rusiyasının köməyi ilə xalqımıza qarşı həyata keçirdikləri məkrli siyasətə erməni xislətindən yanaşmış və erməni məktublarına istinad edərək haqq qazandırmışdır. Erməni başbilənlərinin hələ bir neçə əsr bundan qabaq müsəlman, о cümlədən Azərbaycan torpaqları hesabına özlərinin milli dövlətini yaratmaq məqsədi ilə torpaqlarımızı xarici dövlətlərə yazılmış məktublarında özünün-küləşdirməyə çalışmış, regionda yaranmış siyasi vəziyyətlərdən istifadə edərək, öz milli mənafelərini əsas tutub cilddən-cildə qırmış, Cənubi Qafqaza, eləcə də Azərbayana böyük strateji maraq göstərən Rusiyaya arxalanaraq zaman-zaman öz məkrli siyasətlerini həyata keçirmişlər. Ezov kimi müəlliflərin əsərləri də onların bu işdə başlıca yardımçısı olmuşdur.

ƏDƏBİYYAT

1. Собрание актов, относящихся к обозрению истории армянского народа, ч. 1, М, 1833; ч.П, М., 1838; Эзов Г.А. Сношение Петра Великого с армянским народом. СПб, 1898.

2. Ezov Q.A. Göstərilən əsəri, s.l 1.

3. Величко В.Л. Кавказ. Русское дело и междуплеменные вопросы. СПб, 1904, С.70.

4. Петрушееский И.П. Очерки по истории феодальных отношений в Азербайджане и Армении в XVI - начале XIX в. Л., 1949, с. 181.

5. Ezov Q.A. Göstərıilən əsəri,s.2-24.

6. Собрание актов, ... I hissə, s.328.

7. Yenə orada, s.57-60.

8. Yenə orada, s.93-100.

9. Лысцов В.И. Персидский поход Петра I. М., 1951, с.22-59.

10. Ezov Q.A. Göstərilən əsəri, s.l-2,

11. Yenə orada, s. 11.

12. Yenə orada, s.6-9.

13. Lıstsov V.İ. Göstərilen əsəri, s.22-49.

14. Ezov Q.A. Göstərilən əsəri, s.73-74.

15. Yenə orada, s.78-80.

16. Yenə orada.

17. Yenəorada, s.85-92.

18. Джидди ГА. Средневековый город Шемаха XVI-XVII века. Б., 1981, с,43-46.

19. Ezov Q.A. Göstərilən əsəri, s.85-92.

20. Yenə orada.

21. Соловьев СМ. Чтения и рассказы по истории России. М., 1989, с.718.

22. Ezov Q.A. Göstərilən əsəri, s.l71-174.

23. Yenə orada, s.LII.

24. Yenə orada, s.332-338.

25. Описание Карабахской провинции, составленное в 1823 г. по распоряжению главноуправляющего в Грузии Ермолова. Тифлис, 1866; Azərbaycan SSR MDTA, f.24, siyahı 1, iş 141, vərəq 226; Azerbaycan tarixi üzrə qaynaqlar. Bakı, 1989, s.263,

26. Ezov Q.A. Göstərilən əsəri, s.LIX.

27. Yenə orada, s.360-361.

28. Yene orada, s.LXIV-LXVI.

29. Yenə orada, s.370.

30. Yenə orada, s.LXVI-LXVII.

31. Yenə orada, s.LXVII-LXVIII.

32. Əlavə məlumat üçün bax: Mustafazadə Т. XVIII əsrdə Rusiya imperiyasmın işğalçılıq siyasətində dini amillər. Bakı, 1998, N 3, c.76-77.

33. Ezov Q.A. Göstərilən esəri, s.393-395.

34. Армяно-русские отношения в XVTII веке. Ереван, 1964, 2, c.XCI-XCII.

35. Ezov Q.A. Göstərilən əsəri, s.LXXXVI.


http://www.history.azerall.info/ts_gen/azl/ot/ot2.htm

Çevrimdışı Aze Bozkır Savaşçısı

  • Türkçü-Turancı
  • ****
  • İleti: 222
Tarixi faktlara görə təşəkkürlər. Hər bir Türk düşmənini tanımalıdı.