Türkiyə kimə səs verəcək:
erməniyə, yoxsa azərbaycanlı müğənnilərə?
"Türkiyə kimə səs verəcək" sualı mayın 24-dən 25-nə keçən gecə xeyli aktual səslənəcək. Həmin gecə Serbiyanın paytaxtı Belqradda "Avroviziya-2008" musiqi yarısmasının nəticələri bəlli olacaq.
Türkiyə 2006-cı il yarısmasında Ermənistandan olan müğənniyə 10 xal, bir il sonra isə tam 12 xal vermisdi. Bu жestin qarşılığı gözlənilsə də, Ermənistan Türkiyəyə xal verməmisdi.
Ermənistan və erməni lobbisinin türklərə qarsı hücumlaрı gücləndirdiyi 2006 və 2007-ci illərdə Türkiyə nədən iki il dalbadal xallarını ermənilərə verdi?
Bu sual Türkiyə və Azərbaycan vətəndasları üçün aktual olaraq qalır. Maraqlıdır ki, Türkiyədə bu suala cavab tapmaq üçün yarışmanın sabahısı siyasətçi və ya musiqi mütəxəssislərinə deyil, psixiatrlara müraciət ediblər. Arif Verilmi adlı psixiatrın cavabı belə olmusdu ki, "erməni mügənniyə 12 xal verilməsinin arxasında Türk xalqının kinli olmadığı və ermənilərə barış əlini uzatması amili dayanır". Bir basqa psixiatr Ayhan Kalyonçu isə fərqli səbəb irəli sürmüsdü: "Necə ki, Avropa ölkələrində yaşayan türklər SMS-lərini Türk müğənniyə veriblər, eləcə də Istanbulda yaşayan ermənilər çoxsaylı SMS-lərini erməni müğənniyə verməklə Türkiyənin ümumi xalını müəyyənləsdiriblər".
Fikrimcə, ikinci psixiatrın söylədiyi həqiqətə daha yaxındər. Türkiyənin liberal, bir qədər də kosmopolit təbəqəsi Istanbulda cəmləşib. Anadoluda yaşayan hansısa Mehmetin "Avroviziya" yarışmasında öz müğənnisinə səs vermək hüququ yoxdursa, o bir basqa ölkənin xeyrinə SMS xərcləməz. Odur ki, bu boşluqdan İstanbuldakı 50-60 minlik erməni icması yararlanır. Onlar "Avroviziya" yarışmasını Ermənistan təmsilçisinin xeyrinə SMS-ləriylə bombardman edirlər.
Budəfəki durum fərqlidir.
"Avroviziya" yarışmasının finalına ilk dəfə Azərbaycan qatılıb. Türkiyənin azərbaycanlı müğənnilərin istirak etdiyi yarışmada tam xalı yenə erməni müğənniyə verməsinin səbəbini sadə Azərbaycan vətəndasına izah etmək çətin olacaq. Istanbul erməniləri amilini artıq kimsə qəbul etməyəcək.
Azərbaycan mayın 24-də türklərin Istanbul ermənilərindən daha fəal olmasını, azərbaycanlı müğənnilər Samirlə Elnurun kompozisiyasına 12 xal verməsini səbirsizliklə gözləyəcək. Insafən "Day after day" mahnısı buna layiqdir də. Eyni ilə Türkiyədən final yarısmasına qatılan Türk qрupu "Mor və ötəsi" də Azərbaycan vətəndaslarının dəstəyini arzulayacaq.
Əslinə qalsa, Azərbaycan televiziyalarındakı şou proqramlarda qalibin SMS vasitəsilə müəyyənləşməsi metodunu heç zaman bəyənməmişəm. SMS bir çox hallarda layiqliqlini deyil, daha çox tanışı və pullu qohumu olanı birinciliyə çıxarır. Ancaq "Avroviziya" yarışmasında Azərbaycan və Türkiyə vətəndaslarının bol-bol SMS göndərmələrini arzulayıram. Çünki bu, yalnız musiqi yaрışması deyil, həm də siyasi bir müsabiqədir. Məgər Finlandiyanın heyvanabənzər "Lordi" rok-qrupu 2006-cə il "Avroviziya" yarısmasında mənasız mahnısına görə birinci yeri tutmusdu?
"Avroviziya" yarışmasında Serbiya Rusiyaya, Rusiya Serbiya və Belarusa, Ispaniya Portuqaliyaya, Yunanıstan Kipr Respublikasına xal göndərir. Bu təbiidir, rus öz slavyanlarına, yunan da öz kiprlisini dəstəkləyir. Türkiyənin Azərbaycana, Azərbaycanın da Türkiyəyə tam xal verməsi bu qəbildəndir.
Elxan ŞAHİNOĞLU
"Atlas" Aрaşdırmalaр Məрkəzinin rəhbəri
http://www.express.com.az/second.asp?id=102149