Gönderen Konu: Güney Azerbaycanda mitingler başladı !  (Okunma sayısı 8632 defa)

0 Üye ve 2 Ziyaretçi konuyu incelemekte.

Çevrimdışı Maday

  • Yasakli
  • Türkçü-Turancı
  • **
  • İleti: 53
Her kesin dikkatine ! Güney Azerbaycanda artık günlerdir önemli mitingler yapılmaktadır ! iran adlı ülkenini resmi yayın organı olan "iran" gazetesinde Türklerin hamam böceğine benzetilerek hakaret edilmesine karşılık olarak Türkler günlerdir mitingler yapıyorlar ! Mitinglerde şu ana kadar 150-den fazla Türk tutuklandı !

Çevrimdışı Maday

  • Yasakli
  • Türkçü-Turancı
  • **
  • İleti: 53
Ynt: Güney Azerbaycanda mitingler başladı !
« Yanıtla #1 : 22 Mayıs 2006 »
GAMOH ATnın İran hakimiyeti rəsmi qəzetində Türklərə qarşı yazılanla göre bildirişi



Fars faşizmi bir daha çirkin üzünü dünyaya sərgilədi!

Yenədə təhqir yenədə alçaltmalar , budur adını islam hakimiyyəti qoyan ümmətçiliyi özünə qalxan edən alçaq fars faşist hakimiyyətinin gerçək üzü. 80 illik ən gerici totaliter və faşistlik təfəkküründə çirkin siyasətini qeyri fars millətlərinə, en başda qəhrəman böyük Türk ulusuna qarşı yürüdən çağ dışı hakimiyyət utanmadan medialarında yalnız otuz beş milyon Güney Azərbaycan Türkünü yox bəlkə üç yüz milyon dünya Türklərinə qarşı insanlıq dışı davranışlarıla alçaqcasına təhqirlərini davam etdirməkdədir.

İran İslam Cumhuriyətinin rəsmi gündəliyi olan İran adlı qəzet Türkləri böcək adlandırıb həqarət dolu iyrən və çirkin yazılar yazaraq Türk millətini pislik səviyyəsinə gətirmişdir! bu ilk dəfə yox hər zaman ki mədəniyyətidir! indi ey Azərbaycan, Türkmən, Xorasan və Qaşqayı Türkü ey qeyrət kanı ey şərəfli Türk bir kərə daha fars faşizmin ən alçaq və ən şərəfsizcə çirkin üzünü göstərərək sənin namusunu, şərəfini, bütün maddi və mənəvi varlığını namərdcəsinə məhv etməyə saldırmaqdadır. artıq bu şərəf ar və namusdan yoxsun olan alçaq fars faşizminə qarşı birliyimizi və haqlı səs və harayımızı dünya ictimaiyyətinə çatdırıb fars şövenizminə qarşı bir yumruq olalım.

biz GAMOH Avrupa Təşkilatı olaraq İran fars faşist hakimiyyətini nifrətlə qınayır, Güney Azərbaycan`da Təbriz başda olmaqla Urmu, Ərdəbil, Həmədan, Zəngan və Tehranın çeşitli bilimyurdlarda qeyretli öyrencilərin öncüllüyündə keçirməkdə olan etiraz aksiya və mitinqlərindən dolayı təşəkkürlərimizi bildirir, 19 ordibeheşt 1374 Azərbaycan öyrənci gününə çevirilən öyrənci hərəkatını bir daha yenidən ordibeheşt ayında bu kəz yalnız Təbrizdə yox bəlkə Güney Azərbaycanın çeşidli şəhərlərində daha da güclü səviyyədə fars şovinist hakimiyyətinə qarşı etirazlarını bildirmişdir, bu etirazlarını yüksək dəyərləndirib, siz əzizlərə eşq olsun yorulmayasınız deyir hər zaman olduğu kimi bütün varlığımızla sizlərlə olduğumuzu bildiririk.

Yaşasın Güney Azərbaycan Türk Milləti
Ölüm olsun alçaq fars faşist hakimiyyəti

GAMOH AT idarə heyəti

17.05.2006
qaynaq- http://gamoh.org/index.php?subaction=showfull&id=1147905776&archive=&cnshow=news&start_from=&ucat=&

Çevrimdışı Maday

  • Yasakli
  • Türkçü-Turancı
  • **
  • İleti: 53
Ynt: Güney Azerbaycanda mitingler başladı !
« Yanıtla #2 : 22 Mayıs 2006 »
"İran" qəzeti azərbaycanlıları "həşərat" sayır

Təbrizli tələbələr millətin təhqir olunmasına etiraz edərək genişmiqyaslı etiraz aksiyalarına başlayıblar

Tehranda çıxan "İran" qəzetində dərc olunmuş karikaturalar təbrizli tələbələri ayağa qaldırıb.
Karikaturada böyük bir taxtabiti təsvir olunub və altında yazılıb: "Susk, yəni susərilərlə ("susəri" farsca "susar", yəni taxtabiti və "azəri", yəni azərbaycanlı kəlmələrinin eybəcər birləşməsidir, - H.B.) mübarizənin müxtəlif yolları var ki, onlardan biri həmin məxluqlarla öz dillərində danışmaşdır. Amma nə edəsən ki, suskların 80 faizi dillərini bilmirlər. Bəs belədirsə, biz onlarla nə dilində danışaq?"
Digər karikaturada isə bir adam "susəri"lərlə üzbəüz oturub onlara nəsə deyir, "susərilər" də anlamayıb soruşurlar: "Nəmənə?"
Yçüncü karikaturada isə İranın futbol üzrə milli komandası "Setaregane Parsi" adlandırılır.

Həmin karikaturalara etiraz edən Təbriz Universitetinin 4000-ə yaxın azərbaycanlı tələbəsi genişmiqyaslı etiraz aksiyasına başlayıblar.
Universitetin qarşısındakı "Vəhdət" meydanına toplaşan tələbələr dünən "Yaşasın Azərbaycan!", "Ruznameye faşisti -tetil bayed gerded!", "Ey mellethaye İran - ittihad, ittihad!", "Azərbaycane canbaz - kimliyindən ayrılmaz!", "İşıq hələ sönməyib - ana dilim ölməyib!", "Şuare her azeri - hoviyyet, hoviyyet!", "Mənim dilim ölən deyil, fars dilinə dönən deyil!", "Merg ber şovinizm, merg ber faşizm, merg ber panfarsizm" şüarlarını hayqırıblar.

Meydanda mitinq keçirən tələbələr az sonra improvizə edimliş tribuna hazırlayaraq çıxışlara başlayıblar. Çıxışlardan əvvəl gənclər "Azərbaycan, sənsən mənim" mahnısını oxuyublar.
Sonda isə İranın dini rəhbəri ayətulla Xamneyi ilə prezident Mahmud Əhmədinecata ünvanlanmış müraciət imzalanıb.
Təbrizli tələbələrin etiraz aksiyalarına Tehran və Urmiyədəki gənclər də həmrəy olduqlarını bildirmək üçün mitinqlər keçiriblər.
İranın Azərbaycandakı səfirliyindən isə bildirilib ki, "İran" qəzetində azərbaycanlıları təhqir edən karikatura dərc olunmayıb və "bu barədə deyilənlər həqiqətə uyğun deyil".
Bu arada "İran" qəzeti dərc etdiyi karikaturaların doğurduğu hiddətdən əndişələnərək tez-tələsik üzr istəyib.
Qəzetin yaydığı açıqlamada bildirilir ki, bəs bəzi hallarda "təsadüfi səhv və qüsurlar olur".


Hüseyn BAKUVİ

Çevrimdışı Maday

  • Yasakli
  • Türkçü-Turancı
  • **
  • İleti: 53
Ynt: Güney Azerbaycanda mitingler başladı !
« Yanıtla #3 : 22 Mayıs 2006 »




















qaynaq- http://www.gamoh-at.com/xeber-D124.html

Yaşasın Urmiye Türkçüleri !!!

Çevrimdışı Maday

  • Yasakli
  • Türkçü-Turancı
  • **
  • İleti: 53
Ynt: Güney Azerbaycanda mitingler başladı !
« Yanıtla #4 : 22 Mayıs 2006 »
[size=18]Güney Azərbaycanda mitinqlər dalğası yayılmaqdadır !!![/size]


Dünən Zəncan Universitetinin 30-dək tələbəsi "İran" qəzetində çap edilən karikaturaya etiraz olaraq aclıq aksiyasına başlayıb. Bu barədə APA-ya Dünya Azərbaycanlıları Konqresindən (DAK) məlumat verilib. Aksiyaçılar qəzetin məhkəməyə verilməsini tələb edirlər. Üç gün əvvəl Təbriz, Urmiya və Ərdəbil universitetlərində başlanan etiraz aksiyaları isə davam edir. Məsələ ilə bağlı Təbrizdən seçilən İran İslam Şurası Məclisinin deputatları Əkbər Ələmi və İşrət xanım Şaiq parlamentin rəhbərliyinə müraciət ediblər. Müraciətdə azərbaycanlıların tarakana bənzədiyini göstərən karikaturanın qəzet səhifəsinə çıxmasının araşdırılması tələb olunur. Təbriz şəhər bazarında işləyənlər isə karikaturaya etiraz əlaməti olaraq mayın 21-də tətil etmək barədə qərar qəbul ediblər. Qeyd edək ki, Təbriz bazarı İranın ən böyük iqtisadi qurumlarından biridir.








qaynaq- http://gamoh.org/index.php?subaction=showfull&id=1147994365&archive=&cnshow=news&start_from=&ucat=&

Çevrimdışı Maday

  • Yasakli
  • Türkçü-Turancı
  • **
  • İleti: 53
Ynt: Güney Azerbaycanda mitingler başladı !
« Yanıtla #5 : 22 Mayıs 2006 »
Azərbaycan tələbələr hərəkatı milli hərəkatın tərkib hissəsidir 
Güney Azərbaycan iqtisadiyyatı diz çökdürülür

Rejimin siyasəti azərbaycanlıların iqtisadi asılılığına yönəlib

İran ətrafında cərəyan edən hadisələr dünyanın diqqətini təkcə siyasi baxımdan yox, həm də iqtisadi baxımdan bu ölkəyə yönəldib. İran iqtisadiyyatının son illər artan temp üzrə inkişaf etməsi ölkə rəsmilərinə başqa ölkələrdən asılı olmadan yaşamağın mümkünlüyünü bəyanlamaq imkanı vermişdi və rəsmilər dəfələrlə sanksiyaların tətbiq olunacağı təqdirdə belə vəziyyətdən çıxış yolu tapılacağını bildirmişdilər. Təbii ki, daxili istehsalın inkişaf tempinin artması Tehranda bütün çətinliklərə sinə gərmək özünəinamı yaratmışdı, lakin son zamanlar açıqlanan məlumatlar iqtisadi durumun heç də bəyanatlardakı qədər gözəl olmadığını göstərir. 8 illik İran-İraq müharibəsindən sonra hələ indi-indi özünə gələrək dirçəlməyə başlayan iqtisadiyyatda islahat adı altında həyata keçirilən oyunlar ölkənin idxal-ixrac siyasətinə xeyli ziyan vurub. Artıq İranda çoxlu sayda müflisləşmiş iş adamları var ki, bir neçə il əvvəl onların təkcə bir imzası məşhur bankalardan dövlət zəmanəti ilə külli miqdarda kreditlərin verilməsinə yetərli idi. Digər tərəfdən çoxlu sayda sərmayədarın pullarını İran banklarından çıxararaq xarici banklara yatırması, başqa ölkələrdə daşınmaz əmlak alması kimi faktlar var ki, ölkə rəsmiləri istəsələr belə bu faktları təkzib edə bilmirlər.

İran iqtisadiyyatının sütununu təbii ki, azərbaycanlılar və onların sahib olduğu istehsal və xidmət sahələri təşkil edir və hətta ölkənin siyasətini belə müəyyənləşdirməyə qadir olan "bazarlarda" üstünlük məhz soydaşlarımızın əlindədir. "Bazar" təkcə bizim başa düşdüyümüz anlamda alış-veriş mərkəzi deyil, həm də büyük pulların siyasi məqsədlər üçün sərf edilə biləcəyi məkanlardır. Məsələn, hansısa məsələyə etiraz əlaməti olaraq Təbriz bazarının bir neçə saatlığa bağlanması ölkə iqtisadiyyatını iflic vəziyyətə sala bilər və Tehrana ən yaxşı təsir vasitəsi sayılır. Elə buna görə də bazarın bağlanması etirazın ən güclü vasitəsi hesab olunduğu üçün rejim müxtəlif vasitələrlə tacirləri bundan çəkindirməyə çalışır. İslam inqilabından sonra indiyə qədər baş vermiş bir neçə belə olayda Tehran Təbriz bazarının aksiyanı dayandırması üçün ən yüksək səviyyələrdə minnətçi qrupu göndərməyə məcbur olmuşdu. Odur ki, Təbriz bazarının bağlanacağı barədə hətta kiçik eyham belə Təhranda təşvişlə qarşılanır, nəzərə alsaq ki, Tehran bazarının da yarıdan çoxu məhz azərbaycanlı tacirlərin təsir dairəsindədir, onda vəziyyətin ağırlaşma ehtimalı daha da artır.

Məlumatlar göstərir ki, son illər yürüdülən iqtisadi siyasət ölkədə böhran həddi yaradıb ki, hətta yuxarı dairələr belə yaranmış vəziyyəti çıxılmaz kimi qiymətləndirməkdən çəkinmir. Məsələ burasındadır ki, bölgələr və millətlərə qarşı yürüdülən ayrı-seçkilik siyasəti son nəticədə ölkə iqtisadiyyatını zəiflətməyə xidmət edir. Bunun da acı nəticələri qiymətlərin sürətlə qalxması, inflyasiyanın artması kimi məsələlərdə göstərir. Proqnozlara görə, bu il İran iqtisadiyyatında inflyasiya 30 faiz təşkil edəcək.

Xüsusilə Güney Azərbaycan iqtisadiyyatını diz çökdürmək və beləliklə Azərbaycan vilayətlərinin, deməli dolayısı ilə həm də azərbaycanlıların mərkəzdən iqtisadi asılılığı gücləndirməyə yönəlik siyasət mənfi nəticəsini verir.

Statistik rəqəmlərə görə, son zamanlar İranda işsizlərin sayı 50 faiz artıb. 80-ci illərdə baş verən demoqrafik artım və gənclərin əmək yaşına çatması işsizlər ordusunun sıralarını birdən-birə yarıbayarı çoxaldıb. Rəsmi dairələrin də etiraf etdiyi kimi, artıq İranda işsizlik böhranı yaşanmaqdadır. Hazırda iş axtaranların yalnız 30 faizi arzusunu realaşdıra bilir ki, onlar da bir çox hallarda ixtisaslarına uyğun olmayan işlərdə çalışmaq məcburiyyətində qalırlar. İşsizlikdən əziyyət çəkən ali təhsilli mütəxəssislərin sayı da durmadan artır. Hökumət problemi həlli etmək üçün tədbirlər planı həyata keçirsə də, bütün cəhdlər problemi aradan qaldırmaq üçün xüsusi dövlət proqramlarının olmaması səbəbindən uğursuzluqla nəticələnir. İşsizliyin tüğyan etdiyi bölgələr arasında Güney Azərbaycan xüsusi yer tutur. Kəndlər məhz bu səbəbdən boşalır, böyük şəhərlərə köç başlayır. Artıq bəzi güneyli millət vəkilləri problemi parlamentin diqqətinə çatdıraraq dövlətdən təcili tədbirlər görülməsini tələb edir. Təbrizli millət vəkili, xanım İşrət Şaiq hökuməti Azərbaycanın iqtisiadiyyatının inkişafına biganəlikdə günahlandırıb. Millət vəkilinin sözlərinə görə, hökumətin tutduğu bu mövqe Azərbaycana qarşı hörmətsizlikdir. Bu münasibətin iqtisadiyyatı böhran həddinə çatdırdığını deyə millət vəkilinin sözlərinə görə, son zamanlar Azərbaycan vilayətlərində 2 minə yaxın fəhlə işdən azad edilib. Yaranmış sənaye böhranı müəssisələrin bir çoxunun bağlanmaq təhlükəsi ilə üzləşdirib, bir çox müəssisələr isə işçilərini normal əmək haqqı ilə artıq təmin edə bilmir. Fəhlələrin bir qrupu aylardır ki, əmək haqqını ala bilmir. Hökumətin Azərbaycan iqtisadiyyatının dirçəlməsi üçün heç bir tədbir görməməkdə günahlandıran İşrət Şaiq təhsilin səviyyəsinin də aşağı olmasından narahatlığını dilə gətirib. Xanım Şaiqin bildirdiyinə görə, ən bərbad vəziyyətdə olanlardan biri də məktəb binalarıdır. Onsuz da məktəblərin az olduğu Azərbaycan vilayətlərində 5 min sinif otağı çatışmır, yüzlərlə məktəb kiçik bir təkandan dağılacaq qədər bərbad vəziyyətdədir ki, bu da şagirdlərin dərsə davamiyyətinə mənfi təsir göstərir. Millət vəkili bildirib ki, bütün İran ərazisində ən az məktəb binası, ən az dəmir və avtomobil yolları, ən az hava resləri məhz Azərbaycan vilayətlərindədir: "Azərbaycanın ali təhsilli mütəxəssisləri bütün potensialına, bilik və bacarığına baxmayaraq iş üçün ölkənin ən isti bölgələrinə getmək məcburiyyətində qalır. Cənubdakı dözülməz isti hava şəraitində işləməyə məcbur olan mütəxəssislərin həyat şəraiti mənfiyə doğru dəyişir. Dövlət müəssisələri, zavod və fabriklər azərbaycanlıları işdən çıxararaq əvəzində işçi qüvvəsini Tehrandan gətirir".

İşsizlik faizinin son zamanlar artmasında Güneydəki iqtisadi böhran səbəbindən istehsal müəssisələrinin bağlanmasının xüsusi rolu olub. Təbrizdə 100 zavodda baş verən iqtisadi böhran müəssisələri bağlanmaq təhlükəsi ilə üzləşdirib. Təbrizdəki Fəhlə Evinin icraçı katibi Sadiqzadənin verdiyi məlumata görə, sözügedən zavodların 22-i artıq bağlanmaq həddinə yaxındır. 80 zavodda isə böhran getidkcə dərinləşir və qısa müdət ərzində onların da bağlanacağı istisna olunmur. Sadiqzadənin sözlərinə görə, ötən bir il müddətində Şərqi Azərbaycan vilayətində 4 min fəhlə iş yerlərini itirmək məcburiyyətində qalıb. Təbrizdə bağlanmaq məcburiyyətində qalan bir neçə zavodun əməkdaşları isə bir neçə aydan bəri yığılıb qalan əmək haqqını ala bilmir. İqtisadi durum ən çox ötən il pisləşib ki, bu da insanların yaşayış səviyyəsinə olduqca mənfi təsir göstərib. Hazırda böhran vəziyyətinə düşən 100 zavodun da bağlanacağı təqdirdə daha on minlərlə fəhlə işsiz qalacaq. Bu vəziyyət digər bölgələrdə-Urmiyədə, Ərdəbildə, Zəncanda da təkrar olunur.

Bir-birinin ardınca baş verən fəhlə tətilləri məhz iqtisadi vəziyyətin ağırlaşdığına dəlalət edir. İndiyə qədər iş yerlərini itirməmək üçün susmaq məcburiyyətində qalan fəhlələr artıq onsuz da müəssisələrin bağlanması səbəbindən belə bir problemlə üzləşdiklərini görərək etiraz səslərini ucaltmağa başlayıblar. Məsələn, Ərdəbildə minlərlə fəhlənin etiraz aksiyasına səbəb Ərdəbildəki Muğan gön zavodunun rəhbərliyinin iqtisadi böhranla əlaqədar işçilərinin sayını azaltmaq barədə verdiyi qərar olub. Buna etiraz edən fəhlələr işdən qanunsuz olaraq azad edildiklərini bildirərək İş İdarəsinin binası qarşısında tətilə başlayıb. Fəhlələrin Həmkarlar Komitəsindən verilən məlumata görə, fəhlələr 11 aya yaxındır ki, əmək haqqı almadan işləyib və müəssisə rəhbərliyi bu müddət ərzində onları iqtisadı böhrandan çıxdıqdan sonra əmək haqlarının ödəyəcəyinə inandırıb. İş yerlərini itirməmək üçün fəhlələr əmək haqqını bütünlüklə almamalarına rəğmən işləməkdə davam ediblər. Lakin indi zavod rəhbərliyi bütün fəhlələrə əmək haqqının ödənilməsi iqtidarında olmadığını bildirir və çıxış yolunun, ancaq çalışanların əksəriyyətinin işdən azad edilməsində görür. Lakin fəhlələr zavod rəhbərliyinin bu təklifi ilə razılaşmayaraq etiraz aksiyasına başlayıb. İş İdarəsi fəhlələrin tələblərinin araşdırılacağını bildirsə də, aksiyadan keçən müddət ərzində fəhlələrə hələ də cavab verilməyib. Belə hallar Təbrizdə, Urmiyədə, Zəncanda da təkrar olunur və bütün hallarda səbəb və nəticə eynidir. Rejimin ayrı-seçkilik siyasəti bu dəfə də iqtisadiyyatın məhv edilməsinə yönəlib ki, beləliklə assimilyasiya siyasətinə daha başqa çalar verilir.



Millət vəkilləri etiraz aksiyasına qoşulub

Təbriz bazarı da tətil edəcək

Tehranda nəşr olunan "İran" qəzetində azərbaycanlılarıtəhqir edən krakatura və məqaləyə etiraz əlaməti olaraq keçirilən aksiyalara güneyli millət vəktilləri İşrət Şaiqi və doktor Ələmi də qoşulub. Hər iki millət vəkili parlament rəhbərliyinə müraciətlə etiraz məktubunu təqdim edib. Müraciətdə qəzetin azərbaycanlılara qarşı yönəlik təhqir dolu məqaləsi və kartikaturası təqdiq olunaraq bu millətlər arasında qarşıdurma yaratmaq, eləcə də milyonlarla insanın heysiyyatı ilə oynamaq cəhdi kimi qiymətləndirilir. Parlament rəhbərliyi millət vəkillərinin təkidi ilə etiraz məktubunu digər millət vəkillərinin diqqətinə çatdırmaq üçün onu Məclisin kürsüsündən oxumaq məcburiyyətində qalıb.

Təbriz bazarı da "İran" qəzetinin yazdıqlarına etiraz edənlər arasındadır. Təbriz Bazarçıları Dərnəyinin Mərkəzi Şurasından verilən məlumata görə, qəzetdə azərbaycanlıların ünvanına səsləndirilən təhqir dolu fikirlərə etiraz əlaməti olaraq şənbə günü tətil ediləcək.



Azərbaycan tələbələr hərəkatı milli hərəkatın tərkib hissəsidir

Soydaşlarımız rejimin siyasətinin qarşısını alır

Rejim Güney Azərbaycan Milli Azadlıq hərəkatının tərkib hissəsi olan tələbə hərəkatını İran tələbə hərəkatının bir hissəsi kimi qələmə vermək cəhdində bulunur. Belə ki, xarici ölkə mətbuatında Güney şəhərlərində keçirilən "öyrənci günü" tədbirlərinin işaqlandırılmasına mane olmaq istəyən rejim bunu İran tələbə hərəkatının bir hissəsi kimi təqdim etməyə çalışır. "Amerikanın səsi" radiosu Təbriz, Ərdəbil, Urmiyə universitetlərinin və Tehran ali məktəblərinin azərbaycanlı tələbələrinin "öyrənci günü" münasibətilə keçirdiyi aksiyaları İran tələbə hərəkatının bir hissəsi kimi təqdim etməyə çalışmasının qarşısı isə, güneyli soydaşlarımız tərəfindən alınıb. Proqram yayımlanarkən canlı telefon bağlantısı yaradan güneyli tələbələr aksiyaların İran tələbə hərəkatının bir hisssəsi kimi qələmə vermək cəhdlərinə qarşı çıxaraq, aksiyaların Azərbaycan türklərinin milli mücadiləsinin bir hissəsi olduğunu bildiriblər.

Hazırladı:COŞQUN

05/20/2006

 
qaynaq-http://gamoh.org/index.php?subaction=showfull&id=1148099661&archive=&cnshow=news&start_from=&ucat=&

Çevrimdışı Maday

  • Yasakli
  • Türkçü-Turancı
  • **
  • İleti: 53
Ynt: Güney Azerbaycanda mitingler başladı !
« Yanıtla #6 : 22 Mayıs 2006 »
“İran”ın yazdıqlarına etirazlar səngimir



19.05.2006
Dünən Zəncan Universitetində "İran" qəzetində çap olunan karikaturaya etiraz olaraq aclıq aksiyası keçirən azərbaycanlı tələbələrdən dördü hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb. Bu barədə APA-ya GAMOH-un Bakı bürosundan məlumat verilib. Marağa, Ərdəbil, Miyana və Urmiyyə şəhərlərində etiraz aksiyası keçirən tələbələrə isə mitinqləri dayandırmaq barədə xəbərdarlıq edilib.


Dünən GAMOH "İran" qəzetində dərc olunan karikaturaya etiraz əlaməti olaraq aksiya keçirən tələbələrə müraciət edib. GAMOH müraciətində tələbələrin etiraz aksiyasını dəstəklədiyini bəyan edib: "Güney Azərbaycanda yerləşən təhsil müəssisələrində tələbələrin keçirdiyi etiraz aksiyaları şovinist fars hakimiyyətinə qarşıdır. Ümid edirik ki, mitinqlər xalq hərəkatının başlanğıcı olacaq və bütün Güney Azərbaycanı əhatə edəcək".




Bugün Şenbe Təbrizin Səhand teknik bilimyurdunda İran gündeliğinde ki yazılan yazgı ve çəkilən karikator için saat 12.5dan 14 dek protes keçirildi. Bu protest 300 nəfərdən arıq öyrencinin huzuruyla qurulduş deməliyəm bu qurultayda İran gündəliğinin neçə sayı oda çəkildi.

Gündəm



Tehran da ayağa qalxdı

“İran”ın yazdıqlarına etirazlar səngimir


“İran” qəzetində azərbaycanlıları təhqir edən məqalə və karikaturaya etirazlar səngimir. Mayın 19-dan Urmiyədə etiraz aksiyaları yenidən başlanıb. Mayın 20-də isə şəhər əhalisi “İran” qəzetinin bu şəhərdəki nümayəndəliyinin yerləşdiyi mərkəzi küçədə mitinq keçirəcək. Artıq aksiya ilə bağlı bütün şəhərdə bildirişlər paylanıb.

Təbrizdəki “Səhəng” Universitetinin təşkilatçılığı ilə mayın 20-də günorta 13.00-dan 14.00-dək şəhərin mərkəzi küçələrində etirazlar düzənlənəcək. Seyid Cəfər Pişəvərinin doğulduğu Xal-Xal şəhərindəki “Pəyamnur”, Azad və Ginekologiya institutlarının tələbələri də şənbə günü etiraz aksiyaları keçirəcək. Güney Azərbaycanın Nəğədey(Sulduz) şəhərindəki aksiya isə “Oyan Azərbaycan” şüarı altında baş tutacaq.

Azərbaycan Federal Demokratik Hərəkatın İcraiyyə Komitəsi azərbaycanlıların təhqir edilməsinə etiraz bəyanatı yayaraq bunu “Almaniyada nasistlərin hakimiyyətinin davamı” adlandırıb.Tehranın Elm və Sənət Universiteti də “İran” qəzetinin yazdıqlarına etiraz aksiyası keçirib.


qaynaq- http://gamoh.org/index.php?subaction=showfull&id=1148156060&archive=&cnshow=news&start_from=&ucat=&

Çevrimdışı ALP-ER-TUNGA

  • Türkçü-Turancı
  • ****
  • İleti: 237
  • BU YOL KUTLUDUR;GİDER TANRIDAĞ'INA!
Ynt: Güney Azerbaycanda mitingler başladı !
« Yanıtla #7 : 22 Mayıs 2006 »
Bu UYANIŞTAN bende haberdarım ve her izleyişimde gözlerim yaşlarla doluyor.Türk milleti adım adım TURAN'a doğru yol alıyor.
Tanrı Türk'ünü koruyacaktır!

ÜZE TENGRİ BASMASAR,ASRA YİR TELİNMESER,TÜRK BUDUN,İLİGİN,TÜRÜGÜN KEM ARTADI...

Çevrimdışı Maday

  • Yasakli
  • Türkçü-Turancı
  • **
  • İleti: 53
Ynt: Güney Azerbaycanda mitingler başladı !
« Yanıtla #8 : 22 Mayıs 2006 »
Miyanaden yeni xeberler


Bu gun bazargunu gunortachaghi Miyananin azad bilimyurdunda Azerbaycanli oyrenciler fars shovenismine qarshi aksiya gechirmek uchun bir yere yighishdilar. Bilimyurdun ichinde bir nech deyqe shu'ar verenden sonra, "iran" gundeliyin oda chekdiler. onlar bilimyurddan chixmaq istediler. hiraset me'murlari qapini baghalyaraq onlarin qabaghin kesmek isteyibler. ancaq oyrencilerden 250 nefer eshiye chixa bilibler. eshikde sheherinde adamlari onlara qarishiblar. onlar shu'ar vere vere hilal-e-ehmere sari oradanda me'ellim meydani ve sonunda fermandarinin qapisina gedibler. verilen shu'arlar Azerbaycanin bashqa yerlerinde verilen shu'arlar olub: Haray haray men turkem, menim dilim olen deyil,...
Fermandar ozu olmadighina mu'avini milletin qabaghina chixib ve onlari alqishlayaraq bizde bu ishin dalisiycayiq, dedi. fermandarinin heyetinde bir beyaniyye oxuyaraq fars shovenisminin bu chirkin ishin sert qinadilar.
artirmaliyam ki bir uzun tumar oyrenciler, alverchiler, bazariler ve milletin bashqa teyfleri imzasiyla hazirlayiblar. ha bele sipah me'murlarida millete qarisharaq shovenizme e'tiraz edibler.
bu mitingde hech kim tutulmayib.

GELECEK BݚݍDݒ

http://gamoh.org/index.php?subaction=sho...ucat=&

Çevrimdışı Maday

  • Yasakli
  • Türkçü-Turancı
  • **
  • İleti: 53
Ynt: Güney Azerbaycanda mitingler başladı !
« Yanıtla #9 : 22 Mayıs 2006 »
Azerbaycanın döyünən ürəyində böyük TƏBRİZdə möhtəşəm miting keçiriləcək.
Azerbaycanın döyünən ürəyində böyük TƏBRİZdə möhtəşəm miting keçiriləcək.
Aldığımız so məlamata gürə sabah Bazarertesi güne( Doşənbə günü) Təbrizdə Rasta Küçədə saat 16 da böyük miting keçiriləcək.


http://gamoh.org/