Bakı. Şamil Əlibəyli-APA. Qazaxıstanda
baş verən təyyarə qəzasında həlak
olanlar arasında Əkrəm Nizamov adlı
azərbaycanlı da var. Bu barədə APA-
ya Azərbaycanın Qazaxıstandakı
səfirliyindən məlumat verilib. Səfirlikdən bildiriblər ki, həlak olanlar
barədə məlumat Astana şəhər
nəqliyyat prokurorluğundan verilib.
Qəzada dünyasının dəyişən
azərbaycanlının vətəndaşlığı
dəqiqləşdirilir. Qeyd edək ki, bu gün Qazaxıstanda
“SCAT” aviaşirkətinə məxsus olan,
Kokçetau-Almata reysini həyata
keçirən təyyarə qəzaya uğrayıb.
Təyyarədə olan 21 nəfərin hamısı
həlak olub. Qəzanın Almatıda hava şəraitinin dumanlı olması səbəbindən
baş verdiyi ehtimal edilir.