Gönderen Konu: Qaraqoyunlu və Ağqoyunlu imperatorluqları.  (Okunma sayısı 10135 defa)

0 Üye ve 1 Ziyaretçi konuyu incelemekte.

Çevrimdışı Aze Bozkır Savaşçısı

  • Türkçü-Turancı
  • ****
  • İleti: 222
Əvvəlcə bütün qardaşlarımı salamlayıram. Bu gün sizə iki Türk dövləti haqqında qısa məlumat verəcəm.

                                       "Tarixini bilməyən gələcəyini də qura bilməz."

Qaraqoyunlu və Ağqoyunlu tayfa birlikləri. Onların yaşadıqları ərazi:

 
   Mənbələrin verdiyi məlumatlara əsasən türksoylu Oğuz tayfaları olan ağqoyunlular və qaraqoyunlular Cənubi Qafqazda hələ Oğuz Xaqanın dövründə məskən salmışlar. Onlar 6-cı əsrin sonu, 7-ci əsrin əvvəllərindən etibarən Dərbənd keçidindən və Böyük Qafqaz sıra dağlarının ətəklərindən Araz çayına qədərki torpaqlarda və onun ətrafında, Naxçıvanda, daha sonra Azərbaycanın cənub torpaqlarında yaşayırdılar. Bu Oğuz tayfaları siyasi rəqiblərinə qalib gələrək, Trabzon və Suriya sərhədlərinə qədər gedib çıxmışlar.

   Qaraqoyunluları təşkil edən əsas tayfalar arasında Baharlı və Sədli oymaqları xüsusi rola malik idilər. Sədli oymağının qədim vətəni indiki Ermənistan, Naxçıvan və Sürməli idi.

   Qaraqoyunlular 14-cü əsrin sonlarında Van gölündən cənubdakı torpaqları, Ərzincanı, Sivası və Şərqi Anadolunun simal ərazilərini özləri üçün siyasi mərkəzə çevirmişdilər.

   Qaraqoyunlulardan qərbdə Ağqoyunlu tayfaları yaşayırdılar. Soykökü "xanlar-xanı" Bayandur Xana söykənə ağqoyunlular burada paytaxtı Diyarbəkir olan müstəqil Oğuz dövləti yaratmışdılar. Bu dövləti idarə edən sülalələr də Bayandurlar adlanırdı.



Çevrimdışı Aze Bozkır Savaşçısı

  • Türkçü-Turancı
  • ****
  • İleti: 222
Ynt: Qaraqoyunlu və Ağqoyunlu imperatorluqları.
« Yanıtla #1 : 08 Aralık 2011 »
                                                    QARAQOYUNLU İMPERATORLUĞU:

   14 əsrin sonları - 15-ci əsrin əvvəlində Qaraqoyunlu tayfa birliyi hakimiyyət uğrunda Cəlairilər, Ağqoyunlular və Teymurilərlə inadlı mübarizə aparmışdır. 15-ci Əsrdə Kiçik Asiya və Cənubi Qafqazda baş vermiş siyasi hadisələrdən istifadə edən Qaraqoyunlular Cəlairilər dövlətinin varlığına son qoydular. Onlar müstəqil Qaraqoyunlu dövlətini (1410-1468) yaratdılar. Bu dövlətin əsası Kəmaləddin Qara Yusif tərəfindən qoyulmuşdur. Qara Yusif dövlətin ərazisini genişləndirmək siyasəti yeridirdi. O, hakimiyyətdə olduğu müddətdə (1410-1421) Şirvanşahlar dövlətini özündən aslı vəziyyətə saldı, Teymur hökmdarlarının Azərbaycana olan yürüşlərinin qarşısını aldı.

   Qara Yusifin hakimiyyətini son illərində Qaraqoyunlular dövləti təkcə Azərbaycan torpaqlarında deyil, eyni zamanda qonşu dövlətlərində ərazilərini əhatə edən Azərbaycan Türk imperatorluğu idi.  :asker:

   Qara Yusifin dövlətin ərazisini genişləndirmək siyasətini oğlu Cahanşah müvəffəqiyyətlə, uğurla davam etdirdi. Teymur dövləti ilə mübarizədə müvəffəqiyyət qazanmış Cahanşah mərkəzi hakimiyyətə tabe olmak istəməyən feodalların da (torpaq sahibi olan ordu başçıları) müqavimətini qırdı. 15-ci əsrin 60-cı illlərinin ortalarında Qaraqoyunlu imperatorluğunun tərkibinə "Azərbaycanın cənub torpaqlarndan başqa, İraqın hər ikisi, Fars və Kirman əyalətləri də daxil idi.

Çevrimdışı Aze Bozkır Savaşçısı

  • Türkçü-Turancı
  • ****
  • İleti: 222
Ynt: Qaraqoyunlu və Ağqoyunlu imperatorluqları.
« Yanıtla #2 : 08 Aralık 2011 »
                                       Ağqoyunlu dövlətinin yaranması və genişlənərək imperatorluğa
                                                                                                             çevrilməsi.

   1467-ci ildə "Muş" adlanan yerdə baş vermiş döyüşdə Uzun Həsən Cahanşah üzərində qələbə qazandı. Bundan sonra Cahanşahın oğlu Həsənəlini də məğlub edən Uzun Həsən 1468-ci ilin yazında Kür çayından cənuba doğru (Güney Azərbaycanı) torpaqları bütün öz hakimiyyəti altına saldı. Qaraqoyunlu dövləti süqut etdi. Onun ərazisini də ələ keçirən Ağqoyunlu dövləti daha da gücləndi. Təbriz bu dövlətin paytaxtı, Azərbaycan isə əsas ərazi-iqtisadi bazası oldu.

   Uzun Həsən tarixən çox qısa bir müddət ərzində Kürdən cənuba bütün Azrəbaycan torpaqlarını (Ərdəbildən başqa), Şərqi Anadolu, İraq, bütün Qərbi İran, Diyarbəkir və onun ətrafları daxil olmaqla geniş ərazili Ağqoyunlu İmpertorluğu yaratdı.

   Tiflis də daxil olmaqla Şimal-Şərqi Gürcüstan və Şəki hakimliyi də ayrı-ayrı vaxtlarda ağqoyunlular tərəfindən idarə olunurdu.

   Ağqoyunlu dövlətinin tərkibi Azəri türklərindən başqa digər xalqların da daxil olmasına baxmayaraq dövlət Türk mənşəli Ağqoyunlu soyunun yaratdığı "Azərbaycan-Türk dövləti idi. Beləliklə Uzun Həsənin hərbi uğurları nəticəsində Ağqoyunlu İmperatorluğu bütün Yaxın və Orta Şərqdə mühüm hərbi-siyasi qüvvəyə çevrildi. 

Çevrimdışı Aze Bozkır Savaşçısı

  • Türkçü-Turancı
  • ****
  • İleti: 222
Ynt: Qaraqoyunlu və Ağqoyunlu imperatorluqları.
« Yanıtla #3 : 08 Aralık 2011 »
                                    Ağqoyunlu İmperatorluğunun diplomatik əlaqələri, Osmanlı-Ağqoyunlu
                                                                                                       münasibətləri.

   Uzun Həsənin hakimiyyəti illərində (1468-1478) Azərbaycan özünün xarici siyasətində yeni mərhələyə qədəm qoydu. Ölkəmiz fəal xarici siyasət meydanına çıxdı, dünyanın siyasi iqlimini müəyyənləşdirən dövlətlərdən oldu. Ağqoyunlu İmperatorluğu həm Şərqdə, həm də Qərbdə dünyanın tanınmış dövlətlərindən birinə çevrildi. Bu zaman Ağqoyunlularla "Venesiya Şəhər Respublikası, Böyük Moskva Knyazlığı, Polşa, Macarıstan, Avstriya, Çexiya, Almanya, Burqundiya Hersoqluğu, Vatikan" və s. ölkələr arasında diplomatik əlaqələr yaranmışdı.

   Uzun Həsənin qərb dövlətləri ilə diplomatik əlaqə yaratmaqda məqsədi dövlətin beynəlxalq ticarət əlaqələrini qaydaya salmaq idi. O çox gözəl başa düşürdü ki, yalnız ordu ilə qurulan dövlət tez süqut edə bilər. Qara və Aralıq dənizlərinə bir-başa çıxış yolu əldə etmək və ticarəti inkişaf etdirmək lazım gəlirdi. Digər tərəfdən öz ordusuna qərbdən odlu silahlar almaq, Azərbaycanda topçuluq sənətini inkişaf etdirmək üçün Ağqoyunlu hökmdarı Avropadan artileriya mütəxəssisləri dəvət etmək fikrində idi.

   Uzun Həsənin Avropa elçilərini qəbul etməsi xristian dünyasını və Vatikan tərəfindən böyük sevinclə qarşılandı. Osmanlı türklərinin sürətlə Avropanın içərilərinə doğru irəlilədiyi bir zamanda xristian dünyası və Roma papalarının "Türkü yalnız Türk dayandıra bilər" siyasəti canlandı. Qərbin məkrli planına əsasən bu dəfə osmanlılara ağqoyunluların əli ilə zərbə vurulmalı idi!! (:evil:)

   "Qaraman böhranı" Ağqoyunlu-Osmanlı ziddiyyətini son həddə çatdırdı. Ağqoyunlular üçün mühim hərbi-siyasi rol oynayan Qaraman bəyliyi həm də ağqoyunluların müttəfiqi idi. Odur ki, Fateh 2-ci Sultan Mehmet 1468-ci ildə Ağqoyunlularla Qaraqoyunluların başlarının müharibəyə qarışmasından xəbər tutaraq Qaraman bəyliyinin varlığına son qoydu.

   Uzun Həsənin Osmanlı İmperatorluğuna qarşı müharibə planı yox idi. O, Aralıq dənizinə çıxış yolu açmaq üçün Suriyanı tutmaq istəyirdi. Lakin Ağqoyunlu hökmdarı planın dəyişmək məcburiyyətində qaldı. Bunun Səbəbi Azərbaycan sarayına sığınmış Qaraman şahzadələrinin təhrikləri və Avropanın şişirdirilmiş 100 gəmidən ibarət qərb donanmasının guya Uzun Həsənin sərəncamı altında hərəkət etmək üçün Aralıq dənizinə göndərilməsi haqqında yalançı məlumatlar idi.

    Bununla qərbin məkrli planının yeni mərhələsi açıldı. Ağqoyunlu Osmanlı arasında qanlı müharibə dövrü başladı.  :oops:

    1472-1473-cü illər Ağqoyunlu-Osmanlı müharibəsinn mühüm tarixi nəticələri oldu. Ağqoyunlu dövlətinin Osmanlı imperatorluğunun hərbi qüvvələri üzərində bir sıra qələbələr qazanması, "Otluqbeli" döyüşündə Osmanlı ordusunun ağır təlafat verməsi nəticəsində Sultan 2-ci Mehmet xanın Şərqə doğru genişlənmək yürüyüşü dayandırıldı.
   
    Trabzon hadisələri, Qaraman böhranı və Ağqoyunlu-Osmanlı müharibəsi zamanı hər iki Türk dövləti ciddi təlafat verdi. Uzun Həsənin ordusu daima Osmanlı ordusuna təhlükə yaradır, Osmanlının qərbə doğru genişlənmək, Avropanın içinə doğru hərəkət etməy siyasətini xeyli ləngiddi. Qardaş, qardaşın qanın tökdü.

   "Bununla belə qardaş Azərbaycan və Türk xalqlarının hərbi siyasi və iqtisadi imkanlarını qarşı-qarşıya qoymaq, qüdrətli Türk İmperatorluqlarını bir-birinin əli ilə zəiflətmək Qərb Diplomatiyasının Türk Dünyası üzərində qələbəsi idi."

    Uzum Həsənin vəfatından sonra dövlət getdikcə zəifləməyə başladı. Ara müharibələri gücləndi, iri feodallar mərkəzi hakimiyyətə tabe olmadı. Nəticədə Ağqoyunlu İmperatorluğu  1508-ci ilde parçalandı və az zaman içində süqut etdi.
   

   

   

Çevrimdışı Aze Bozkır Savaşçısı

  • Türkçü-Turancı
  • ****
  • İleti: 222
Ynt: Qaraqoyunlu və Ağqoyunlu imperatorluqları.
« Yanıtla #4 : 08 Aralık 2011 »
                                                                           TƏŞƏKKÜRLƏR.

           
                     :asker: :turan: :asker:

Çevrimdışı TÜRK-KAN

  • Türkçü-Turancı
  • *****
  • İleti: 2181
  • UÇMAĞA VARDI, TANRI DAĞLARINDA!
Ynt: Qaraqoyunlu və Ağqoyunlu imperatorluqları.
« Yanıtla #5 : 09 Aralık 2011 »


23 EKİM 2023'DE, ELİM BİR TRAFİK KAZASI SONUCU, UÇMAĞA VARDI.
ŞİMDİ; TANRI DAĞINDA, ATALAR YURDUNDA, ATSIZ ATA MAKAMINDA, BAŞBUĞLAR OTAĞINDA, ERİNÇ İÇERİSİNDE!

Çevrimdışı TÜRK-KAN

  • Türkçü-Turancı
  • *****
  • İleti: 2181
  • UÇMAĞA VARDI, TANRI DAĞLARINDA!
Ynt: Qaraqoyunlu və Ağqoyunlu imperatorluqları.
« Yanıtla #6 : 09 Aralık 2011 »
23 EKİM 2023'DE, ELİM BİR TRAFİK KAZASI SONUCU, UÇMAĞA VARDI.
ŞİMDİ; TANRI DAĞINDA, ATALAR YURDUNDA, ATSIZ ATA MAKAMINDA, BAŞBUĞLAR OTAĞINDA, ERİNÇ İÇERİSİNDE!