Gönderen Konu: Qafqaz Albanlarının Türk olmasının Sübutu!!!  (Okunma sayısı 9509 defa)

0 Üye ve 1 Ziyaretçi konuyu incelemekte.

Çevrimdışı Aze Bozkır Savaşçısı

  • Türkçü-Turancı
  • ****
  • İleti: 222
      Əvvəlcə bütün yoldaşlarıma əsənliklər olsun. Dərslər olmadığına görə tətili Şamaxıda keçirdim və orada bir sıra kitablar oxudum. Hal-hazırda günümüzdə rus və avropa tarixçiləri tərəfindən "Qafqazdilli Xalq" kimi tanıdılan qədim Qafqaz Albaniyası, onların Türk olması, dili və soyu haqqında bildiyim faktları və məlumatları sizinlə paylaşacam:



     Qaynaqlar:

   1. "Strabon: Coğrafiya" kitabı. Moskva çapı 1964-cü il, 14-cü fəsil, səhifə 497.

   2. "Azərbaycan tarixi" kitabı. Bakı çapı, 1-ci bölüm, 2007-ci il, səhifə 357.

   3. "İzvestya drevnix pisateley, qreceskix i latinskix, o Ckifiy i Kafkaze" kitabı. Sankt-Peterburq çapı, 1904-cü il, səhifə 169.

   4. "İstoriy i kulture Kavskazkiya Albanii" kitabı. Moskva çapı, 1959-cu il, səhifə 48-49.

   5. "T. A . Trofimovanın "Volqaboyu Tatarları Antropologiyasının Tədqiqatları" kitabı, Moskva çapı, 1949-cu il, səhifə 256

Çevrimdışı Aze Bozkır Savaşçısı

  • Türkçü-Turancı
  • ****
  • İleti: 222
       Albaniya Azərbaycanın qədim dövlətlərindən olub, cənubda Araz çayı, Xəzər dənizinin qərb sahili və şimalda Qafqaz dağlarının şərq qollarınadək uzanırdı. Albaniya dövlətinin miladdan əvvəl 1-ci minilliyin 2-ci yarısında meydana gəlməsi ehtimal olunur. Hesab edilir ki, bu dövlət tayfa ittifaqından ibarət olub, hərbi demokratiya formasında qurulub. Onunla bağlı antik müəlliflərin məlumatları ziddiyyətli və qarışıq olsa da, qədim dövrün Albaniya əhalisini öyrənməkdə ən qiymətli qaynaqlardır. Məsələn:

     Strabonun "Coğrafiya", Ptolomeyin "Coğrafiya Dərsliyi" və Böyük Plinin "Təbiət Tarixi" əsərlərindən Qafqaza və Skifiyaya aid hissələri izah və şərhlərlə verilmişdir. Böyük Plini həm də qədim türklərdən yazan antik müəlliflərdəndir. Herodotda Türk və türreget, Strabonda Türk adlanan bu tayfalar Plinidə və Pomponi Melada türklər kimi qeyd edilmişdir.

     Qədim Azərbaycan dövlətinin (istər Albaniya, istərsə də Atropatena) sərhədləri müəyyən entik və dil çərçivəsində formalaşmışdı. Bu dövlət çərçivəsində Türk birləşmələri də təmsil olunmuşdur. Paralel olaraq Türk tayfaları qonşu ərazilərdə --- şimalda Dərbəndə kimi, şərqi Gürcüstan, İç Anadolu, Göhçə mahalı və Ağrıdağ vadisində məskunlaşmışlar.

    Qaynaqların məlumatına görə Albaniyada 11 vilayət olmuşdur. Bunlar Kambisena, Əcəri, Qəbələ, Uti, Paytakaran, Çola, Lipina, Şəki, Arsax, Uti, Paytakaran və Sünik vilayətləri idi. Paytakaran vilayət həm də keçmiş Kaspiana vilayətinin ərasizisini, Şimali Azərbaycan - Albaniya ərazisinin cənub-qərb torpaqlarını, Mil və Muğan düzlərinin bir hissəsinin əhatə edirdi. Paytakaran vilayəti haqqında S. Aşurbəylinin fikirləri maraqlıdır. S. Aşurbəyli hesab edir ki,  bu gün dilimizdə isti yer, düzənlik mənasını daşıyan "Aran" sözü miladdan əvvəl 3-cü yüz illikdə yurdumuza sonradan köç etmiş Oguz soylarından olan Salarların sözüdür.

    Strabon Albaniyada yaşayan tayfalar haqqında məlumat verərkən bildirir:

   "Burada bir hökmdar bütün tayfalara başçılıq edirdi, qabaqlar isə hər tayfanın öz hökmdarı var idi. Onlarda 26 dil var, onlar bir-biri ilə çətin ünsiyyət qururlar."

       Daha sonra Strabon Qarqarlar haqqında yazır:

  "Onlar "Ərmən" (Türk tayfasıdır! Başqa konuda məlumat verəcəm.  :wink: ) nəslindəndirlər."

      Bütün bunları nəzərdən keçirərkən çox maraqlı cümlə ilə qarşılaşırıq: Hətta antik müəlliflər Albaniyada yaşayan tayfaların müxtəlif dillərdə danışdığını göstərsələrdə 3-4 istisna olmaqla heç birinin adını çəkmirlər. Həm də burada Strabon gördüklərini deyil, eşitdiklərini və başqa qaynaqlardan götürdüklərini yazır. Bunlardan ortaya qeyri-müəyyənliklər çıxır. Məsələn:

                   "onlar bir-biri ilə çətin ünsiyyət qururlar"

   Strabonun bu ifadəsi inandırıcı deyil.  8-)

    Çünki Albaniya ərazisində yaşayan bir çox tayfaların soy-kökü demək olar ki, eynidir. Bunu vilayətlərin, yaşayış məskənlərinin adından da görmək mümkündür. Albaniya vilayətlərinin adı məhz Türk dilində olan sözlərlə ifadə olunmuşdur. Bilirik ki, yer adları ilk dəfə orada el-oba salan tayfanın dilindəki sözlərlə adlandırılır. Məhz bu səbəbdən Strabonun yuxarıda qeyd etdiyi ifadəni qeyri-dəqiq hesab edirəm.

    Albaniyada yaşayan tayfalar barədə danışarkən yunan qaynaqlarının xatırlatdığı "Kaspilər"in (çox güman ki, Xəzər Türkləri) adını qeyd etməmək olmur. Ümumiyyətlə "albanlar" adına ilk dəfə miladdan əvvəl 4-cü əsrin
hadisələrilə əlaqədar Herodotun məlumatlarına da rast gəlirik. Çox güman ki, Herodotun qeyd etdiyi
"kaspilər-albanlar" Əhəməni şahı Kserksin qoşunlarının tərkibində Helladaya yürüyüş etmiş, daha sonra m.ə 331-ci ildə baş vermiş "Qavqamela" döyüşündə Makdoniyalı İsgəndərin də olduğu dəstəyə qarşı vuruşmuşlar.

   



Çevrimdışı Aze Bozkır Savaşçısı

  • Türkçü-Turancı
  • ****
  • İleti: 222
    Albaniyada yaşayan tayfaların yazısı və dili haqqında müxtəlif mülahizələr mövcuddur. Bir sıra tarixçilər əsasəndə rus tarixçiləri: Dyanokov, Trever, Dandamayev, Xılyuşov, Streve.... kimi alimlər  fikrinə görə albanlar "Qaqazdilli" tayfalardır. Nümunə kimi Strabonun yazdığı əsərləri və bu gündə Qəbələ rayonunun Nic kəndində yaşayan, sayları təqribən 300-400 nəfər olan "udinləri" göstərirlər. :-D :-P

      Lakin udinlərin fərqli dildə danışmaları bütün albanların bu dilə mənsub olduğunu sübut edə bilməz!!

 
      MƏTİQLƏ FİKİRLƏŞİN. ƏGƏR ALBANLAR 26 DİLDƏ DANIŞIB, BİRİ-BİRİ İLƏ ÇƏTİN ÜNSİYYƏTDƏ OLSALAR ONLAR NECƏ BİRLƏŞƏ BİLƏRDİ??? NECƏ YADELLİLƏRƏ, ROMALILARA, FARSLARA QARŞI BİRLİKDƏ MÜBARİZƏ APARARDI???

      BÜTÜN BUNLAR RUSLARIN VƏ BİR SIRA AVROPA, QƏRB ÖLKƏLƏRİNİN TURAN İRQİNƏ QARŞI PROPOQANDASI, TƏXRİBATIDIR!!!

           BUNLAR MÜSTƏQİL 26 DİL YOX, 26 LƏHCƏ OLA BİLƏR !!! 26 TÜRK LƏHCƏSİ !!!



     Bu tayfalar, müxtəlif dilli etnoslar belə, elə indinin özündə olduğu kimi çoxluğu Türkdilli tayfalar təşkil edib. Zaman keçdikcə azlıqda qalan tayfalar çoxluğun içində əriyərək Türkdilli etnoslar tərkibinə daxil olmuşlar.

Çevrimdışı Aze Bozkır Savaşçısı

  • Türkçü-Turancı
  • ****
  • İleti: 222
Ümumiyyətlə "Alban" adının özü də mütləq deyildir. Çünki bu "Alpan"da ola bilər. Bu gün Quba rayonunun Alpan kəndinin mövcudluğu fikirlərimizə əyani sübutdur! :wink:

         NİYƏ TÜRKCƏ UCALIQ, QƏHRƏMANLIQ İFADƏSİ OLAN "ALP" KÖKÜNÜ DEYİL, HEÇ BİR MƏNASI OLMAYAN "ALB" SÖZÜNÜ GÖTÜRMƏLİYİK????

    Baxmayaraq ki, iddialara görə "Alp" qədim kelt sözüdür. Çox güman ki, bu söz keltcəyə Türk dilindən keçmişdir! Çünki kelt etnonimlərində sonralar heç vaxt, heç yerdə təkrar olunmayan bu ada qədim Türk etnoslarında dəfələrlə rast gəlinir: Alp Ər Tonqa; Alpamış; Alp Arslan... və s.
   
    Hələ 1964-cü ildə ingilis antropoloqu Edvard Smit yazırdı:

   "Bildiyimiz kimi ən qədim Alp irqinin nümayəndələri, Avropaya gələn qədim irq 19-cü yüz illərdə "Turan", indi isə daha doğru və dəqiq olaraq "Türk Dili" adlandırılan dildə danışıblar."

Çevrimdışı Aze Bozkır Savaşçısı

  • Türkçü-Turancı
  • ****
  • İleti: 222
   
    Hələ 1964-cü ildə ingilis antropoloqu Edvard Smit yazırdı:

   "Bildiyimiz kimi ən qədim Alp irqinin nümayəndələri, Avropaya gələn qədim irq 19-cü yüz illərdə "Turan", indi isə daha doğru və dəqiq olaraq "Türk Dili" adlandırılan dildə danışıblar."


     Bu sitatı məhşur rus antropoloqu Trofimovanın 1949-cu ildə Moskva şəhərində nəşr olunmuş "Volqaboyu Tatarları Antropologiyasının Tədqiqatları" kitabından götürmüşəm.



       Fikrimcə, şərhə heç bir ehtiyac qalmır. Əgər məhşur antropoloqlar "Alp" (Albaniyanı) irqini yalnız Türk Dilli xalqlara aid edib bu barədə inkaredilməz dəlillər qoyurlarsa, nədən biz Sovet-Rus İmperiyasının məqsədlərinə xidmət edən mülahizələrdən faydalanmalıyıq? Dünyada bizdən başqa elə bir xalqa təsadüf etməmişik ki, tarixini on a düşmən münasibət bəsləyən "rus" yazsın. Axı hər xalqın tarixini onun içindən qopub gələn tarixçilər araşdırmalıdır.

      Qeyd etdiyim kimi biz tariximizi başqalarına etibar etmişik, onlar isə bizə 70 il müddətində keçmişimizə, soy-kökümüzə istədikləri "yarlığı" yapışdırmışlar! Bizi gah farsdilli, gah ərəbdilli, gah qaqazdilli, gah da mənşəyi bəlli olmayan bir xalq kimi təqdim etməyə çalışmışlar!!

      Son dərəcə əsas bir məsələni xatırlatmalıyam ki, qədim şumer, skif və ya midiyalılara Türkdilli dedikdə bugünkü dilimiz nəzərdə tutulmur. Burada söhbət Türk Xalqının dilinin qanunlarından, qramatik quruluşundan gedir. Şümerlərin "tutukmi"  sözünün bugünkü "tutaq ki" sözündən fərqlənməsində təəccüblənmək lazım deyil. Ən azından ona görə ki, 5000 il bundan əvəlki söz bundan artıq oxyaşını saxlaya bilməz.

     Eləcədə "Alpan" tayfaları!!

Çevrimdışı TÜRK-KAN

  • Türkçü-Turancı
  • *****
  • İleti: 2181
  • UÇMAĞA VARDI, TANRI DAĞLARINDA!
 Kandaşım,

  Azerbaycan'ın kadim medeniyeti  olan Albanların, Dilinin ve Etnogenezinin Türk olduğuna dair daha güçlü kuvvetli deliller var mıdır? Yani yazı dilleri, bizim Orhun Anıtlarıyla aynı mıdır? Elinizde detaylı belgeler ve özellikle resimler varsa paylaşır mısınız?

 Sümerlerin ve İskitlerin Turani halklar olduklarına dair güçlü delillerimiz vardır. Ancak Albanlar hakkında da bunlara sahip miyiz?

 Size son bir sualim; Azerbaycanlı Tarihçilerimizin kitaplarında sıkça gözüme çarpan Kenger Türkleri var. Kenger türkleri, Albanlarla bağlı mıdır? Yoksa onlardan farklımıdır?

 


23 EKİM 2023'DE, ELİM BİR TRAFİK KAZASI SONUCU, UÇMAĞA VARDI.
ŞİMDİ; TANRI DAĞINDA, ATALAR YURDUNDA, ATSIZ ATA MAKAMINDA, BAŞBUĞLAR OTAĞINDA, ERİNÇ İÇERİSİNDE!

Çevrimdışı Aze Bozkır Savaşçısı

  • Türkçü-Turancı
  • ****
  • İleti: 222
    Albanların dini inancı qədim Türk Xalqlarının dini görüşləri ilə demək olar ki, üst-üstə düşür. Qədim Türklərdə olduğu kimi "Göy Tanrı" dininin bir çox inancları Albanlarda da var.

    Albanlar da göyü, səmanı Tanrı olaraq, göy cisimlərini (günəşi, ayı, ulduzu..) isə Onun köməkçiləri hesab edirlər. Qədim Alban dini inancına görə torpaq anamızdır. Hətta bu gün də bizim "Ana Torpaq"; "Ana Vətən" kimi şüarlarımız, söz birləşmələrimiz fikrimcə albanlardan qalmışdır.

    Alban əhalisinin müxtəlif dəfn adətləri var idi. Onların bir neçəsini açıqlayacam. Əhali əsasən mərhumlarını küp qəbirlərdə, eyni zamanda "katakomba"larda (yeraltı sərdabə) dəfn edirdi. Qəbirlərə əsasən müxtəlif bəzək əşyaları, silahlar, qab-qacaq, at yəhəri və at nalı qoyulurdu. Bu da albanların Axirət dünyasına inamı ilə bağlıdır. (Günümüzdə də Azərbaycanda at nalının insanı pis ruhlardan və nəzərdən qoruduğu inancı qalıb.)

    Strabonun "Coğrafiya" kitabında isə: "Albanlar "Heliosa, "Zevsə", və "Selenaya" ibadət edirdilər."

     Axı necə ola bilər ki, Albanlar yunan tanrılarına pərəstiş etsinlər? Albaniya əhalisi daha əvvəl bu torpaqlarda yaşayıb, öz maddi-mənəvi mədəniyyətlərini yaratmışlar. Albanlar heç bir əlaqəsi olmayan bir xalqın dini-inancını necə mənimsəyə bilərdi? Albanların yaşadığı bu ərazidə çox-çox əvvəl sivilizasiya şölələnmişdir. Ptolomey tərəfindən bu sivilizasiyanın 29 şəhəri olduğu göstərilir.

   Lakin daha sonra, eramızın 3-cü əsrində Sasanilərin vassalı olmuş, və "Roma Bizans - Sasani" imperiyalarının döyüş meydanına çevrilmişdir. Təbii ki, hər iki tərəfin təsirlərinə məruz qalaraq gah "xristian" gah da "atəşpərəstlik dini təbliğ olunmuşdur. Amma Xristian dini daha çox yayılmışdır. Buna sübut olaraq Azərbaycanın, Qazax, Dəmirçilər kəndi, Qəbələ, Xaçmaz və Dağlıq Qarabağda olan "Alban kilsələrini" göstərmək olar.

    Bu Atropatenaya da aiddir. Amma atropatenalılar siyasi təsirlərə məruz qalaraq "Zərdüştliyə" inam gətirmişlər. Zərdüştliyi atəşpərəstliklə eyniləşdirmək olmaz! Hər iki inam müxtəlifdir!
    Zərdüştlikdə Xeyir və Şərin mübarizəsindən və Xeyirin galib gəlməsindən söhbət gedir. Zərdüştlik inancında vahid Tanrı müxtəlif aspektlərdə öz adları ilə çıxış edir.

     Sasani şahlarının göstərişi ilə Azərbaycanda etnik dayaq yaratmaq məqsədi ilə farsdilli əhali köcürülmüş, lakin əsasən "Dərbənd Keçidi" vasitəsi ilə yurdumuza axın etmiş babalarımız - Hunlar, Subarlar, Xəzərlər, Barsillər, Oğuzlar... bizi bu böyük bəladan qurtarmışlar! Hələ Alban hökmdarlarının 3-6 cı əsrlərdə "Onoqur Hunlarından" kömək istəmələri və onlarla yaxınlaşmaları əyani bir sübutdur. Albanlar Sasanilərlə ortaq düşmənçiliyi olan "Bizanslılar"dan da kömək istəyə bilərdilər. Amma Türkün dayağı, ona arxası Türkdür! Bu da xristianlığın və sasanilərin Albaniya Torpağında istənmədiyinin sübutudur!

"Alpan" adını da Türkdilli xalqlara bağlamaq lazımdır. Çünki hələ günümüzdə Orta Asiyada Qazaxıstanda Alpan adında tayfa yaşayır. Daha əvvəl qeyd etdiyim kimi də Qubada "Alpan" kəndinin mövcudluğu da bir sübutdur!

----------------------------------------------------------------------------------------------------------------------------------------

    Digər məsələyə gəlincə isə Y.B. Yusifovun Albanlar haqqında Bakıda 1992-ci ildə çap edilmiş "Qədim Şərq Tarixi" kitabında qeyd olunur:

  " 6-cı əsrin əvvəllərində Azərbaycanda olan Suriya xristianları - "Reyşhanlı İoahann və Tomas Büryüsey" öz qeydlərində Azərbaycan əhalisini "Hunlar" - yəni Türklər adlandırmışlar."

-------------
   
    Əlbəttə həmin adamlar bu torpağın əhalisinin yaşayışına və mədəni oxşarlığına əsasən bizi "Hunlar" adlandırmışlar!
   
    Türklər deyəndə də sözsüz ki, "Türk Dillilər" nəzərdə tutulur. Düz 52 il Azərbaycanda yaşayan bu adamlar öz qeydlərində dönə-dönə yazırlar ki, Hunların yəni babalarımızın (hunlar dedikdə albanlar nəzərdə tutulur) öz yazıları var idi.

    Alban tayfalarının əlifbasının mövcudluğunu sübut edən faktlar kifayət qədərdir. Yazısı olan xalqlar sırasında Albanların da adı çəkilir. Yazıya malik olan xalqlar bunlardır: Yəhudilər, romalılar (bizanslılar da bu yazıdan istifadə edirdilər), yunanlar, midiyalılar, albanlar... və s.

   Qədim qaynaqlara görə 5-ci əsrin əvvəllərində Azərbaycanın şimal hissəsinin, yəni Arranın öz əlifbası olmuşdur. Hələ 5-ci əsrdə Arranın zəngin ədəbiyyatı var idi. Sonralar bu ədəbiyyat yox olmuşdur!

     Alban yazısının nə vaxt yarandığı haqqında qaynaqlarda hələ dəqiq bilgi yoxdur. Lakin unudulmamalıdır ki, "Alpaniya Dövləti" miladdan əvvəl 4 - cü əsrdən mövcüd idi!! Elə bu məntiqə əsaslanaraq Alban yazısının
m.ə. 4-cü əsrdən mövcudluğunu deyə bilərəm. Yoxsa öz yazısı olmayan xalq 5-ci əsrdə zəngin ədəbiyyatı necə yarada bilərdi?

    Üstəlik Alban əlifbası hərflərinin sayı haqqında fikirlərin müxtəlifliyini nəzərə alsaq, yuxarıda söylədiyimin tamamilə həqiqəti əks etdirdiyini görərik.
       

Çevrimdışı Aze Bozkır Savaşçısı

  • Türkçü-Turancı
  • ****
  • İleti: 222
Bəzi tarixçilərə görə Alban əlifbasının sayı 21, Edvard Minsə görə isə 32 idi. Lakin Şanidze və digər tədqiqatçılar hesab edirlər ki, hərflərin sayı 52 olmuşdur.

    Alban əlifbasının varlığını sübut edən arxeoloji nümunələr Mingeçevirdə yerləşən ibadətgahın üzərində 49 hərf olan tikinti materiallarında tapılmışdır. Bu tapıntılardan başqa Zəngilan şəhərində xalq arasında "Koroğlu Daşı" adı ilə məhşur olan daş kitabədir ki, bu ağ daş Koroğlundan da qabaq vardır. Daşın üzərində hələ oxunmayan, Orxan-Yenisey Abidəsi ilə uyğunluğu olan hərflər vardır! ( Daşın rəsimini tapa bilmədim.Üzrlü hesab edin  :-( )

Çevrimdışı Aze Bozkır Savaşçısı

  • Türkçü-Turancı
  • ****
  • İleti: 222
      Kəngər Türkləri vardır! Əgər Qədim Şumerlərin güney tərəfdə Dəclə-Fərat çayı sahillərində yaşadığını deyərsək Kəngər Türkləri də onların bir qoludur. Qacar Türkləri ilə qohumdur. Fars körfəzinin "Şimal-Qərb sahilində" məskunlaşmışlar. Daha sonra isə kuzeyə, Azərbaycan torpaqlarına köç etdiyi ehtimal olunur.

  Buna misal olaraq Azərbaycanda olan yer adlarını nümunə göstərmək olar: Naxçıvanın "Kəngərli" kəndi, Cənubi Azərbaycanın Astrabadda yerləşən "Kəngər" kəndi....  və s.

Çevrimdışı Aze Bozkır Savaşçısı

  • Türkçü-Turancı
  • ****
  • İleti: 222
Değerli soydaşlarım.

Öz düşüncələrinizi "anket" vasitəsi ilə əks etdirə bilərsiniz. 
:evil:
   
    :asker: :turan: :asker: