Gönderen Konu: Qafqaz Albanlarının Türk olmasının Sübutu!!!  (Okunma sayısı 9511 defa)

0 Üye ve 3 Ziyaretçi konuyu incelemekte.

Çevrimdışı Üçoklu Börü Kam

  • Otağ Yöneticisi
  • Türkçü-Turancı
  • *****
  • İleti: 2337
  • Kök Teñğri Türk'e Kut ve Utku Versin!
Değerli soydaşlarım.

Öz düşüncələrinizi "anket" vasitəsi ilə əks etdirə bilərsiniz.  :evil:

 
Sayın Aze Bozkır Savaşçısı Kardeşim,
Konuya anket eklemeye gerek yoktu. Çünkü tartışmaya açtığınız Albanların Türk olup olmadıklarını bizim burada vereceğim oylar veya yapacağımız yorumlar belirleyemez.
Albanların Türk olduklarına dair kuvvetli belirtiler var, lakin bunun kesin hükmünü; tarihçilerin, antropoloğların, dilcilerin ve diğer bilim adamlarının birbirinden ayrı olarak yapacakları etnik köken araştırma sonuçlarını inceledikten sonra vermek ilmi bir yol ve akli bir yaklaşım olacaktır.

TTK.
Türk Soyunun Gizli Gücüne İNAN ve GÜVEN!

Çevrimdışı Aze Bozkır Savaşçısı

  • Türkçü-Turancı
  • ****
  • İleti: 222
Düzdür. Tamamilə doğru söyləyirsiniz. Əlbəttə antropoloqların və tədqiqatçıların rəyi əsas məsələdir! Sadəcə olaraq yoldaşlarımın da fikrinə əhəmiyyət verməyin zəruliliyini düşünmüşdüm. Yanlış başa düşməyin.  :-)


Çevrimdışı Aze Bozkır Savaşçısı

  • Türkçü-Turancı
  • ****
  • İleti: 222
                             Qafqaz Alpanlarında şəxs adları və mənaları:

A r a n – qədim türkcə ərən – igid, cəsur sözündən ibarətdir.

Ə r b a k – qədim türkcə ər – kişi, igid döyüşçü və bak – bəy, tayfa başçısı sözlərindəndir. Midiyada Arbak şəxs adı ilə eynidir.

Z a b a n – qədim türkcə zəban, çaban sözündəndir.

P a r n a k – qədim türkcə bar – var, özüdür və ınak – dost, etibarlı adam, yaxşı yoldaş sözlərindəndir.

Ə m b a k – qədim türkcə əm – bacarıqlı, məharətli və bak – bəy, tayfa başçısı sözlərindəndir.

Ə r n ə k – qədim türkcə ər – kişi, igid, döyüşçü və ınak – dost, etibarlı adam, yaxşı yoldaş sözlərindəndir. Attilanın oğlanlarından İrnak, Orta Asiyada Xivə xanı İrnak (1668-1688) şəxs adları ilə eynidir.

Ə n q c a k – qədim türkcə ənq – irəlidə gedən, öndə dayanan (cərgədə, döyüşdə) və sak, çak – oyaq, huşyar, diribaş sözlərindəndir.

B a z u k – qədim türkcə bazuk – iri gövdəli, dolu bədənli sözündəndir. Hunlarda Əm-Bazuk şəxs adı ilə eynidir.
--------------------------------------------------------------------------------------------------------------------------------------------

O r o y s – milladdan əvvəl I əsrdə Alban hökmdarı. Adın bu formasını qədim yunan alimləri - "Plutarx" yazmışdır. "Appian" bu adı Oroz, Oriz, "Dion Kassi" isə Oris kimi qeyd etmişdir. Əsl forması Appianın qeyd etdiyi Orozdur ki, bu da əslində Oruz, yaxud Uruz adının fonetik şəklidir. Türkcə xoşbəxt əlamət, xoş nişanə, qismət, nəsib, xoş güzəran, sağlamlıq, sərvət, var-dövlət mənalarında olan orəz, oraz, orıs, ırıs, oruz  sözündəndir. Şahnmədə Alp Arus (Alp Ər Tunqanın oğlu), Kitabi Dədə Qorqudda Uruz, XII əsrdə Orta Asiyada Uruzbək, Çingizxan dövründə qırğız inallarından biri Urus, Qırğız sultanlarının banisi Urusxan, XIV əsrdə Orta Asiya xalqlarının hakimi Orusxan (Qazaxıstanda Aq Orda xanı – 1361 – 1380) və b. şəxs adları ilə müqayisə olunur.

K o z i s – Oruzun qardaşının, (Alpan sərkərdəsinin) adı. Latın dilinin fonetikasına uyğun şəkildə verilmiş bu adın əsl forması məlum deyil. Güman ki, Türk dillərində Kozik ulduzu adlanan ulduzun adındandır (məsələn, qırğız dilində qütb ulduzu Altın kozık, Oğlaq bürcü Təmir kozik adlanır). Oğuznamənin uyğur variantında Kazuk şəxs adı vardır. Monqollarda və türklərdə Kuçuk şəxs adı da kozik sözünün fonetik formasıdır.

Qeyd edim ki, OruzKozik Roma İmperiyasına qarşı igidcə vuruşmuş və roma legionlarının qarşısını almışdır. Yunan qaynaqlarında Alpanlar arasında "qadın süvarilər"in də kişilərlə birlikdə vuruşduğu qeyd edilir! Oruzun və Kozikin qəhrəmanca vuruşmağı Türk xalqına ibrət olmuş və tarix boyunca heç vaxt "Roma Legionları" Azərbaycan və Xəzər dənizi hövzəsini işğal edə bilməmişlər!

--------------------------------------------------------------------------------------------------------------------------------------------

K a z a n
– 5 əsrdə Alpaniyaya öz tayfası ilə gəlmiş bir elbəyin adı. Geniş yayılmış türkmənşəli addır. Kitabi – Dədə Qorqudda Kazan adı ilə müqayisə olunur. Məlum olur ki, türklərin (məsələn, qazaxların) xalq təqvimində Kazan həm də oktyabr ayının, təni 11-ci ayın adıdır. Deməli, uşaq Kazan ayında doğulduğuna görə, ona bu ad verilmişdir. Əsasən Başqırd Türkləri çox vaxt uşaqlarının adını doğulduğu ayda verirlər!


S a t o – 4 əsrdə Alpan hökmdarının adı. Türkcə saday – istəkli, sevimli sözündəndir. IX əsrdə uyğurlarda Sado xan, qədim türklərdə Sada şəxs adı ilə müqayisə olunur.

M a n a s – 5 əsrdə Qəbələ şəhəri valisinin adı. Geniş yayılmış türkmənşəli adlardandır. Oğuznamənin Altay variatında Alp- Manas, qırğızların Manas dastanında Manas şəxs adları ilə müqayisə olunur. Türkcə manq – bahadır, döyüşçü sözü və as şəkilçisindən ibarətdir.

A s p r a k o s – 5 əsrdə Albaniyada bir sərkərdənin adı. Asparak adından və ermənicə yazılışda sonuna əlavə olunmuş "os" adlıq hal şəkilçisindəndir. Bu şəkilçi qədim erməni dilində mənşəcə yunan dilindən mənimsəmədir. Asparak formasında olan ad isə əslində Asparuk adının qədim ermənicə yazılışıdır və VII əsrdə Bolqar dövlətinin hökmdarı Asparux xanın adı ilə eyni mənşəlidir.
    Asparuk türkcə aspar və uk – oğul, varis hissələrinə ayrılır. Adın birinci kökü aspar, aşpar qədim türklərdə titul bildirən sözdür və VII əsrdə Türk xaqanlığının xanı İşbar Xaqanın adında öz əksini tapmışdır. Asparuk aspar (aşbar) oğul (varis) mənasındadır.

C a v a n ş i r - Ərəblərə qarşı vuruşmuş igid Alpan sərkərdəsi. "Cavan"  qədim türkcə gümrah, erkən, "şir" aslan sözünün sinonimi.

Alban adlarının Türk mənşəli olduğu haqqında geniş məlumatı "Azərbaycan Vikipediyasında" və digər internet saytlarından öyrənə bilərsiniz.