Albaniya Azərbaycanın qədim dövlətlərindən olub, cənubda Araz çayı, Xəzər dənizinin qərb sahili və şimalda Qafqaz dağlarının şərq qollarınadək uzanırdı. Albaniya dövlətinin miladdan əvvəl 1-ci minilliyin 2-ci yarısında meydana gəlməsi ehtimal olunur. Hesab edilir ki, bu dövlət tayfa ittifaqından ibarət olub, hərbi demokratiya formasında qurulub. Onunla bağlı antik müəlliflərin məlumatları ziddiyyətli və qarışıq olsa da, qədim dövrün Albaniya əhalisini öyrənməkdə ən qiymətli qaynaqlardır. Məsələn:
Strabonun "Coğrafiya", Ptolomeyin "Coğrafiya Dərsliyi" və Böyük Plinin "Təbiət Tarixi" əsərlərindən Qafqaza və Skifiyaya aid hissələri izah və şərhlərlə verilmişdir. Böyük Plini həm də qədim türklərdən yazan antik müəlliflərdəndir. Herodotda Türk və türreget, Strabonda Türk adlanan bu tayfalar Plinidə və Pomponi Melada türklər kimi qeyd edilmişdir.
Qədim Azərbaycan dövlətinin (istər Albaniya, istərsə də Atropatena) sərhədləri müəyyən entik və dil çərçivəsində formalaşmışdı. Bu dövlət çərçivəsində Türk birləşmələri də təmsil olunmuşdur. Paralel olaraq Türk tayfaları qonşu ərazilərdə --- şimalda Dərbəndə kimi, şərqi Gürcüstan, İç Anadolu, Göhçə mahalı və Ağrıdağ vadisində məskunlaşmışlar.
Qaynaqların məlumatına görə Albaniyada 11 vilayət olmuşdur. Bunlar Kambisena, Əcəri, Qəbələ, Uti, Paytakaran, Çola, Lipina, Şəki, Arsax, Uti, Paytakaran və Sünik vilayətləri idi. Paytakaran vilayət həm də keçmiş Kaspiana vilayətinin ərasizisini, Şimali Azərbaycan - Albaniya ərazisinin cənub-qərb torpaqlarını, Mil və Muğan düzlərinin bir hissəsinin əhatə edirdi. Paytakaran vilayəti haqqında S. Aşurbəylinin fikirləri maraqlıdır. S. Aşurbəyli hesab edir ki, bu gün dilimizdə isti yer, düzənlik mənasını daşıyan "Aran" sözü miladdan əvvəl 3-cü yüz illikdə yurdumuza sonradan köç etmiş Oguz soylarından olan Salarların sözüdür.
Strabon Albaniyada yaşayan tayfalar haqqında məlumat verərkən bildirir:
"Burada bir hökmdar bütün tayfalara başçılıq edirdi, qabaqlar isə hər tayfanın öz hökmdarı var idi. Onlarda 26 dil var, onlar bir-biri ilə çətin ünsiyyət qururlar." Daha sonra Strabon Qarqarlar haqqında yazır:
"Onlar "Ərmən" (Türk tayfasıdır! Başqa konuda məlumat verəcəm.
)
nəslindəndirlər." Bütün bunları nəzərdən keçirərkən çox maraqlı cümlə ilə qarşılaşırıq: Hətta antik müəlliflər Albaniyada yaşayan tayfaların müxtəlif dillərdə danışdığını göstərsələrdə 3-4 istisna olmaqla heç birinin adını çəkmirlər. Həm də burada Strabon gördüklərini deyil, eşitdiklərini və başqa qaynaqlardan götürdüklərini yazır. Bunlardan ortaya qeyri-müəyyənliklər çıxır. Məsələn:
"onlar bir-biri ilə çətin ünsiyyət qururlar" Strabonun bu ifadəsi inandırıcı deyil.
Çünki Albaniya ərazisində yaşayan bir çox tayfaların soy-kökü demək olar ki, eynidir. Bunu vilayətlərin, yaşayış məskənlərinin adından da görmək mümkündür. Albaniya vilayətlərinin adı məhz Türk dilində olan sözlərlə ifadə olunmuşdur. Bilirik ki, yer adları ilk dəfə orada el-oba salan tayfanın dilindəki sözlərlə adlandırılır. Məhz bu səbəbdən Strabonun yuxarıda qeyd etdiyi ifadəni qeyri-dəqiq hesab edirəm.
Albaniyada yaşayan tayfalar barədə danışarkən yunan qaynaqlarının xatırlatdığı "Kaspilər"in (çox güman ki, Xəzər Türkləri) adını qeyd etməmək olmur. Ümumiyyətlə "albanlar" adına ilk dəfə miladdan əvvəl 4-cü əsrin
hadisələrilə əlaqədar Herodotun məlumatlarına da rast gəlirik. Çox güman ki, Herodotun qeyd etdiyi
"kaspilər-albanlar" Əhəməni şahı Kserksin qoşunlarının tərkibində Helladaya yürüyüş etmiş, daha sonra m.ə 331-ci ildə baş vermiş "Qavqamela" döyüşündə Makdoniyalı İsgəndərin də olduğu dəstəyə qarşı vuruşmuşlar.